Архивы

СЕРЖ САРГСЯН ПОДЕЛИЛСЯ ПОЛНОМОЧИЯМИ С ЭЙНУЛЛОЙ ФАТУЛЛАЕВЫМ?

Эйнулла Фатуллаев продолжает присваивать погибшим армянским военнослужащим высокие воинские звания. Вот заголовок статьи на сайте haqqin.az:

полковник аракелян

В самой статье обнаруживается, что Аракелян погиб подполковником. Полковником его посмертно сделал Эйнулла Фатуллаев.

Тут возникает вопрос. Известно, что такие высокие воинские звания присваивает только президент. Может, Серж Саргсян поделился своими полномочиями с Эйнуллой Фатуллаевым?  В таком случае не исключено, что Фатуллаев скоро сделает Аракеляна генералом, к тому же армянин это звание заслужил, как пишет Эйнулла Фатуллаев, «одной правой рукой убив тюрка»…

CƏLAL ƏLİYEVDƏN NƏ YAZIBLAR VƏ KİM YAZIB?

Millətin sütül uşaqları cəbhədə qırılırlar, minlərlə insanın başına düşmən mərmiləri yağır, ölkə rəhbərliyi isə yenə öz kefindədir. Yenə Ailə üzvlərinin şəhrətləndirmə kampaniyası əvvəlki vüsətlə davam edir.

Dünən İnternetdə Beyləqanın kəndlərini axtardım – bu kəndlərə şəhidlər gəlir – ancaq İcra hakimiyyətinin saytında da kəndlərin adı yoxdur. Beyləqan İcra hakimiyyətinin saytında ümumiyyətlə rayon əhalisi üçün vacib heç nə yoxdur, ancaq “dünya şöhrətli oftolmoloq” Zərifə Əliyevanın 93 illiyinə həsr edilmiş təntənəli təbir haqqında məlumat var!

Mənə jdanovluların, yəni beyləqanlıların “dünya şöhrətli oftolmoloqu” tanımağı mənə qəribə gəlir. Tətkcə beyləqanlıların yox. Rusiyada hər hansı rus oftolmoloqundan Zərifə Əliyevanı soruşun, görərsiniz ki, bu adı heç vaxt eşitməyiblər…

Beyləqanlıların yəni başqa dərdi yoxdur?

İndi Moderator.az  saytının bu xəbərinə baxın:

“Dünyanın nüfuzlu elmi jurnalı mərhum akademik Cəlal Əliyevi yad etdi

Dünya Fotosintez Cəmiyyətinin elmi jurnalında mərhum akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə çap edilib.

Moderator.az xəbər verir ki, Dünya Fotosintez Cəmiyyəti dünyanın ən nüfuzlu elmi mərkəzlərindən biridir. Onun orqanı olan “Fotosintez risöç” jurnalında Cəlal Əliyeva həsr olunan məqalə “Böyük alim, böyük müəllim, böyük şəxsiyyət” adlanır. 

Məqalənin müəllifləri AMEA-nən Mikrobiologiya İnstitutunun direktoru akademik İradə Hüseynova, professor Süleyman Allahverdiyev və professor Qovinçidir. 

Məqalədə akademik Cəlal Əliyevin elmi fəaliyyətindən bəhs olunub. Həmçinin onun Biotexnoologiyalar, Molekulyar Biologiya İnstitutlarını yaratması önəmli hadisə kimi qeyd edilir»

Məsələ burasındadır ki, sğzü gedən yazı məqalə deyil, başsağlığıdır, xatırlamadır. Özü də Cəlal Əliyevə bu tərifləri verən jurnal deyil, xatırlamanı yazmış iki azərbaycanlıdır: Irada M. Huseynova və Suleyman I. Allakhverdiev. İrada xanım Cəlal Əliyevin tələbəsi olub. (özü də haralı olsa yaxşıdır? Əlbəttə, naxçıvanlı!). Cəlal Əliyev Allahverdiyevin tədqiqat məsləhətçisi olub. (The first author (IMH) of this Tribute was Jalal Aliyev’s student, and then co-worker until the last day of his life. Professor Aliyev was the first research adviser of the second author (SIA)). (Burda üçüncü adam da var, Hindistan alimi, 84 yaşındadır, iki dəfə Bakıya Cəlal Əliyevin təşkil etdiyi tədbirə gəlib. Şübhəsiz ki, Bakıda onu yaxşı yağlayıblar, o da bu xatirə yazısını jurnala təqdim edib.

Yəni Cəlal Əliyev haqqında bütün gurultuu sözləri iki azərbaycanlı deyib. Vəssalam!

Yəni bunlar maya qoyub hardasa özlərini gözə soxurlar, sonra özləri özlərini sitat gətirirlər. Belə üsuldan Eynulla Fətallayev tez-tez istifadə edir. Yəni bütün bu zurnalistlərin vahid rəhbərliyi var.

Yəni millət qırılacaq, kəndlər dağılacaq, anaların ürəyi parçalanacaq, bular isə keflərindən qalmayacaqlar.

