Архивы

XUMAR QƏDİMOVA VƏ ONUN SEHRLİ SAYĞACI

Xumar Qədimova

Xumar Qədimovanın “ifasında “Sevdim səni” mahnısının klipinə You Tube-da baxanların sayı 7 milyona çatıb.

Nəyə görə bu rəqəmlər məndə ciddi şübhə doğurur?

Xumar Qədimovanın statistikası, yəni bizə göstərilən statistikası, dünyanın birinci pop ulduzu Svift Teylorun (Swift Taylor) statistikasına yaxındır. Teylorun “Lover” klipinə 4 ildə YouTube-da 281 mln dəfə baxılıb. Dörd ili aylara, ayları həftələrə bölsək, Xumar Qədimovanın nəticəsi ilə eyni olar. Bu, mümkündürmü? Yox!

  1. Svift Teylorun auditoriyası bütün dünyadır. 2. Svift Teylor çox gözəl qadındır ki, bunu Xumar Qədimova, haqqında, nə gizlədək, demək olmaz. Svift Teylor səhnədə oxumayıb yalnız gəzişsə də, nəhəng auditoriya yığa bilər. 3. Svift Teylorun təkcə İnstaqramda 282 mln (!) izləyicisi var. Bu qədər izləyicinin hamısı gün yarım ərzində “Lover” klipinə baxsaydı, 4 ilin nəticəsi alınardı. Bundan əlavə, Teylorun X (Twitter)-də 94, 6 mln, Facebookda 80 mln izləyicisi var. Və Swift Teylor milyard, iki milyard da yığsa, təəccüb doğurmaz.

Azərbaycanın bütün əhalisi cəmi on milyondur. Bunların fəal musiqiyə qulaq asanı, həm də İnnterneti, smartfonu olanı 4-5 milyondan çox olmaz. Və bunların hamısının birdən Xumar Qədimovaya aşiq olub gecə-gündüz onun kliplərinə baxmağına inanmaq mümkün deyil.

Flora Kərimova yaxşı müğənnidir? Əlbəttə, Xumarın tayı deyil. Onun ifasında “Heyf” mahnısının klipinə 2 min 500 dəfə baxılıb. İndi müqayisə edin.

Alim Qasımov. Əfsanəvi “Şirvan şiləstəsi”. Klipim birinə 13 ildə 179 min dəfə, ikincisinə 11 ildə 110 min dəfə baxılıb. Bir yerdə eləyir 290 min. Hanı bizim qüdrətli müğənnimizin milyonları?

Mən əminəm ki, Xumar Qədimovanın rəqəmləri süni şəkildə yaradılıb və bu işə maya qoyulub.

Bu rəqəmlər cəhənnəm, onlar qoy əsl müğənnilər Zeynəbi, Floranı, Alimi və onlrı sevənləri narahat eləsin.

Məsələ burasındadır ki, Xumarın oxuduğu hava Azərbaycan musiqisi deyil, türkü, yəni osmanlını  yamsılamadır! Yəni Xumar kasıbların Nilufəri, Nesrin Sipahisidir. Bu yamsılamalar tədricən Azərbaycan musiqisinin bünövrəsini sarsıdar, təzə nəsillərdə milli musiqi haqqında yanlış təsəvvür yaradar. İşğal adlandırdığımız rus, sovet dövründə milli musiqimiz formalaşıb – Üzeyir bəy, Cabbar, Bülbül, Xan, Qədir Rüstəmov, Alim… Müstəqillik (?!) dövründə musiqi identikliyimizi itiririk…

O süni rəqəmlər həm də bu faciəyə aiddir….

X.X.

29. 02. 2024, Samara

QURBAN VƏ QURBANİLƏR. YUZERLƏR VƏ LUZERLƏR

Qurban Məmmədli TÜRK

Məlumdur ki, dünyanın ən möhtəşəm əiləsi Qurban Məmmədlinin atalıq elədiyi Azerfreedom ailəsidir. Üzvlərinin sayına görə bu ailə Hindistandan və Çindən sonra dünyada üçüncü yerdədir. Ancaq kəmiyyətdən çox keyfiyyət vacibdir. Azerfreedom ailəsini bu mənada Azərbaycanın «silikon vadisi» adlandırmaq olar. Bu ailəyə hər biri milli düha sayıla biləcək intellektuallar yığılıblar. Mirtzə Əlillə Mirzə Təbil Aerfreedom ailəsinin üzvlərinin intellektual incilərindən bir kolleksya yaradıb sizə təqdim edir.

 İNCİLƏR


@user-wc9jb7eh6l

6 hours ago

Ай гага биз динимиза хор бахырыг амал етмирий фарза биз балалара душирук сабаб озимиздади

@user-tk5wq1qw8w

9 hours ago

Гарбан маллим хаг йерин тапар иншааллах

@user-ly7is7pw5s

11 hours ago

@Hormetli Gurban bey,bu insanlari rosiyadada azerbaycandada ,en seviyesiz ve en gorxsg insanlari seciller,bu hagda siz oxsar rossiya turmelerinde istifade olunur,bu hagda Navalniya nece isgence veribler,yutubda var,bu adamlari coxdan azerbaycana,cetiribler.


@user-ml5tv9iy4s

16 hours ago

Ay şərh yazanlar, sizdən xahiş edirəm ki, yazanda, yazdığınız cümlələri düzgün bizdə oxuyanda başa düşək ki, nə ifa etmək itəyirsiniz bizdə başa düşək.

