Архивы

ÖZ DƏRDİNİZİ ÇƏKİN, ÖZ DƏRDİNİZİ…

Azərbaycanlılar nəinki Beıçika, hətta bütün qərb rəhbərlərinin başına ağıl qoyurlar – oxuduqca, eşitdikcə istəyirsən ya yerə girəsən, ya da başını vurasan divarın tininə…

Gündə prezidentin ayaqqabısından ən azı üç dəfə öpməyi ibadət kimi vacib bilən Eynula Fətullayev yazır ki, Avropa İlham Əliyevin sözünə qulaq assaydı, bu günə qalmazdı…

Belçikadakı partlayışlarda otuz adam ölüb. Azərbaycanda hər ay ən azı otuz adam özünü öldürür. Qocalar, cavanlar, məktəblilər özlərini asırlar, zəhərləyirlər, yandırırlar, suda boğurlar, yuxarı mərtəbələrdən atılırlar. Bir ay içində on bir yaşlı iki uşaq özünü öldürüb. Hansı Avropa ölkəsində belə şey var?

Az qala hər gün “qeyrətli” kişilər analarını, bacılarını, arvadlarını, qızlarını baltalayırlar, bıçaqlayırlar, güllələyirlər. Hansı Avropa ölkəsində belə şey var?

Azərbaycan əhalisinin çoxu keyfiyyətli su ilə təmin olunmur. Ölkənin çox hissəsində kanalizasiya yoxdur.

Və Azərbaycanda həyat varsa, niyə insanlar yaxşı bir yerə qaçmağa fürsət axtarırlar? Niyə saxta sənədlərlə, min cür fırıldaqla, alçalsalar da, Avropa ölkələrindən birinə özlərini soxmağa çalışırlar?

Hansı Avropa ölkədsinə şəhərlərə, vilayətlərə ofisiant rəhbər təyin edilir?

Hansı Avropa ölkəsində baytar sürücüsü general olur?

Hansı Avropanın səhiyyəsi Azərbaycan səhiyyəsinin günündədir?

Hansı Avropa ölkəsində qadın jurnalist hökuməti tənqidə görə dama salınır?

Hansı Avropa ölkəsində Milli məclis kimi parlament var? Yəni Hansı Avropa ölkəsində parlament yoxdur?

Hansı Avropa ölkəsinin polisi hamılıqla oğrudur?

Bir rus lətifəsi var: trolleybusda ayaq üstə gedən bir kefli tez-tez səndələyir və qarşısında oturmuş qadının üstünə yıxılır. Qadın onu məzəmmət edir: “Özünü düzəlt, əyyaş!” Kişi deyir: “Mən əyyaşam, sənin də qıçların əyridir”. Qadın təəccüblənir: “Mənim qıçlarımın bura nə dəxli?” “O dəxli var ki, mən sabah ayılacam, sənin qıçlarınsa sabah da əyri olacaq…”

Avropa özünü düzəldəcək, qalxacaq, Avropa bundan da ağır sınaqlardan çıxıb. Biz öz qeydimizə qalaq. Yaman gündəyik…

 

 

NOVRUZ FELYETONU

Günlərin bir günü burda bir azərbaycanlı tədbirində oldum. Tədbir çalığılı idi. Manıslar avadanlıqları ilə oturmuşdular zalın yuxarı başında Qonaq-qara yerini tutub yeməyə təzəcə girişmişdi ki, gözlənilmədən Azərbaycanın himninin yazısını səsləndirdilər. Qonaqlar qalxdılar ayağa, gözlərini süfrədəki yeməklərə zilləyib gözlədilər ki, bu həngamə nə vaxt bitəcək. Mən yeyə bilmədiyimdən süfrəyə yox, çalğı səsi gələn tərəfə baxırdım. Çalanların içində bir olxuyanı, bir də skripkaçını tanıdım. Oxuyanla işim yoxdur, ancaq skripkaçıdan bir neçə kəlmə sözüm var.

Ötən ilin mayında burda Respublika günü keçirmək istəyirdik. Düzü, istəyən çox az idi, çox adam badalaq qururdu. Ancaq biz işimizdən qalmadıq, çalıb-oxuyan da tapdıq. Tədbirə bir həftə qalmış çalıb-oxuyanların başçısı dedi ki, burda aəzrbaycanlı skripkaçı var, o da sizin tədbirdə çalmaq istəyir. Dedik ki, buyusun, şadıq. Adını  İnternetdə elan elədik. Tədbirə bir gün qalmış çalıb-oxuyanların başçısı xəbər göndərdi ki, skripkaçı gəlməyəcək, əməliyyat olunub. Biz də çox ağrındıq, narahat olduq, dedik ki, bəs tədbirdən sonra yerini öyrənib dəyək. “Təki ölməsin”, — mən də belə dedim.

