Архивы

ALEKSANDR PUŞKİN. DOSTLARIMA

Yox, məddah deyiləm, çara mən əgər,
Tərif qoşuramsa sərbəst, səmimi,

Cürətlə açıram mən öz qəlbimi,

Nə desəm, nə yazsam, ürəkdən gələr.

Sevmişəm mən onu həqiqətən də,

Şərəfli, çapıqdır idarəsində.

Canlandı Rusiya onunla birdən,

Hərb ilə, ümidlə, əməklə həm də.

Yox, yox, qaynasa da cavanlıq qanı,

O, dövlət ruhludur, deyil o qəddar :

Kimi ki, açıqda cəzalandırar,

Rəhm edər xəlvətdə, bağışlar onu.

Keçirdi sürgündə mənim həyatım,
Ayrı salınmışdım əzizlərimdən.

O sultan əlini uzatdı birdən —

Sizin yanınıza yenə qayıtdım.

Mənim ilhamıma göstərib hörmət,
Çıxardı fikrimi o, azadlığa.

Duyaraq qəlbimdə səmimi riqqət,

Nyə ona tərif deməyim axı?

Məddah məkrlidir, məddah hər zaman,
Çara qara gün də qarğıya bilər.

O, çarın hüdudsuz  hüquqlarından,
Təkcə mərhəmətə etiraz elər.

O deyər: sən nifrət xalqına bəslə,
Batsın təbiətin qoy incə səsi.

Deyər: maarifdən xalqa nə gələ —

Föhşdür və bir də qiyam həvəsi.

Yazıq o ölkə ki, saraya təkcə,
Kölə və məddahın yaxınlığı var,

Göylərin seçdiyi sənətkar isə,

Yerə gözlərini zilləyib susar.

1828

ruscadan tərcümə

02.01. 2022, Samara

==============

Александр ПУШКИН

Друзьям

Нет, я не льстец, когда царю
Хвалу свободную слагаю:
Я смело чувства выражаю,
Языком сердца говорю. Читать далее

GEORGİ İVANOV. «ONA GÖRƏ ÜZÜR Kİ, OT ŞIRILTISI MƏNİ…»

Ona görə üzür ki, ot şırıltısı məni,

Ot saralıb gedəcək, qızıl gülsə solacaq.

Əfsus, sənin bu gözəl,qiymətli bədəninsə,

Torpağa çevriləcək, çöl çiçəyi olacaq.

Xatirəmiz də yəqin itib-gedər… O zaman,

Sehriylə canlanar gil məhəratli əllərin.

Axıb gedər kuzənin qızıl, gen boğzından,
Bulağın göz yaşı tək suyu – dadlı, həm sərin.

Qucaqlayar başqası başqasını bəlkə də,

Qürubda, vəd edilən zaman, bir quyu başı…

Və ağ, çılpaq çiyindən qiymətli gil qəfildən,
Sürüşər, tikə-tikə olar, dəyərək daşa.

ruscadan tərcümə

01.01. 2022, Samara

=============

Георгий Иванов

Оттого и томит меня шорох травы,

Что трава пожелтеет и роза увянет,

 Что твое драгоценное тело, увы,

Полевыми цветами и глиною станет Читать далее

ALEKSANDR PUŞKİN. “TƏLƏS XİLASIMA MƏNİM, TALİSMAN”

Tələs xilasıma mənim, talisman,

Təqib olunanda, burunnlananda,

Peşmanlıq, həyəcan bürüyən anda:

Küskündüm sən mənə verilən zaman.

Müdhiş nərələrlə birdən okean,

Mənim ətrafımda əsib-coşanda
Qara buludlardan tufan qopanda,
Tələs xilasıma mənim, talisman.

Özgə ölkələrdə qəriblik yaman;

Çat dada qəlbimi qüssə didəndə,

Qızğın və amansız döyüş gedəndə,
Tələs xilasıma mənim, talisman.

Həm müqəddəs, həm də şirin bir yalan,

Qəlbə işıq saçan sehrli çıraq…

Qapandı, örtüldü, döndü o ancaq…

Tələs xilasıma mənim, taıisman.

Qəlbdə yaraları açan, qanadan,

Xatirə əbədi qalsın arxada,

Arzu, uyu daha; ümid. əlvida;

Tələs xilasıma mənim, talisman.

1825

ruscadan tərcümə

31.12. 2021, Samara

===========

АЛЕКСАНДР ПУШКИН

Храни меня, мой талисман,
Храни меня во дни гоненья,
Во дни раскаянья, волненья:
Ты в день печали был мне дан.

Читать далее

İQOR SEVERYANİN. ŞAİRƏ

Dahilər sayğılıdır kütlə yanında ancaq!

Bütün dahilər isə axı şair deyildir!

Məqsədindən dönmə, get yolunu axıracan,
Və xatırla: hardasan, kimsən, vəzifən nədir.