CALAL ALIYEV

 

 

 

TƏLTİF OLUNANLARIN SİYAHISI NİYƏ GİZLİ SAXLANILIR?

“Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. 

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır”.

Bu məlumat prezidentin saytında aprelin 19-da dərc olunub, yəni iki gün bundan qabaq. Ancaq indiyə qədər təltif olunanların sayı, yəni sərəncamların (əslinə fərmanların, çünki orden, fəxri ad fərmanla verilir) mətni indiyəcən saytda yoxdur. Qəribədir ki, dünənə aid prezident sənədlərinin mətni artıq dərc olunub. Təltİf olunanların siyahısının açıqlanmamasınain bir səbəbi ola bilər: itkilərin sayı gizlədilir!

FƏRMAN.jpg

BAKIYA YAS YARAŞMIR, YAS YARAŞIR KƏNDLƏRİMİZƏ…

Biri deyir Azərbaycan ordusu üçgünlük müharibə nəticəsində on kilometr irəliləyib, biri deyir on metr… Məncə, bu, vacib məsələ deyil. On kilometr o tərəfə, on kilometr bu tərəfə — nə böyük fərqi far ki? Əsas məsələ odur ki, bəla Bakıdan sovuşub. Yəni meyidlərin hamısı kəndlərdə pay-püşk olub. Mən qorxurdum ki, həlak olanların içində bakılılar olarlar, gözəl paytaxtın həyatı pozular. Təsəvvür edin ki, fəvvarələr meydanına şəhid meyidi gəlib. Qışqırıq, ağlaşma, arvadlar üzlərini cırırlar… Gəzməyə çıxanların kefi pozulmazdlmı? Hələ mən xarici qonaqlrı demirəm! Bakıda başqa gözəl və vacib yerlər var. Oralarda yas qurulmağına yol vermək olmazdı! Və bizim Ermənistanla müharibəmizdə, mənim zənnimcə, ölkə rəhbərliyinin ən böyük qayğısı odur ki, bu gözəl yerlərdə yas qurulmadı. Bıkı kimi qəşəng şəhərə yas yaraşmaz. Yas yaraşar Neftçalann Həsənabad kəndinə. Kənd yeridir, nə qədər ağlayırsan ağla, onsuz da burda hərənin bir dərdi var, ağlaşmağa fürsət axtarırlar… Qoy hələ müdafiə nazirinə sağ ol desinlər… Ağlaşma yaraşır Lənkəranın, Salyanın, Şamaxının, Beyləqanın kəndlərinə. İnsanlar burda onsuz da yaman gündədirlər. Ölürlər yasdan ötrü, fürsət axtarırlar ki, üzlərini-gözlərini cırsınlar…

Mən prezident olsaydım, müdafiə nazirinə marşal rütbəsi verərdim. Çünki Bakıya meyid buraxmayıb. Bakıya əsgər meyidinin gəlməyi düşmən əsgərinin girməyi kimi bir şeydir. Ancaq mən prezident deyiləm. Hay-hayı getmiş bir qocayam. Ona görə plastilindən “Xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli medal” düzəltmişəm. İndi haçan Zakir Həsənov Samaraya gəlsə, bu medalı ona təqdim edəcəyəm. Özü də bu medal sinəyə taxılan ya boyundan asılanlardan deyil. Bu medalı gərək afrikalılarda olduğu kimi buruna keçirəsən. Çünki biz də də bəzi Afrika tayfalarında olduğu kimi insanlar bir-birinin ətini yeyir…

Mirzə ƏLİL

У ЭЙНУЛЛЫ ФАТУЛЛАЕВА ЛОМКА И ИСТЕРИКА

У Эйнуллы Фатуллаева началась ломка: после того как Лейла и Ариф Юнус были выпущены из тюрьмы, ему не за кем стало смотреть через дыру в тюремной уборной.

GEDƏNDƏ LEYLA YUNUS EYNULLA FƏTULLAYEVA TÜRMƏ AFTAFASI BAĞIŞLAYIB

Leyla və Arif Yunusları aeroportda çoxlu jurnalist yola salıb. Ayrıılanda Leyla xanım və Arif bəy jurnalistlərə kiçik hədiyyələr veriblər. Ən böyük hədiyyə Eynulla Fətullayeva düşüb: Leyla Yunus ona türmə aftafası bağışlayıb.

СУПРУГИ ЮНУС УЕХАЛИ. ЭЙНУЛЛА ФАТУЛЛАЕВ ПОСТ У ТЮРЕМНОЙ УБОРНОЙ СДАЛ

Супруги Лейла и Ариф Юнус выехали из Азербайджана. Кто-то этому рад, кто-то огорчен, а зурналист Эйнулла Фатуллаев бьется в дикой истерике. За кем он теперь будет следить через дырку в тюремной уборной?

BAKIDAN ŞUŞAYA MARAFON

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hamını mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb.

Marafon Bakı-Şuşa marşrutu ilə keçiriləcək.