@aydntfkkur8195

20 hours ago

Qurban bəy,Mən incili,Quranı və qismən Tövratı oxumuşam.İsaya,Məhəmmədə poemalar yazmışam.Anlamadığı dildə ibadət etməyə,anlamadığı elmi əzbərləməə vərdiş etdirilən xalq anlamadığı əmri də icra edə bilər.Belə şeylər insanları müti edib. Bir də rüşvət asılılıq və mütilik,şəxsiyyətsizlik yaradıb…

@Forma567

20 hours ago

Нийе бу деречеде горхач ялтаг сатгын бинамус бигейретди Азербайджан миллети?? Икинчи беле горхач миллет йохдур. Аллах бу алчаглыга салдыки бутун дуня билсин не гедер горхач сатгын ялтагды бизим миллет. Демели космос гырдырачаг бу миллети йеринде ирак курдлери келиб яшайачаг. 26 илден сонра ченуби гафгаз курдистаны олачаг. Кул олсун башыныза.


@tamillazairova9248

21 hours ago

Mende jmix emishem ushagligda Bakida yashayirdim

@mirelcake7567

6 days ago

Halaloldun budur Azərbayçan gadını o partiyalarki var onlatdada bu gaxın gədər veyrət olardı .


@mirelcake7567

6 days ago

Gurbanbəy Azərbayçanda nəgədər ziyalıları var ançag biz buğün onları xalgın icərisində ğömürük ğiriblər kravatın altına niyə ?

@qasimibraqimov2476

6 days ago

Адам ГУЛаг асанда нифрат едир. Бу миллатин душмани ермани йох езудур. Она Гера дунйа бизи севмир. Ёлка учурома гедир.


@user-tt7qh2ro1p

6 days ago (edited)

Hamını Salamlayıram,Gurban kişi Turan birliyi Lənkəranı Turan ğənclər şəhəri elan ediblər bəs ( Şuşa,Xankənd )sizin fikriniz ?

@zikrehli

1 day ago

Qurban bəy Peyğəmbər (s.a.s) yer üzünü namazgah edib məgər Peyğəmbərimiz bilmirdi ki yer üzündə hər şey olur onda orani niyə namazgah deyib şadliq sarayında kim nə iş görür özünə aiddir əgər namaz girib vaxtı keçməsin deyə harda qilirsa onun nəyi pisdi qəribədir


@user-th9sg6kq7v

1 day ago

Кунах ишлетмейе вахтымыз галмасын


@user-rn8bo7bl7b

1 day ago

Камили ГАЛИБ ПРЕЗИДЕНТИМ ИЛХАМ ХЕЙДАР ОГЛУ АЛИЕВ бурахдырды


@user-de6lv1eh7l

1 day ago

Assalamu Aleykum Qurban müəllim.Sən gözəl insan və gözəl dindarsan. Bizlər heykələ boyun əymirik...

@abuhuseyn7578

2 days ago

Erestun ele sen indi de amerkanin sukasisan,sen ne bilirsen din nedir ALLAH kimdALLAHIN RASULU KIMDIR صلى الله عليه وسلم KET ISHINLE MESHGUL OL ve America da eşşeyini otar


@user-gh4nh5fs2q

2 days ago

Салам,ай Арастун бай,тенгид еладажайам,инджимайин,сизин поколенийаны Совет хокумети йолдан чыхарыб,шехсан сизин галбинизи гормурам,орда на вар, Аллах билир,горунен будут ки,сизда 10% мусалманчылыг вар, бунун сабаби иса исламы билмирсиз,чох таасуф,сиз дуня иле машгулсуз.

@herbici5221

1 day ago

Vaar olasuz Qurban bəy hemişe doqru düzgün qeyretli insanları tapib isiqlandirirsiz buna göre minnetdaram ALLAH razı olsun

İnciləri toplayanlar:

Mirzə Əlil və Mrzə Təbil

  1. 02. 2024, Samara

MƏLAHƏT ZEYNALLI: BƏDBƏXT, MİSKİN, HƏM DƏ RƏZİL…

Məlahət Zeynallı

Bu günlərdə dünyanın ən müxtəlif ölkələrində, hətta indiki Rusiya ilə düşmən münasibətdə olan ölkələrdə iki rus qadınının çıxışı milyonlarla insanda bir vaxt Qaqarinin kosmosa uçuşu kimi Rusiyaya rəğbət və onun gələcəyinə ümid oyatdı. Mən Aleksey Navalnınına nası Lyudmila İvanovnanın və arvadı Yuliya Borisovnanın çıxışlarını nzərdə tuturam. Ən əziz adamları dövlət tərəfindən qətlə yetirilmiş bu qadınlardakı nümunəsiz mərdllk, ləyaqət, prinsipiallıq, mübarizlik heyrət və fövqəladə hörmət doğurur.

Məlahət Zeynallının əri öldürülməyib, ancaq uzunmüddətli həbs cəzası alıb. Məhkəmə qərarından sonra jurnalistlər qarşısında çıxış edir. Bu çıxışın müəyyən tonallığı, emosionallığı, əlbəttə, başa düşüləndir. Ancaq Məlahət Zeynallının nə dediklərinə diqqət yetirəndə quruyub qalırsan: bu qadının başına hava gəlib ya fövqəladə sitüasiya onun əsl üzünü açıb?

Məlahət Zeynalova ərinin həbsində məmurları təqsirli bilir.

“İlham Əliyevin bu məmurlara gücü çatmır…”

“Prezident deyirt ki, biz özümüzü türk dünyasında yaxşı görürük.