Nəğmə demə kütləyə! Oxuma heç kəsə də

Oxu həvəs gələndə, düşünmə: varmı yeri!…

Sənin nəğmən bəlkə də bir anın boş səsidir,
Qiymətini onun da, inan, tapılar verən.

Kütlə damğalasın qoy necə istəsə fərdi,

Kütlə kobud, vəhşidir, cəhalət içindədir.

Ona tərif söyləmə — tərif  köləyə yemidir.

Sultanlığa ümid var axı səndəsə, şair…

1907

Ruscadan tərcümə

30.12. 2021, Samara

===========

Игорь Северянин

Поэту

Лишь гении доступны для толпы!

Ho ведь не все же гении — поэты?!

Не изменяй намеченной тропы

И помни: кто, зачем и где ты. Читать далее

İVAN KRILOV. KƏNDLİ VƏ ÖLÜM

Əməkdən, ehtiyacdan üzülmüş əfəl qoca,
Şaxtalı bir qış günü odun yığıb bir şələ,

Tüstülü komasına yol gedirdi astaca,

Yükün ağırlığından tez-tez “ah, uf” deməklə.

Birdən elə yoruldu,
Qoca dayandı, durdu.

Ağır şələni yerə kürəyindən düşürdü,

Üstündə oturaraq qoca belə düşündü:

“Tanrım, necə kasıbam! Bu nə həyatdır belə!

Möhtacıyam hər şeyin; üstəlik arvad-uşaq.

Boynumda töycü, biyar, vergi də vardır hələ…

Haçan bəs bu dünyada bircə xoş gün olacaq?”

İtirdi ümidini, qocanı aldı qüssə,
Ölümü səslədi o, yaxındaymış ölümsə.

Yetişdi yubanmadan, bir göz qırpımındca,

Dedi: “Nə işdir, məni niyə çağırdın, qoca?”

Heybətli vücuduna onun salan tək nəzər,
Kişi elə karıxdı, danışa bildi güclə:
“Çox yorulmuşam, sənə zəhmət deyilsə əgər,
Belimə qaldırmağa şələni kömək elə”.

—————

Burda mətləb var incə,
Onu anlayan gərək:

Ağırsa həyat necə,
Daha ağırdır ölmək.

Ruscadan tərcümə

29.12. 2021, Samara

===================

Иван Крылов

КРЕСТЬЯНИН И СМЕРТЬ

Набрав валежнику порой холодной, зимной,
Старик, иссохший весь от нужды и трудов,
Тащился медленно к своей лачужке дымной,
Кряхтя и охая под тяжкой ношей дров.
Нес, нес он их и утомился,
Остановился,
На землю с плеч спустил дрова долой,
Присел на них, вздохнул и думал сам с собой:

Читать далее

İVAN KRILOV. GÜZGÜ VƏ MEYMUN

Özünü güzgüdə Meymun görərək,
Söylədi, Ayını dürtmələyətək:

“Zəhmət olmasa, bax, sevimli kirvə,

Nə sir-sifətdədir bir gör ordakı,

Əzdirir özünü, ttullanır, qaçır.

Qüssədən ölərdm, eləmə şübhə,
Ona oxşasaydım əgər bir gilə.

Kirvə, bilirsən ki, beş-altı belə,
Bambılı tanışım  özümün də var,
Yəqin tanışdılar sənə də onlar.”
Çatb qaşlarını söylədi Topal:

Əzizim, özünün qeydinə sən qal!

Özgənin fikrini çəkirsən nahaq”.

Qulaq asılmadı sözünə ancaq.

————-

Dünyada az deyil nümunə bu cür:

Heç kim satirada özünü görmür.

Mən belə bir şeyi görmüşəm dünən:

Bəllidir Klimıç əyridir əldən,
Bunu üzünə də deyirlər hətta,

Pyotru göstərir xəlvəti o da.

Ruscadan tərcümə

28. 12. 2021, Samara

=================

ЗЕРКАЛО И ОБЕЗЬЯНА

 Мартышка, в Зеркале увидя образ свой,
Тихохонько Медведя толк ногой:
«Смотри-ка»,- говорит,- «кум милый мой!
Что это там за рожа?
Какие у нее ужимки и прыжки!
Я удавилась бы с тоски,
Когда бы на нее хоть чуть была похожа.
А ведь, признайся, есть
Из кумушек моих таких кривляк пять-шесть:
Я даже их могу по пальцам перечесть».-
«Чем кумушек считать трудиться,
Не лучше ль на себя, кума, оборотиться?»-
Ей Мишка отвечал.
Но Мишенькин совет лишь попусту пропал.

——

Таких примеров много в мире:
Не любит узнавать никто себя в сатире.
Я даже видел то вчера:
Что Климыч на руку нечист, все это знают;
Про взятки Климычу читают,
А он украдкою кивает на Петра.

FYODOR TYÜTÇEV. “BİR BAX, İŞIQLANIR NECƏ QƏRB YENƏ…”

Bir bax, işıqlanır necə qərb yenə,
Axşam şəfəqinin şüalarından.