Çox keçməmiş mənə bir tanışım zəng vurdu, dedi ki, “öz aramızda qalsın, əməliyyat deyil, sünnətdir”. Mən çox təəccübləndim, dedim a kişi, o manısın əlli yaşı var, bu yaşda sünnət olar? Dedi,o, sünnət olunmur, sünnət toyuna çağırıblar Novokuybışevskə, ora gedib…

İndi qayıdaq bu tədbirə. Himn bitdi, qonaqlar girişdilər yeməklərə, çənələr bir şalaxo getdi ki, gəl görəsən. Bir-iki sağlıq deyiləndən sonra aşıqçılar başladılar vəzifələrinin icrasına. Bizim bu skripkaçı da… Aşıq Alı demişkən, “adını demirəm, eldən ayıbdır”. Elə Manıs deyək. Hə, bu Manıs durdu, skripkanı sıxdı çiyninə, sabirabadlılar demişkən, bir Şur təsnifi çaldı segahıynan…”Iyyy, ıyyy, qıyyy, vıııyyyy…” “Azərbaycan oğluyam”a keçəndə durdu ayağa, skripkanı mişarlaya-mişarlya başladı yançaqlarını əsdirməyə…

Bu insan Respublika günündən qaçıb sünnət toyuna getmişdi. Erməni toyuna çağırsaydılar, erməni toyuna gedərdi, buna şübhəniz olmasın. Bu insanda bir qram vətənpərvərlik varsa, onda Mirzə Əlil erməni casusudur, buna da şübhəniz olmasın.

Ağalar və xanımlar! Ağa və xanm olmayanlar, yəni sadə insanlar! Gəlin bayrağa hörmət edək, himnə hörmət edək – o baryaq ki, şəhidlərimizi bürüyürük, o himn ki, qəhrəmanların şərəfinə çalınır. Və bir də kimlərlə oturub-durduğumuza fikir verək. İncəsənətimizi, zəngin mədəniyətimizi sünnət toyu səviyyəsinə endirməyək. Yoxsa bir də görərik ki, erməni toyundayıq. Əldə-ayaqda işləyirik…

21.03. 2016 Samara

Mirzə ƏLİL

KOREYALININ MUĞAMI MƏNİ AĞLATDI…

Mənə dedilər, bir  koreyalı muğam oxuyub Azərbaycanda, inanmadım. Göstərdilər, baxdım, ağladım…

Bundan qabaq amerikalının muğam oxuduğunu görüb ağlamışdım.

Öz-özümə deyirəm: birdən bu koreyalılar, anerikalılar hamısı başlayalar muğam oxumağa, Koreya, Amerika nə günə qalar? Ya indiyəcən koreyalılar, amerikalılar muğam oxusaydılar, Samsunq olardı? İnternet olardı?

Uyyy aman, dəlöy-dəlöy, nənəm sənin qara gözlərinə qurban, uyyyy aman…

Ay koreyalı, kül sənin başına, sən görmürsən muğam oxuyanlar nə günə qalıblar? Başına iş qəhətdir?

Mənə təsəlli verən budur ki, o muğam oxuyan koreyalı yəqin ki, xalis koreyalı deyil, Özbəkistan koreyalısıdır ki, elə dədəsi-babası özbək muğamı oxuyub, bu qırışmal da indi keçib bizim muğama ki, beş-on manat qazansın…

Uyyy aman, dəlöy-dəlöy…

Ölmüşük, yerdən götürən yoxdur. Koreyalılar da muğam oxuyursa, dünyanın axırı çatıb…

Bəlkə bizi yaman günə qoyan muğam deyil? Bakıda özünü rusluğa qoyub muğan bəyənməyən o qədər azərbaycanlı var ki. Onlar nə yaradıblar? Heç nə!

Bəlkə geriliyimizin, bir-birimizin ətini yeməyimizin, yalançılığımızın, iş yarıtmazlığımızn, yaltaqlığımızın səbəbləri muğam deyil, tamam ayrı şeydir?

Bəs axı nədir bu ayrı şeylər?