Mən burda Amerikanın, əlini gördüm, Qərbin əlini gördüm, Rusiyanın əlini gördüm ham Azərbaycanın, Türkiyənin əlini görmədim”.

Burda güləsən ya ağlayasan? Amerika hara, Əvəz Zeynallı hara? Daha doğrusu, Amertika harda, Əvəz harda? Əvəzi, məlum olduğu kimi, restoranda saxlamışdılar. İki havayıyeyən gədə ilə — İlkin Rüstəmzadə və Kəramət Böyükçöllə yeyib-içəndə. Məlahət Zeynallı Baydeni bu gədələrə qatır?

Sonra Məlahət xanım deyir:

“Elçin Sadıqov fetoçulara işləyir, onu bilirəm.

Azərbaycan hakimiyətrinin içərisində də adamlar var ki, fetoçulara işləyirlər

Bunu birmənalı olaraq, kimə lazımdırsa, məni çağırsınlar sübut eləyim.”

Fetoçular kimdirlər, onlar Azərbaycanda necə işləyirlər və ya məmurlar onlara necə işləyirlər? Buynuzları və quyruqları varmı? Məlahət Zeynallının kəşfiyyat xidməti var? Fetoçuları tanıyırdısa, indiyəcən niyə açıb demirdi?

Sonra deyir:

“Fetoçular bu gün bu ağır cinayət məhkəməsində qalib gəldilər”.

Yox, bu qadının başına hava gəlməyib, o, saman çöpündən yapışır, hanssa fantastik fetoçuları Əliyevə təhvil verməklə Əvəzi buraxdırmaq istəyir. On, on beş, lap əlli adamı tutdurmağa hazırdır. Yəqin qızları da Türkiyədə ştatdankənar agentdirlər, fetoçuların izinə düşüb tutdururlar. Türkiyədə fetoçuların növbəti dstəsinin tutulduğunu eşitsəniz, bilin ki, Əvəz Zeynallınn qızları tutdurublar…

Jurnalist arvad Məlahət Zeynallıya sual verir:

“Elçin Sadıqov on dörd il ailə vəkiliniz olub, bilirdiniz fetoçudur?”

Cavab:

“Biz təxmin eləyirdik…”

Bu, komediyadlr, sketç-şoudur?

Jurnalist arvad:

“Bəs niyə aralanmırdınız?”…

Haqlı sualdır. Ancaq sual janrın kanonlarını pozur…

İkinci personaj. Elnur Şükürovun atası. Gündən-günə əfəlləyən bədbəxt ata.

“Cənab prezidenti elə alıblar mühasirəyə ki, ona söz çatmır…”

A kişi, sözün var, söz danış. Əliyevi telefonunda İnternetə girib günün xəbərlərini oxumağa qoymurlar?

Şükürov-ata sonra deyir:

“Bunların qanında türk qanı yoxdur, türk qanı olsaydı, belə olmazdı…”

A kişi, elə bunlar əsl türkləridir. Öz vətəndaşlarına türk dövlətlərindən  amansız dövlət varmı? Bax Türkmənistana, Türkiyəyə, Özbəkistana… Çuğullamaq, şərləmək, tutdurmaq da əsl türk xassəsidir. Türküm etalonunu yaratmaq istəsələr, Eynulla Fətullayevi model kimi götürə bilərlər….

Məlahət xanım, əlbəttə, bətbəxtdir. Ancaq, etiraf edək ki, həm də rəzildir…

Məlahət Zeynallı, əri iki havayıyeyən gədə ilə restoranlarda yeyib içəndə, gərək onun qoparağını götürəydi, deyəydi bu pullar səndə hardandır, jurnalistsən, səhər işə gedəndə naharını düyünçədə apar, orda gəvələ, Türkiyədə iki uşaq oxuduruq, bahalı maşın sürürük, valideynlər xəstə…

Deməyib…

Əvəzin qardaşı deyir ki, uzun müdət polis işləyib, bir manat rüşvət almayıb.

Eh… Azərbaycan, Azərbaycan…

X.X.

27. 02. 2024, Samara

+++++++++++++++++++++++++++++++++

24. 01. 2026

Əvəz Zeyallının YouTube-la indiki çıxışlarına baxanda elə gəlir ki, Azərbaycanda Çernobl qəzasına bənzər bir fəlakətli hadisə baş verib və Əvəz Zeyallı təpədən dırnağa qədər şüalansa da, sağ qalıb…Əslində Azərbaycanda bütün demokratik azadlıqların, vətəndaş hüquqlaraının məhvinə ynəlmiş sistemli repressiyanı nüvə silahənın tətbiqinə və ya nüvə obyektində törədilmiş qəzaya bənzətmək olar — yalnız təsadüfən sağ qalanlar var və onlar da ancaq öz işgəncəli ömürləriaz da olsa aparmaq uğrunda əl-qol ata bilərlər…

Jurnalist, bloger kimi Əvəz Zeynallıya mənim elə də rəğbətim yoxdur. Ancaq onun mübarizliyi, mənəvi müqavimət qüvvəti məndə heyranlıq doğurur. Bununlar belə onun arvadının məhkəmə prosesində özünü necə rəzil apardığını da unutmuram…

YENƏ SORUŞURAM: ZAUR QƏRİBOĞLU NİYƏ ƏSGƏR GETMƏYİB?

zaur_qəriboğlu

Cənab Zaur Qəriboğlu!

“Zaur Qəriboğlu niyə əsgər getməyib” adlı yazı mənimdir. “Məndən yazırlar” deyib şivən qoparmaqla özünüzü kütləvi kampaniya qurbanı kimi göstərməyə çalışırsınız ki, bu da sizin davranış tərziniz üçün xarakterikdir.

