Архивы

UISTAN ODEN. YAZIÇI

Mundir kimi geyinib talantını hər biri,
Hər şairin rütbəsi, səviyyəsi bəllidir.
Onlar qasırğa kimi bizi sarsıda bilir,
Var ömrü tək keçən də, var cavan öləni də.

 +

Cuma bilər husar tək onlar irəli, hərçənd,

Gərək yenərək erkən talant təkəbbürünü

Elə səmimi, hətta naqolay da görünə,

Arzulamaya keç kəs dalınca gedə onun.

 +

Ən kiçik arzusuna çatmaq üçün gərək o,

Tamam cansıxan ola, həm də seviginin dada,
Bayağı əzabını, düzlər içində Doğru,

+

Və o da Çirkin ola Çirkinlər arasında.

Zəifsə də vücudu, bacara biləcəksə,
Bəşəri qüsurların bütün zülmünə dözə.

ingiliscədən tərcümə

25-26. 03. 2025, Samara

+++++++++++++++

WINSTAN AUDEN

The Novelist

 

Encased in talent like a uniform,
The rank of every poet is well known;
They can amaze us like a thunderstorm,
Or die so young, or live for years alone.
Читать далее

UİSTAN ODEN. “NƏ DÜŞÜNDÜRÜR SƏNİ, DOVŞANIM, GÖYƏRÇİNİM…”

Nə düşündürür səni, dovşanım, göyərçinim,

Ölü hüceyrələr tək bitir fikirlər elə?

Pulmu sayırsan ya eşq qayğılandırır səni,
Ya zərgər dukanına planlayırsan həmlə?

 +

Kefcilim, gəzəyənim, gözlərini aç daha,

Əllərini işə sal məndən qaça biləsən

Tanış yaşantıları oyat, təzədən yaşa,

Bu isti və ağ günün dayan ucqarında sən.

 +

Sıçra küləklə birgə mənim böyük ilanım,
Quşları susdur tamam, zülməti göyə çökdür.

Qorxut ölümcül məni, dirilt sonra da ani,

Ürəyimi nişan al, vur, məni əsir götür.

ingiliscədən tərcümə

19. 03. 2025, Samara

++++++++++++++++++

WINSTAN AUDEN

What’s in your mind, my dove, my coney

 

What’s in your mind, my dove, my coney;

Do thoughts grow like feathers, the dead end of life;

Is it making of love or counting of money,

Or a raid on the jewels, the plans of a thief? Читать далее

UİSTAN ODEN. QOY TARİX MƏNİM HAKİMİM OLSUN

Hazırlaşıb bitirdik görülməli nə iş var,

Nə qədər firma varsa, tutduq siyahısını.

Yoxlandı dönə-dönə bütün hesablalamar

Fermaların yerbəyer elədik hamısını.

 +

Məqsədyönlü nə əmr lazımdısa – verildi

Demək olar beləydi nəticədə vəziyyət:

Gözlənilən tək, azlıq çox da razı deyildi,
Çoxluq adəti üzrə göstərirdi itaət.

 +

Küsənlər deyirdilər: qədimdəki tək yenə,

Sui-istivadəyə yol verib, əl atmışıq.

Cəhd eləyənlər oldu iğtişaşa, üsyana,
Əl-qol atırdı ancaq əsasən uçaq-muşaq.

Təlaş və narayatlıq  yaşatmazdı da ciddi,

Bu işlər əslindəsə.
Əgər qalib gəlməsək, bu, məlum məsələydi,

Şansı olmayacaqdı yaşamağa bir kəsin.

 +

Bu işə baxılarsa ənənıəvi nəzərlə

Deyilər ki, bu işin bəraəti yox əsla.

Nəzərə alınarsa yeni nəzəriyyələr,

Düşünürəm çoxları sayar onu əsaslı.

 +

Terrorun qeyri-adi formasıdır bu çünki.

Başqaları, gözləri hələ açıq olanlar,

İş elə başlanandan deyərdilər, yəqin ki,

Xəta ehtimalı var.

 +

Əlimizdən gələni elədik sonacan biz.
Özümüzəsə şəxsən qalan ən azı budur:

Namus və şərəfimiz.

Axıracan dayanmaq şansı da hələ durur.

1928

ingiliscədən tərcümə

18. 03. 2025, Samara

+++++++++++++++++++++++

WYNSTAN AUDEN

Let History Be My Judge

 

We made all possible preparations,
Drew up a list of firms,
Constantly revised our calculations
And allotted the farms,

Читать далее

CORC BAYRON. ZAMANA

Zaman! Sənin ötkəm qanadlarında

Saatlar ləngiyir ya uçub gedir.

Yazın tez ötüşəndir, qış yubanandır,

Qəbrə qovur bizi ancaq hər biri.