Ay koreyalı, sən bu ayrı şeylərin nə olduğunu bizim millətə de, bəlkə biz də ayılaq, bir günə çıxaq. Yoxa qavalı almısan əlinə ki, nə bilim uyyy aman, dəlöy…

Qorxuram sabah çinlilər ya yaponlar başlayaçar meyxana deməyə. Vallah, dünya dağılar…

Yar aman-aman, can aman-aman, dəöy-dəlöy…

Mirzə ƏLİL

19.03.16

ЭЙНУЛЛА ФАТУЛЛАЕВ ПОЛАГАЕТ, ЧТО ПОЛИТЗАКЛЮЧЕННЫЕ, КАК ОН В СВОЕ ВРЕМЯ, В ТЮРЬМЕ ЛОВИЛИ КАЙФ…

Эйнулла Фатуллаев опубликовал статью на собственном сайте под псевдонимом «Юсиф Алиев», в которой пишет, что вышедшие на свободу политзаключенные должны поблагодарить Ильхама Алиева (то есть те, кто еще не успел поблагодарить) за те приятные годы, которые они провели в тюрьме.

Эйнулла Фатуллаев, кажется, судит по себе. То есть полагает, что политзаключенные тоже, как он сам в свое время, в тюрьме предавались утехам определенного свойства, дни и ночи проводили в оргиях.

Г-н Фатуллаев, не надо обобщать, не надо. Может, вам еще раз доведется оказаться в тюрьме. Тогда узнаете, что такое настоящая жизнь зека, потому что свежести и молодости, которой вы, возможно, спасались во время первой отсидки, у вас уже не будет…

FƏRMANI İMZALADI RƏHBƏRİMİZ…

Fərmanı imzaladı rəhbərimiz,

Zindanı açdı igid əjdərimiz.

Gözləyir indi ulu öndərimiz,

Baş əyərik bir ay, do svidaniya,

Tı kto takoy, davay, do svidaniya.

İLHAM ƏLİYEV HƏLƏ XƏDİCƏ ÜÇÜN BAŞLIQ ALMAYIB?

Yəqin Xədicə İsmayılova üçün başlıq verməyə Avropanın pulu çatmayıb…

Видимо, у Европы  на калым за Хадиджу Исмаилову  пока у Европы средств не хватило…

EYNULLA FƏTULLAYEVİN İLHAM ƏLİYEVƏ MƏKTUBU

Jurnalist Eynulla Fətullayev prezident İlham Əliyevə məktub yazıb. Əsil bakılı kimi Fətullayev məktubu əvvəlcə rusca yazıb.

Я к вам пишу – чего же боле?
Что я могу еще сказать?
Теперь, я знаю, в вашей воле
Меня презреньем наказать.
Но вы, к моей несчастной доле
Хоть каплю жалости храня,
Вы не оставите меня.

Və s. və i.

Кончаю! Страшно перечесть…
Стыдом и страхом замираю…
Но мне порукой ваша честь,
И смело ей себя вверяю…

Cənab Fətullayev türk millətçisi kimi sora keçir türkcəyə, həm də qorxur ki, “konçayu” sözü prezidentin xoşuna gəlməyə.

Size yazıyorum –daha ne denir? 

Hem daha ne söyleyebilirim ki? 

Şu an, biliyorum, elinizdedir 

Hor görüp cezalandırmanız beni. 

Bu benim mutsuz kaderimdir, 

Bir damla acıyı koruyarak siz, 

Elbette beni terketmezsiniz. ….

Kesiyorum! Tekrar, dehşet vericidir…

Utanç ve korkuyla donakalıyorum. 

Ama onurunuz benim güvencimdir, 

Ve ona yiğitçe teslim oluyorum…

Prezidentin cavab verib-vermədiyi hələ məlum deyl…

«AZƏRBAYCAN SAATI» KANALINA ŞƏRH ƏVƏZİ

Mənə bir nəfər “Azərbaycan saatı” kanalını nişan verib tövsiyə edir ki, baxım və şərh də yazım. Mən də o insana sual verirəm: “Azərbaycan saatında” mənim son iyirmi ildə danışmadığım bir şey deyilirmi? “Azərbaycan saatı” məni oxuyub şərh yazırmı?

İndi məsələnin ayrı tərəfinə toxunum. Rəqəm adlandırmağa qorxuram, çünki bu sahədə peşakar deyiləm, ancaq güman edirəm ki, televiziya kanalı, lap ən sadəsi də, böyük sərmayə tələb edir. Studiya, avadanlıq, kameralar, mikrofonlar, işçilərin maaşı. Bir ətək pul. On minlərlə, bəlkə yüz minlərlə dollar.