Əsgər paltarında (“gözümdə də oçki var”)  şəkilləriniz mənim fikrimi dəyişmədi. Mən yenə hesab edirəm ki, siz əsgərlik çəkməmisiniz. Siz tək ya qonaqlarınızla tez-tez hərbi mövzuları müzakirə və militarist çıxışlar edirsiniz. Yəni xalqı yeni hərbi kampaniyalara səsləyir ya da hazırlayırsınız. Mənim fikrimcə, belə avantürist çıxışlar məhz xalq üçqn, xüsusən onun fəhlə-kəndli hissəsi üçün təhlükəlidir. Çünki hər yeni hərbi kampaniyada həyatlarını ya da sağlamlıqlarını itirənlər fəhlə-kəndli balalarıdır. Hərbi mövzuda danışmağa yalnız hərbin, yəni müharibəniin bütün ağırlıqlarını çəkmiş insanların haqqı var. Hardasa, özünüzün deiyiniz kimi, “oçki gözündə”gününü yubatmaq sizə bu haqqı varmir. 2020-ci ildə sizin 30 yaşınız olub. Niyə səfərbər olunub cəbhəyə getməmisiniz? Canınızı qorumusunuz? Elə isə ağzınızı yumun, xalqın balalarını ölümə, qana səsləməyin.

Məni – yazının müəllifi mənəm – “tərbiyəsiz” adlandırırsınız. Məni tanıyırsınız? Durun güzgünün qabağında, özünüzə yaxşı baxın. Kostyumunuzu, qalstukunuzu, alt paltarınızı, ailənizin dolanışığını hansı pulla təmin etdiyinizi düşünün. «Seçkilər»də yəqin bir ətək pul qazanmısınız. Bu pulu jurnalistliklə qazanmırsınız, Azərbaycanda müstəqil jurnalistlər pul qazananda da burnundan gətirirlər. Ondan çox müstəqil jurnalistin harda olduğu sizə yaxşı məlumdur. Sizin də yeriniz məlumdur.

Deyirsiniz ki, “yazanlar” xaricdən idarə olunurlar. Bilə-bilə yalan deyirsinuiz. Bilirsiniz ki, yazan təkdir və kimdir. Mənim xaricim Samara şəhəridir. Və məni haçansa, kimsə idarə edibsə, adını, ünvanını deyin. Mən idarə olunsaydım, aspiranturadan sonra zavodda fəhləlik eləməzdim, sizin kimi AYB adlanan oğraşxananın üzvü olardım.

Mənim yaşadığım xaricdə sizin kimi adamlara “делец” deyirlər. Bu sözü “işbaz” kimi də, “lotu” kimi də tərcümə etmək olar. Qundaqdan çıxandan siz nəşrlərə, fondlara, televiziyalara rəhbərlik edirsiniz. Sayları o qədər çoxdur ki, fiziki cəhətdən o rəhbərlikləri icra etmək qeyri-mümkündür. Savadınız da… Yəqin “Allaha təvəkkül” universitetini qurtarmısınız.

Bilirsinz sizdən niyə yazıram? Çünki cəhalət yayırsınız. Tək, qonaqlarınızla. Sərdar Cəlaloğlu iddia edir ki qan analizi ilə milli mənsubluq müəyyən edilir. Deyir ki, Mahatma Qandi Hindistanın prezidenti olub. Deyir ki, Flora Kərimova 8-ci oktavanı götürür və s. Düzəliş yazanda da silirsiniz. Mən keçmiş məktəb müəllimiyəm, cahil adamların millət müəllimi roluna girməyi, onsuz da çaşqın insanları daha da azdırmağı mənə toxunur.  Özünü polkovnik adlandıran, ancaq gizir qədər ağlı və məsuliyyəti olmayan heyvərə Üzeyir Cəfərovu, yeri psixiatriya xəstəxanası olan Cahangir Bayoğlu ilə haçanacan xalqın zehninə ziyan vurub özünüz kimi debilə çevirəcəksiniz?

Ən vacibi: orduda mənim ailəmin üzvü həlak olub. Ölümlərin bəlkə də ən ağırı və faciəlisi ilə. Ailənizdən (ailənizdən!) cəbhədə ölənlər varsa, yazın, mən də sizin barənizdə fikrimi dəyişərəm. Yoxdursa, Zəngəzur, Qərbi Azərbaycan kimi təhlükəli (fəhlə-kəndli balaları üçün təhlükəli) söhbətlər eləməyin.

Güzgü qabağında durmağı unutmayın. Pasternak deyirdi ki, başqalarının onun barəsində nə fikirdə olmağı vacib deyil, onun üçün vacib  “Mən namuslu adamammı?” sualına müsbət cavab verə bilməkdir.