 +

Salam! Bu dünyaya gəldiyim andan,
Nemətlər vermisən hər kəsə bəlli.

Yaxşıdır tablaşam yükünə hərçənd,
Təkcə daşıyıram onu mən elə.

 +

Bircə sevən qəlb də, istəmərəm mən,

Sən törədən acı anlara dözə.

Bağışlaram səni, qıymadınsa sən,

Sevdiyim, əzizim olan hər kəsə.

 +

Əbəsdir sıxasan sonra nə qədər,

Sevinc ver onlara, mənə rahatlıq.

Mənim sənə borcum – yaşanan illər,
Borcum ağrılarla ödənib artıq.

+

Hərçənd rahatlıq da vardı ağrıda,

Unutdururdu o, əsarətin yəqin.

Əzab saatları yavaşıdırdı,

Ancaq hesablamır sayını yəqin.

 +

Ümid oyanırdı içimdə hərdən,

Get-gedə azala bəlkə sürətin,

Buludun işığı örtə bilsə də,

Qatar qara günə zülməti çətin.

 +

Müdhiş və qaranlıq olsa da necə,

Ruhumun məskəni göylərin idi.

Təkcə bir ulduzdan yandı qığılcım,
Əbədiyyət deyil ordakı, səndin.

 +

Və o şölə söndü. İndi günlərin
Hər an lənətlənən sayısan ancaq.
Hərə öz rolunu oynayıb gedir,

Nə qədər bezdirə, təkrarlanacaq.

 +

Dəyişə bilməzsən bir səhnə sən –

Sənin sürətinin axı həddi var,

Sonrakılar biz tək incidilərkən,
Eşitmərik, dərin yuxu aparar.

 +

Sənin səylərinə yəüin baxaraq,
Gülərəm onların zəifliyinə.

Adsız baş daşına dəyəcək ancaq

Qisas zərbələrin nə qədər enə.

ingiliscədən tərcümə

01.03. 2025, Samara

+++++++++++++++++++++

GEORGE BYRON

To Time

Time! on whose arbitrary wing

The varying hours must flag or fly,

Whose tardy winter, fleeting spring,

But drag or drive us on to die— Читать далее

CORC BAYRON. SƏNİ XATIRLAMAQ! SƏNİ YENƏ DƏ!

Səni xatırlaram! Səni hər zaman!

Letada həyatın odu sönüncə,

Əl götürməyəcək ayıb yaxandan,

Qorxulu yuxular üzürsə necə.

 +

Səni xatırlaram! Belədir, inan.

Haqqında düşünür sənin ərin də.

Necə unudarıq? Onu yandıran —

Yalanın, mənisə bəd əməlindir.

 

ingiliscədən tərcümə

27. 02. 2025, Samara

++++++++++++++

GEORGE BYRON

Remember Thee! Remember Thee!

 

Remember thee! remember thee!
Till Lethe quench life’s burning stream
Remorse and shame shall cling to thee,
And haunt thee like a feverish dream!

Remember thee! Aye, doubt it not.
Thy husband too shall think of thee:
By neither shalt thou be forgot,
Thou false to him, thou fiend to me!

CORC BAYRON. BƏLİ! SƏN XOŞBƏXTSƏN…

Bəli! Sən xoşbəxtsən, anlayıram mən,

Özümü də xoşbəxt hiss edəm gərək.

Çünki xoş gününü sənin görərkən,

Qəlbən sevinirəm mən əvvəlki tək.

 +

Ərin bəxtəvərdir – xeyli çətindir,
Onun xoş halından ağrı duymamaq.

Qoy olsun! Ah, qəlbim nifrət edərdi

Ona sevməsəydi səni, bil ancaq.

 +

Sevimli körpəni gördüyüm zaman,

Qısqanclıq ağrısı keçdi sinəmdən.

Fəqət uşaq qəfil gülümsünən an,

Anası xətrinə öpdüm onu mən.

 +

Öpüb baxdım ona nəfəs dərmədən,

Görüm atasını üzündə, dedim.
Anasınkı idi gözləri hərçənd,

Bütün sevgim elə onlara idi.

 +

Daha gedəm gərək, Meri, əlvida,
Yoxdur, xoşbəxtsənsə, mənim gileyim.

Qala da bilmərəm fəqət yanında,
Yoxsa sənin olar yenə ürəyim.

 +

Deyirdim  qürurum, ötüncə zaman,
Gənclik alovunu söndürər yəqin.

Oturdum yanında indi – görürəm,
Yalnız ümid itib, qalan şey həmin.

 +

Hərçənd sakit idim: zaman var idi,
Sinəm titrəyərdi bir baxışıyla.

Cinayət olardı titrəmək indi,

Görqşdük — əsmədi bir sinir belə.

 +

Görürdüm baxırsan üzümə necə,

Həyəcan, oyanış tapmadın yəqin.