İndi mənim çıxardığım qəzeti götürək. Bu qəzetə indiki məzənnə ilə yüz əlli dollardan da az pul gedir. Ancaq Samarada beş adam tapılmır ki, bu xərci boynuna götürsün. Əfəlləmiş kompütüri təzələmək üçün elə qənaətə keçirsən ki, üst-başın tökülür…

İndi təsəvvür edək ki, Həmin Qənimət Zahid ya Emin Milli Almaniyaya ya Türkiyəyə yox, Samaraya (Novosibirskə, Nijni Novqorada və s.) gəliblər. Və burda azərbaycanlıları yığıb deyirlər ki, studiya yaradırıq, ayda beş-on min dollar lazımdır. Bu sözlərii eşidən soydaşlarımız Qənimət Zahidi ya Emin Millini daşa basmasalar da, üzlərinə tüpürərlər. Vallah, belədir. Yüz dollarlıq qəzetin xərcini çəkməyən insanlar studiya xərci çəkərlərmi?

Qənimət Zahidin ya Emin Millinin televizorunun effekti ona görə sıfra yaxındır ki, onun xərcini Azərbaycan milləti yox, almanlar, fransızlar, isveçlilər, amerikalılar çəkirlər. Azərbaycanlılar isə Qənmət Zahidin televizoruna hind kinolarına baxdıqları kimi baxrlar.  Avropalılar, amerikaılar gılib azırbaycanlıların əvəzinə küçəyə çıxmayacaqlar, oğru məmuru, müstəbid polisi rerində oturdmayacaqlar. Bunları azıərbaycanlılar özləri eləməlidirlər, unları eləməyə isə əzmləri, qeyrətləri yoxdur.

“Molla Nəsrəddin” jurnalının ona görə maarifçilik effekti var idi ki, onun xərcini xalq özü çəkirdi.

Qənimət Zahidin televizoruna baxan soydaşlara: gətirin “Azərbaycan saatına” xərclənən pulun ondan birini verin bizə, görün nələr yaradırıq! Heç olmasa, adama yüz rubl verməyə hazırsınız?

O ki qaldı bilavasitə Qənimət Zahidin televizoruna, mən bir dəfə bir verilişin bir hissəsinə baxdın. Bir ailə göstərirdilər. Bu ailə xarabalıqda yaşayır. Divarlar uçur, yəni heyvan heyvanlığıyla orda qalmaz. Kişi də arvad-uşağı yığıb başına hökumətdən şikayət edir.

Mən Əliyev rejimini, yumşaq desək, sevmirəm. Heydər Əliyevin rejimini də sevmirdim. Ancaq mənə elə gəlir ki, heydərəliyevə, ilhaməliyevə, kəmaləddin heydərova və s. baxmayaraq, Azərbaycanda ev tikmək olar. Qaranquş qaranquşluğuyla palçığı yumurlayıb özünə yuva tikir. Əgər əlli-ayaqlı kişi arvad-uşağıyla xarabalıqda yaşayırsa, bu insan əlini ağdan-qaraya vurmaq istəmir. Bu adamın kişi adına haqqı yoxdur. Ya başqa süjet: bir müharibə əlilinin bərbad vəziyyətdə olan evini göstərirlər. Qonşular deyirlər ki, hə, hökumət ev vermir buna. Mən özümü qonşulara tuturam: bəli, hökumət oğrudur, ancaq hökumət kənd camatını qoymur ki, yığışıb iki həftənin içində sağlamlığını onların yolunda qoymuş bu veterana bir ev qaralasınlar?

Elə hesab edirəm ki, tapşırığı yerinə yetirib şərh yazdım…

Ancaq Qənimət Zahidin televizoruna baxmağa vaxtım və həvəsim yoxdur. Öz xırda işim mənim üçün daha vacibdir…

07.03. 2016

 

 

 

TAHİR KƏRİMOVUN CEHİZİ ERMƏNİLƏRİ TƏŞVİŞƏ SALIB

Bir neçə gün ərzində Azərbaycanın hərbi yük təyyərələrinin müntəzəm Naxçıvana uçmağı Ermənistanı çox təşvişə salıb. Ermənilərən hava hücumundan müdafiə qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Ancaq kəşfiyyatın səyləri nəticəsində məlum olub ki, bu təyyarələr Tahir Kərimovun Salyanda yığdıqlarını Sədərəyə daşıyırlar…