Xeyrulla Xəyal

25. 02. 2024, Samara

P.S. Mənim yazımdan danışdığı Zaur Qəriboğlu videonu hansı verilişindənsə fraqment kimi kəsib qoyub. Studiyadakı qonağına ağlar halda deyir: «Mən təsadüfən bilmişəm… Sayt açıblar… Məndən yazırlar…Xaricdən idarə olunurlar…» Bunları deyə-deyə Qəriboğlu telefonunun ekranını bir neçə saniyəliyə qonağına göstərir və dərhal çevirir. Tamaşaçı heç nə görmür. Görsə, bilər ki, Zaur Qəriboğlu «Allaha təvəkkül » universitetini bitirsə də, intellektual səviyyəsi peşə məktəbinin məzunu səviyyəsində olsa da, fırıldaqlığa zirəkdir, gözübağlıca ustasıdır,  kartbasan və üsükoynadandır, çünki mənim heç bir saytım yoxdur, işlətdiyim — havayı bloqdur. Bloq indi açılmayıb, on iki ildir mövcuddur. Və bu bloqdakı yazılar da təkcə mənə məxsusdur. Özünü şişirtmək üçün xarici işə qatır. Şikayətlənir. Birbaşa xüsusi xidmət orqanlarına. Bu, Zaurun şakəridir — çuğulçuluq, xəbərçilik, çağırış edib adam tutdurmaq, insanlara «sorosçu damğası vurmaq»…Prezidentə hətta müraciət edir. Yəqin onunla oturub-durur…

İnstaqramdakı videonun şərh bölməsinə baxıram: beş-altı şərh var, ancaq əlavə ertmək mümkün deyil, çünki akkaunt sahibi «şərh opsiyasını məhdudlaşdırıb»….

QURBAN QURBANOV: «MÜHARİBƏ DÖVRÜNDƏ ALİ KOMANDANIN GÜCLÜ DÖYÜŞÇÜLƏRİ VAR İDİ…»

qurban qurbanov

Qurban  Qurbanov Bakıda Braqaya 2:3 hesabı ilə uduzub səkkizdə bir finala çıxandan sonra müstəsna natiqliq və nitq mədəniyyəti nümayiş etdirirdi.

“Müharibə dövründə ali komandanın güclü döyüşçüləri var idi”.

Bu cümləyə YouTube-da qulaq asıb kömpüterdə yığandan sonra uzun-uzadı ekrana baxır və mat qalıram.

“Surəti-halım görən surət xəyal eylər məni”.

Bunu Qurban Qurbanov deməyib, Məhəmməd Füzuli deyib. Onun vaxtında ingilislər hələ futbolu yaratmamışdılar.

Qurban Qurbanov sonra deyir:

“Oyundan əvvəl söhbətimiz olmuşdu ki, biz bu gün meydanda döyüşməliyik”.

Bütün dünyada futbolçular oynayırlar, çünki futbol oyundur, çünki ingilislər onu əyləncə və yarış üçün yaradıblar. Döyüş üçün yox. Təkcə Azərbaycanda futbolçular döyüşürlər. Xüsusən alınma futbolçular. Onlar Azərbaycan üçün dallarını cırmağa hazırdırlar. Pullarını ver, dalına bax.

Qurban Qurban Qurbanov yenə aldı, görək nə dedi:

“Seçkilərdən bir gün sonra qalib gəldik”.

Pardon, hansə seçkilərdən sonra? Məgər Azərbaycanda seçki olub? Olubsa, kimlə kim arasında?

Qurban Qurbanov dayanmır:

“Bizim etdiklərimiz şəhidlərimizin etdikllərinin bir faizi də deyil”.

Aha! Bəs onda sənin maaşın şəhid ailələrinə verilən qədər yox, 100 min manatdır?

Şəhidlik belə şərəflidirsə, niyə oğlun gedib vuruşmur, xaricdə top qovur?

Qurban Qurbanov, sənin şəhidlərlə nə işin var? Sabah Bayer sənin ….dağıdanda xalqa, şəhidlərə nə deyəcəksən?

“Qarabağ” hələ futboıl komandası deyil, bahalı mulyajdır. Avropa stadionlarına baxın: hətta Sekundanın, Çempionşipin oyunlarında 60-70 min tutan stadionlar dolu olur. İnsanlar əylənirlər, dincəlirlər. Onların əylənməyə, dincəlməyə pulu var.

Mənə bu günlərdə İnternetdə bir futbol translyasiyası rast gəldi. Naxçıvan oynayırdı. İkinci komanda yadımda qalmadı. Stadion bomboş idi. Elə bil oyun başlanmamışdan qabaq neytron bombası atmışdılar.

Adamların əylənməyə, dincəlməyə, həvəsi və pulu yoxdur. Adamların yığılmağını isə Əliyev istəmir. Bir gün yığılarlar, iki gün yığılarlar, üçüncü gün Təbrizdə olduğu kimi siyasi şüarlar səslənər…

Qulaqlara qurğuşun…

Bayerlə oyunu səbirsizliklə gözləyirəm.

X.X.

24. 02. 2024, Samara

KAMİL ZEYNALLI «TİTUŞKA»DIR VƏ ERMƏNİLƏRƏ YOX, AZƏRBAYCANLILARA TƏHLÜKƏDİR

Без названия (47)

Ermənilər əslində Kamil Zeynallının Azərbaycana qayıtmağına sevinməlidirlər. Çünki Kamil Zeynallı tərəfindən indi Ermənistana və ermənilərə qarşı heç bir təhlükə yoxdur. Kamil Zeynallı ancaq Azərbaycan xalqı, xüsusən onun proqressiv hissəsi üçün təhlükəlidir. Çünki ukraynalıların diliylə desək, Kamil Zeynallı tituşkadır.

“Tituşka” termini Belaya Tserkovdan olan ukraynalı idmançı Vadim Tituşkonun soyadından görtürülüb. 18 may 2013-cü ildə Tituşka Kiyevdə müxalifətlə toqquşmaların  iştirakçısı olub və jurnalistlərə hücumlar edib. O vaxtdan nümayiş, mitinq iştirakçılarını döymək, qorxutmaq üçün istifadə olunan muzdlu fitnəkarları, kriminal elementləri “tituşka” adlandırmağa başlayıblar.