Şərq sönüküb gedir, sanki əyninə,
Geyir boz-göyümtül axçalı bir don!

Bəlkə düşməndirlər, yox araları?
Günəş eyni deyil onlara bəlkə —

Tərpənməz mühit tək salır aralı,

Qoymur ki, şərq ilə qərbi birləşə?

1838

ruscadan tərcümə

05.12.2021, Samara

================

Ф. И. Тютчев. «Смотри, как запад разгорелся…»

Смотри, как запад разгорелся
Вечерним заревом лучей,
Восток померкнувший оделся
Холодной, сизой чешуей! Читать далее

ALEKSANDR PUŞKİN. GECƏ YUXUSUZLUQ VAXTI QOŞULMUŞ ŞEİRLƏR

Zülmətə bürünüb həndəvər, yatıb,
Mənin yuxum qaçıb, közərmir heç nə.

Yeknəsəq səsidir aramsız dinən,

Mənim yaxınımda təkcə saatın.

Parka qarı kimi nəsə qımıldar,

Yuxulu gecədə titrəmələr var,

Siçan vurnuxması tutub dünyanı…

Narahat edirsən niyə sən məni?

Canımdan bezdirən pıçıltı, nəsən?

Mənə məzəmmətsən, bəlkə qınaq sən,

İtirdiyim günə cəzasan yəni?

Məndən axı indi nə istəyirsən

Mənə çağırışsan, öndeyim ya sən?

Bircə istəyim var – səni anlamaq,
Məna axtarıram səndə mən ancaq…

1830

Qeyd: Parka – qədim Roma mifologiyasında tale ilahəsi

ruscadan tərcümə

04.12. 2021, Samara

——————————

АЛЕКСАНДР ПУШКИН

  1. СТИХИ,
    СОЧИНЕННЫЕ НОЧЬЮ
    ВО ВРЕМЯ БЕССОННИЦЫ

Читать далее

ARSENİY TARKOVSKİ. PUŞKİN EPİQRAFLARI 1.

Что тревожишь ты меня,

           Что ты значишь…

Sanki başdağıdan sökmüşəm, indi,
Nə qədər çalışam, yığılmır daha.

Lütfən törəmənə kaş ki, deyəydin,

Yaşasın ömrünü necə dünyada.

Axirət naminə və yaxud çörək,

Şan-şöhrət və rütbə naminə elə.

Ya bəlkə arxamca mənim gələcək,

Nəslə yazılmalı sözlərə görə?

Unutqanlıq çayı  yaxında axır,

Bataqlıq buxarı həndəvərimdə.

Məni özgə nəslin tutur xumarı,
Həm narahat edir, cəlb edir həm də.

Nə qədər çağıram, eşitməyəcək,
Günorta olunca şamı yandırır.

Yazır elə bil ki, mənə cavab tək:

“Narahat etməkdə məqsədin nədir:”

Doğrudanmı mən də, haqq olan allah,
Onun arxasınca, mən də gedərəm

Həyatdan həyata, məqsəddənsə yan,

Varlıqda bir məna tapmayaraq həm?

Onun qaralama dəftərindəki,

Dəymərəm yarımca kəlməyə də mən.

Gələn nəsillərə yazıb o sanki,

Hər sözü əsrlər adlaya bilən.

ruscadan tərcümə

02.12. 2021, Samara

===============

Пушкинские эпиграфы

1

     Что тревожишь ты меня,

           Что ты значишь…

Стихи, сочиненные ночью

                  во время бессонницы

Разобрал головоломку —

Не могу ее сложить.

Подскажи хоть ты потомку,

Как на свете надо жить — Читать далее

ARSENİY TARKOVSKİ. “SÖNÜR GÖZ İŞIĞIM…”

Məni göz işığım – gücüm tərk elər,

Gözə görünməyən almaz nizələr.

Səs məzarlığıdır qulaqlar indi,

Burnumdan yurdumun qoxusu getdi.

Zəifdir bədəndə hər bir əzələ,
Necə ki, öküzlər şumda üzülər.

Yanmır gecə gözü daha nə vaxtdan,

Mənim kürəyimdə iki qanad da.

Şamam, ziyafətdə yanıb tükənən,
Toplayın mumumu siz səhər erkən.

Mənim bu səhifəm sizə anladar,
Nədə yas yeri var, nədə qürur var.

Son üçdə birini şadlığın necə,
Paylayıb öləsən rahat, asanca.

Seçib təsadüfi bir ev ya koma,

Yanasan, ölümdən sonra, söz kimi.

1977

ruscadan tərcümə

01.12. 2021, Samara

————————

АРСЕНИЙ ТАРКОВСКИЙ

(1907-1989)

Меркнет зрение – сила моя,
Два незримых алмазных копья;
Глохнет слух, полный давнего грома
И дыхания отчего дома;
Жестких мышц ослабели узлы,
Как на пашне седые волы;
И не светятся больше ночами
Два крыла у меня за плечами. Читать далее