Görərdin bir duyğu izini təkcə:

Yaslı sakitliyi ümidsizliyin.

 +

İlkin arzularım, çəkilin artıq,

Gərək oyanmasın xatirə daha.

Əfsanəvi Leta hardadır axı?

Divanə ürəyim, ya sus, ya partla.

 

ingiliscədən tərcümə

25-26. 02. 2025, Samara

++++++++++++++++

GEORGE BYRON

Well! Thou Art Happy

 

Well! thou art happy, and I feel

That I should thus be happy too;

For still my heart regards thy weal

Warmly, as it was wont to do. Читать далее

KLER HARNER. ÖLÜMSÜZLÜK

Gəlib qəbrimin üstdə

             Durma, nə də ağla sən.

     Axı burda deyiləm,

            Axı yatmamışam mən –

Minlərlə küləyəm mən, ki, əsir səhər-axşam,

Almaz parıltısıyam qar üstündə sayrışan.

Yetişmiş sünbül üstdə mən günəş işığıyam,
Xoş payız yağışıyam.

Səhərin sükutunda sən oyandığın zaman,

Çırpıntıyam, şiddətəm ipə-sapa yatmayan

Səssiz quş qatarının dövrəli uçuşunda,

Mən günəm, gündüzlərin gecəyə keçişində.

Gəlib qəbrimin üstdə

          Durma, nə də ağla sən.       

     Axı burda deyiləm,

               Axı ölməmişəm mən.

dekabr 1934

ingiliscədən tərcümə

  1. 02. 2025, Samara

++++++++++++++++++++++++++

Clare Harner

İMMORTALİTY

 Do not stand
By my grave, and weep.
I am not there,
I do not sleep—
I am the thousand winds that blow
I am the diamond glints in snow
Читать далее

CORC BAYRON. «CADU SINDI…»

Cadu sındı, uçub getdi cazibə!
Belədir həyatın çılğın çağı da:

Dəli tək gülürük yas üz veribsə,

Həqiqət görürük qarabasmada.

 +

Fikrin hər işıqlı anında yada

Düşür nəsibimiz olan sınaqlar.

Müdrik addım atır kim ki, həyatda,
Əzabkeş ölümü kimi ömrü var.

16 yanvar 1810, Afina

ingiliscədən tərcümə

25.02. 2025, Samara

++++++++++++++++++

GEORGE BYRON

THE SPELL IS BROKE, THE CHARM IS FLOWN!

 

The spell is broke, the charm is flown!
Thus is it with Life’s fitful fever:
We madly smile when we should groan;
Delirium is our best deceiver.
Читать далее

CORC BAYON. ELEGIYA

Gözəllik, qoparıldın təzə çiçəkləyərkən,
Ağır qəbir daşıyla basılmayacaq sinən,

Qızılgüllər boy atar, əksinə, torpağında,
Erkən yaz yaşıllanar onların yarpağında,

Cavan sərv də tutrəyər zərif toran enərkən.

 

Və tez-tez  şırıltılı çeşmənin qırağında,
Başını endirərək dayanıb durar Kədər.

Arzular neçə dərin fikri qidalandırır

Düşüncələr ləngidər, sonra astaca gedər,

Qorxur o, ölüləri sanki narahat edər.

 

Yeri get! Əbəs yerə yaş axıdırsan nədən?
Ölüm nə dərd eşidən, nə də məhəl qoyandır.

Çəkindirər bu bizi şikayət eləməkdən?

Ya da ki, ağlamaqdan dərdlini yayındırar?

Unut getsin deyirsən mən sən özün indi,
Baxışlarınsa solğun, gözlərinsə nəmlidir.

ingiliscədən tərcümə

24. 02. 2025, Samara

+++++++++++++++++++

Elegy

by Lord Byron

O snatch’d away in beauty’s bloom!
On thee shall press no ponderous tomb;
But on thy turf shall roses rear
Their leaves, the earliest of the year,
And the wild cypress wave in tender gloom:
Читать далее

CORC BAYRON. XATİRƏ

Sondur! Görmüşdüm öncə bunu yuxularımda:
Ümidlə şölələnməz gələcək illər daha;

Bəxtəvər günlərimin sayı azalmış indi:

Ömrün  şəfəqlərini örtdü qara buludlar,
Bədbəxtlik yellərində qışın buz soyuğu var,

Ümid, Məhəbbət, Sevinc, sizə əlvida dedim!

Xatirəylə də kaş ki, vidalaşa biləydim!

ingiliscədən tərcümə

23.02. 2025, Samara

+++++++++++

GEORGE Byron

Remembrance

 

‘Tis done!—I saw it in my dreams:

No more with Hope the future beams;

My days of happiness are few:

Chill’d by Misfortune’s wintry blast,

My dawn of Life is overcast;

Love, Hope, and Joy, alike adieu!

Would I could add too!