Kamil Zeynallı “tituşka” olduğunu özü bütün dünyaya elan edib. Allah eləməmiş, birdən azərbaycanlılar öz hüquqlarının müdafiəsi üçün etiraz nümayişinə çıxsalar, Kamil Zeynallı qoca-cavan, qadın-kişi bılməyəcək, salacaq təpiyinin altına, qol-qabırğalarını sındıracaq.

Beləliklə, erməni ictimaiyyəti Kamil Zeynallının Azərbaycana qayıtmağından ciddi razılıq hissi keçirməlidir.

Yeri gəlmişkən, Azərbaycan müxalifətinin ünvanına yaydığı çıxışında özünü Mayk Taysona oxşadan Kamil Zeynallı Domodedovo polisindən çəkdiyi videoda morqda həftələrlə saxlanan ölüyə oxşayırdı. İçərisindəki qəhvəyi rəngli substansiyanın rəngi qorxusundan çıxmışdı üzünə…

Mirzə Əlil

23. 02. 2024, Samara

RUSİYA ZEYNALLINI ERMƏNİSTANA VERƏ BİLƏRDİ. BELARUS LAPŞİNİ ƏLİYEVƏ NECƏ VERDİ?

Kamil zeynallı

Hamı bir günün içində ura-patriot oldu. Mehman Hüseynov özünü yırtır ki, Rusiya Kamil Zeynallını Ermənistana verə bilməz.

A kişi, necə verə bilməz?

A kişi, sən hansı qanundan danışırsan? Azərbaycan hansı qanuna əməl edir?

Qanuna qalsa, Rusiya Zeynallını Ermənistana verərdi.

Bəs Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşini Belarus Azərbaycana necə verdi?

Əfqan Muxtarlının Tbilisidə başına torba keçirib necə Bakıya gətirdilər? Gürcüstan vermədimi?

Rauf Mirqədirlini Azərbaycana kim və necə verdi?

Əgər Rusiya Kamil Zeynallı Ermənistana vermirsə, deməli, onun əvəzində Azərbaycandan nə isə alacaq – bəlkə də kiminsə həyatını.

Bəlkə də kiminsə şərəfini — əgər kimdəsə şərəf qalıbsa….

P.S. Maraqlıdır, Kamil Zeynallı niyə həftəbaşı Moskvaya uçur? Orda nəyini itirib?

21. 02. 2024, Samara

XUMAR QƏDİMOVAYA BİR HƏFTƏDƏ 7-8 MİLYON BAXILIB? BU, MÜMKÜNDÜRMÜ?

Xumar Qədimova

Azərbaycan musiqisinə hərdənbir qulaq asıram – Bülbül, Xan Şuşinski, Alim Qasımovun gənclik yazıları, Ağabala Abdullayev, Yavər Kələntərl… Xumar Qədimova haqqında Sərdar Cəlaloğludan eşitdim. Sərdar Cəlaloğlu Şeyx Nəsrullah kimi bir şəxsiyyətdir, bütün elmlərdən xəbərdardır, özü də alimdir. Sərdar Cəlaloğlu Ramiz Rövşəni Nizami Gəncəvi ilə, Xumar Qədimovanı isə Flora Kərimova ilə bir zirvəyə qoydu. Yeri gəlmişkən, Sərdar Cəlaloğlu ilə Flora Kərimovanı yaxın edən vacib bir şey var – hər ikisi saxta seçkilərdə İlham Əliyevə səs verib, hər kisi də deyib ki, “əcəb eləyirik”.

Sərdar Cəlaloğlu dedi ki, Xumar Qədimovanın mahnsına təkcə YouTube-da 6 miyon adam baxıb. Bu mötəbər şəxsin və şəxsiyyətin sözü mənim üçün müqəddəsdir. Təcili YouTube-da mahnını tapıq qulaq asdım.

Əvvəl sözlər barədə. Bilirəm ki, Ramiz Rözşənin şeirini tənqid edən adam özü də şeir yazırsa, deyəcəklər ki, paxıllıq edir. Ancaq həqiqət naminə kütlə qınağına dözmək lazımdır.

Mahnını sözləri, yəni Ramiz Rövşənin şeiri, qısa desək, cəfəngiyatdır. Elə cəfəngiyyatdır  ki, yarım saatın içində mən bu şeirə parodiya da yazdım…

RAMİZ RÖVŞƏN PREZİDENTƏ

Əvvəl sevgim yavaş idi,

Sürətlə sonra sevdim.
Güzəranım yaxşılaşdı,
Gəldi pul-para, sevdim

Elçibəyə verdim ürək

Sevdim bir ildən də az.

Atan onu devirən tək,

Keçdim bu sevgidən vaz.

Şükr Allaha, ağıllandım,
Sevdim uldu öndəri.

Havayı ondan ev aldım,
Verdi şəxsən orderti.

Öndər öldü, səni sevdim,

Yazda, yayda, qışda mən.

Gəldi hər ay təqaüdüm,

Bir ev də bağışladın.

Ən çox sevdim səni bu qış,
Seçki keçiriləndə
Məntəqələr açılmamış,

Verdim səsimi mən də.

İki dəfə səs verərək,
Dörd-beş bülleten atdım.

Çünki səni sevir ürək,
Sənsən eşqim, həyatım.

Mahnı sözləri əksər hallarda poeziya deyil. Mahnı sözləri bir növ xüsusi janrdır. Məsələn, Beatlse-ın bütün dünyada məşhur mahnılarının da sözlərinin böyük poeziyaya aidiyyəti yoxdur. Sözlər musiqini müşayiət edir, vəssalam. La-la kimi. Əsl şeirlərə yazılmış mahnılar da var, ancaq bu, ayrı mövzudur.

“Sevdim səni” şeiri gücənə-gücənə yazılan mətnlərdəndir. Yəni Ramiz Rövşən peşəkar şairdir, çörəyi şerdən çıxır, gərək vaxtaşırı yaza, kitab çıxara, satıb pul qazana, prezident təqaüdü ala, mənzil ala. Şeir şoğərib isə yazılmır. İyirmi beş yaşında bulaq quruyub. Ancaq sözü sözə calaya, misra qura, qafiyələndirə bilir. Təzə metafora tapmayanda oğurlamaq da olar, Ramiz Rövşən poeziyanı bilie, bilir hardan nə çırpışdırmaq olar. Məsələn:

 Səni sevdim qar üstündə

 Yem axtaran quş kimi.

Görək Əli Kərim 60-70 il qabaq nə deyib:

Mənsə səni sevirəm,

Susuzluğun od vurub,
Köz kimi yandırdığı,

Dodaq su sevən kimi.

Dodaq su sevən kimi…Ramiz Rövşəni qoyaq bir qırağa, qoy prezident bağışlayan gözəl mənzillərinin birində kefini çəksin…

Mən mahnıdan danışıram.

Bu gün, fevralın 20-də, YoyTube-da mahnıya baxımların sayı belədir: 5, 822 648. Eyni mahnı, eyni klip YouTube-da daha bir dəfə yerləşdirilib. Baxımların sayı 122 mindir. Mahnı daha beş-altı platformada yerləşdirilib, məsələn, Tik-tokda. Tik-tok-da akkauntum olmadığına görə, mahıya nə qədər baxıldığını deyə bilmərəm. Sərdar Cəlaloğlu deyirdi ki, bütün platformaların cəmi 10 milyondan çoxdur. Bu, indi dünyanın birinci pop müğənnisai olan Svift Teylorun göstəricilərinə yaxındır.

İndi baxaq görək bu, mümkündürmü?

Azərbaycan əhalisinin sayı 10 milyondur. Gərək südəmər uşaqdan tutmuş 80-90 yaşlı qocalara və yataq xəstələrinə qədər hər azərbaycanlı bir dəfə baxa ki, 10 milyon ola.

YouTube-da baxımların sayının necə hesablanması barədə müxtəlif fikirlər var. YouTube özü bu barədə heç nə demir. Ekspertlərin rəyi fərqlidir. Bəziləri deyirlər ki, yalnız unikal istifadəçilər sayılır. Yəni bir istifadəçi on dəfə baxsa da, bir dəfə sayılacaq. Başqa rəylərə görə, bir istifadəçinin hər baxımı sayılır, ancaq gərək hər baxımdan sonra gərək bir sutka keçə.

Məsələ burasıbdadır ki, 6 milyon rəqəmi təxminən bir həftə əvvəl səslənib. Gündə milyon? Bu, necə ola bilərdi? Müxtəlif variantlar var:

Bir milyon azərbaycanlının hərəsi altı dəfə baxır. Bir sutka ara verməklə altı gün dalbadal.

İki milyon azərbaycanlının hərəsi üç dəfə baxır.

Üç milyon azərbaycanlının hərəsi iki dəfə və s.

Üç milyon azərbaycanlının az vaxtda bir mahnıya, özü də iki dəfə baxdığına inanmaq mümkündürmü?

YouTube-da müxtəlif rekordlar var. Məsələn 1978-ci ildə çəkilimş “Grease” filmindən ən məşhur səhnə — John Travolta və Olivia Newton-un ifasında mahnının bir klipi 14 ildə 461 milyon dəfə baxılıb. Ancaq nəzərə almaq lazımdır ki, Grease Hollivudun ən populyar, kassa yığımı baxımından ən uğurlu filmlərindəndir. Travolta təkcə aktyor kimi yox, həm də rəqqas və müğənni kimi məşhurdur. Oliviya isə qərbin ən sevimli aktrisalarından və müğənnilərindən biri olub. Azərbaycan mahnısının auditoriyası 10 milyonluq əhalidirsə, Grease-in auditoriyası bütün dünyadır: Oliviyanın vətəni Avstraliyadan tutmuş Afrikaya qədər….

Demək istədiym budur ki, Xumar Qədimovanın klipinə süni sayğac qoyulduğuna əsaslı şübhələrim var. Mən 6 milyon rəqəminə inanmıram. Yən inanmıram ki, bütün əhali, hətta qızılcalı xəstələr, türmədəkilər, dəlixanadakılar və s. hamısı birdən bir həftə ərzində smartfonu əlindən yerə qoymaya…

İnternetdə videolara baxımların sayını artırmaq barədə təkliflər çoxdur. Milyon isəyirsiniz – milyon. Altı milyon istəyirsiniz? – Əlimizin içində!

Təkliflərdən biri burda: https://www.youtube.com/watch?v=8AlzbwfNDe8

Yeri gəlmişkən, Azərbaycanda neçə smartfon var?

İndi qısaca musiqi barədə. Musiqi, əgər mahnını musiqi saysaq, orijinal deyil, həm də Azərbaycan musiqisi deyil. Bu, osmanlı musiqisidir. Osmanlı musiqisi isə ərəb, yunan və Balkan musiqilərinin sintezider. Yəni bu mahnıda bir damcı da bizim musiqi yoxdur. Bu mahnı hamılıqla Azərbaycan musiqisi sayılırsa, deməli, əsl Azərbaycan musiqisi ölüb. Bizim üçün musiqi dil kimidir. Rəsul Həmzətovun dediyi kimi, musiqimiz ölübsə və ya osmanlı haftəbecəri ilə əvəz edilibsə, deməli, biz millət kimi ölmüşük…

Bu qədər.

P.S. Bəs Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədli deyir Azərbaycan xalq acından ölür? Xalq acından ölür ya Xumarın dərdindən?

X.X.

20. 02. 2024, Samara

 

 

ATLAR ÖLÜB… ÇAQQALLARIN BAYRAMIDIR?

Sərdar Cəlaloğlu zaur qəriboğlu

Sovet vaxtı peşə təsifatında belə bir peşə də vardı: “geniş profilli dəzgahçı”.

Ömrü boyu dəzgah dalında dayanmayan, çörəyini, bəzi qadınlar kimi diliylə qazanan Sərdar Cəlaloğlu da geniş, çox geniş profillidir.

Siyasətçi, siyasətşünas, ilahiyyatçı, həkim, qadın hüqüqu, hicab və aybaşı üzrə mütəxəssis, hərbi strateq…

Özü kimi demaqoq, söz yox, dil ustası olan, əsgərlikdən yayınıb ağız dolusu hərbi zəfərlərdən danışan  Zaur Qəriboğlu ilə verilişdə Cəlaloğlu əvvəlcə ədəbiyyatşünas və ədəiyyat tənqidçisi rolunu ifa etdi. Dedi ki, Nizaminin vaxtında Gəncədə Nizamidən də böyük şair olub, ancaq sovet hökuməti onun adını batırıb…

Sonra musiqi tənqidçisi və musiqişünas kimi çıxış edərək dedi ki, Flora Kərimova dünyada yeganə müğənnicir ki, səsi 8-ci oktavanı götürür.

Maraqlıdır, bu oktava söhbətini Sərdar Cəlaloğlu harda, kimdən eşidib?

İndi bilmirəm, sovet vaxtı Azərbaycanda musqişünaslar və musiqi rənqidçiləri vardı. Əsasən boşboğazlıq eləsələr də, hər halda musiqi təhsilləri vardı. Bilirdilər ki, oktava nədir.

Atlar ölüb, itlərin bayramıdır?

“Ən yüksək  nota görə həm qadınlar arasında həm də mütləq rekord:

İtalyan mənşəli Braziliya müğənnisi Corciya Braun 2004-cü ildə 5-ci oktavada fa götürmüşdü. Həmçinin C. Braun 2004-cü ildən qadınlar arasında ən geniş diapazona görə dünya rekpordçusudur: böyük oktavadakı ci-dən5-ci oktavadakı fa”.  (Vikipediya, ruscadan tərcümə)

Görürsünüz, 5 oktava. Cəlaloğlu hansı biliklə, hansı hünərlə Floranı 8-ci oktavaya qaldırır?

Nə bilik var, nə də hünər. Həyasızlıq, abırsızlıq!

Haçan Flora klassik repertuar oxuyub? “Qaynana” filmində? “Yenə başladı it kimi ulamağa…”

Fikirləşdim ki, Sərdarla Flora arasında ümumi nəsə var? Bəlkə bığ? Cavanlıqda Floranın bığı Koroğlunun bığından seyrək deyildi. Sonra qırxdı…

Yox, bu adamlar arasına ümumi abırsızlıq və həyasızlıqdır. Flora saxta seçkilərdə səs verir və deyir “əcəb eləyirəm”.

Sərdar Cəlaloğlu elə eləyir və  elə deyir…

Doğrudanmı itlərin bayramıdır? Yox, Azərbaycanda itlərin başı qapazlı olur.

Bəlkə çaqqalların?

19. 02. 2024, Samara

SƏRDAR CƏLALOĞLU? SƏRDAR XANIM?

sərdar cəlaloğlu reaksiya tv

Sərdar Cəlaloğlu bu yaxınlarda iddia edirdi ki, qan qrupu ilə insanın milli mənsubiyyətini təyin etmək olur. Bu gün deyir ki, Nizami ilə bir vaxtda Gəncədə nizamidən də böyük bir şair yaşayıb, ancaq saray şairi olduğuna görə Sovet hökuməti onun adını batırıb….

Bəlkə Sərdar Cəlaloğlunun başına hava gəlib? Gəlibsə, niyə dəlixanada deyil? Birdən o da getdi Əhməd kimi baş-altı adamı baltaladı? Mən Qurban Məmmədlinin həyatı üçün çox narahatam. Çünki Cəlaloğlu (Sərdar xanım) affekt halına gəlsə, birinci qardaşını vurub öldürər, buna şübhəniz olmasın…

Xatırladım ki, Əhməd də Sərdar kimi müəllim oğludur…

Bəlkə Sərdar Cəlaloğlunun bu sayıqlamaları müvəqqəti haldır. Bu günkü verilişdə aparıcı, debillik kağızı ilə əsgərlikdən yayınmış Zaur Qəriboğlu Cəlaloğluna Sərdar bəy yox, “Sərdar xanım” deyə müraciət edirdi.

Bəlkə Sərdar Cəlaloğlu özü özünə əməliyyat edib və transgender olub?

Cəlaloğlunun (Sərdar xanımın) siyasi oriyentasiyasını seçkilərdən sonra blmişdik. İndi cinsi oriyentasiyası da məlum olur…

Mirzə ƏLİL

18.02. 2024, Samara