Архивы

A.V. KOLTSOV. QOCANIN NƏĞMƏSİ

Yəhərlərəm atımı,

Atımı-qanadlımı.

Şahindən iti, yeyin,

Çaparam, uçaram mən.

 

Düzləri, dənizləri,

Ötüb, keçib gedərəm.

Çataram, haraylaram,

Gəncliyimi geriyə.

 

Qayıdaram yenə mən,

Dəliqanlı, şux, zirək.

Gözəllərin xoşuna,

Gələrəm əvvəlki tək.

 

Əfsus! Bir yol tapılmaz,

Bir yolluq gedənlərə!

Doğmayacaq heç zaman,

Günəş necə ki, qərbdən!

1830

A.A. FET. ZALIM NƏĞMƏ

                                                          

 

Zalım nəğmə! Gör mənimlə neylədin,

Nə çəkdirdin nəfəsinlə qəlbimə.

Ürəyimdə elə əsdi, göynədi,

Səhərəcən bir bu nəğmə, bu nəğmə.

 

Dil-dil ötən əzablara qatılmaq,

Yuxuların nəşəsindən şirindi.

Arzuya bax – ölümlərə atılmaq!

Ürəyimə sinəm də dar göründü.

 

Səhər oldu, söndü odu şərqinin,

Susdu  nəğmə, ruh sükuta büründü.

Nurlu, dərin guşəsində qəlbimin,

Bircə sənin təbəssümün görünür.

F.İ. TYÜTÇEV. YAZ TUFANI

 

 

                                       Люблю грозу в начале мая

Sevirəm tufanı erkən mayda,

Baharın ki birinci ildırımı,

Coşaraq öz-özünə oynamada,

Elə guruldayar ki, göy yarılar.

 

Аçılar şad-şahraq qəhqəhələr,

Batar toza yağışın əlləri də.

Yerə mirvari damlalar səpilər,

Qızıllanar günəşin telləri də.

 

Qaçıb zirək sel axar dağ aşağı,

Qoparar mərəkə quşlar meşədə.

Meşə şarıltısı, dağ gurlaması,

Hay verir birinə hey şən-şən.

 

Şən deyərsən ki, dəlisov Heba,

Yedirərkən Zevs qartalını,

Gülüb o, ildırım dolu camsa,

Qaynar halda yerə göydən calanıb.

1820-ci illər

F. Tyütçev. ÜZÜLÜB QAYĞILARLA…

                                                 F.İ. TYTÇEV

 

Üzülüb qayğılarla, hər şeydən,

Çiyrinərkən – ürəksə daş qalağı,

Əzir bizi – və həyatın bu çağı,

Fərəhlə ruhumuz coşur birdən.

Bizi olub-çeçən alıb bürüyür,

Atır bir anda o dəhşətli yükü.

 

Payız çağı belə olur hərdən,

Meşə yalın dayanıb, tarlasa boş,

Daha solğun səma, düzlər daha boz-

Əsərək nəmli, ilıq meh birdən,

Bir zərif yarpağı qovub aparır,

Və könlümüzdə dindirir baharı…

22.09. 1849

 

 

 

 

 

 

A.A. FET. UNUT MƏNİ, DƏLİ-DİVANƏ…

FET.jpg                                                      

 

«Забудь меня, безумец исступленный…»

Unut məni, dəli-divanə, gəl unut bircə,

Əbəs oyatma təlatüm və bəla.

Məni vurğun ürəyindir ki, yaratmış beləcə,

Xəyalam mən, vurulma sən xəyala.

 

İnan və anla ki, biryollug,  ey xəyalpərvər,

Əzablar içrə inləyib yanaraq,

Yaratdığın xəyala sən ki yaxınsan nə qədər,

O qədər məndən uzaqsan, sən, uzaq.

 

Beləcə körpə də məftunlanıb əksindən ayın

Suda, dərhal çığırar heyrətdən.

Atılar gördüyünə döğru… və sudan yayınıb,

İtib gedər o gümüşçöhrə sənəm.

 

Sil o göz yaşlarını pəncərədən, ey körpə,

Qapılma gəl nahaq xəyallara da.

Yuvarlanıb gedir, işıqlanır ay yüksəkdə,

O burda yoxdur, ordadır, orda…

18555

tərc.: 1984, Moskva

 

 

 

 

F.İ. TYÜTÇEV. SON SEVGİ

                                         

Sevirik, ah, qürub çağı həyatın,

Daha şəfqətlə, ehtiyatla daha…

Qoy vida şölənin artsın büsatı,

Sən ey axşam şəfəqi, son sevda!

 

Kölgə də göyləri alıb bürüyür,

Dolaşır təkcə günbatanda şəfəg,-

Ay axşamın bu çağı, səbr elə bir,

Bu gözəllik qoy hələ vursun bərq.

 

Soyusun qoy bu gan damarlarda,

Soyumur duyğular könüldə, nə qəm.

Ah, sən ey son sevda!

Səndə həm nəşə, ümidsizlik həm.

 

1853

A.A. FET. SIXLAŞIRDI ADAMLAR…

                                                       

Sıxlaşırdı adamlar. Titrək əllə sıxaraq,

Çiyinlərindən axan atlas qırçınları sən,

Bilirəm çox astaca pıçıldadın ki, “sabah”

Qızararaq sonra da itib getdi nəzərdən.

 

Bəs o? Sinəsindəki fərəhli nidalrı,

Boğaraq, əllərini qoynunda daraqladı.

Yorgun gecədən qopan əsrarlı sədalara,

Hay verdi çapıb gedən atların ayaqları.

 

Bu gecə saatları düşündün nə vaxt ötər,

Odlu kipriklərini yumub uyumadın da.

Körpə, oynaq mələklər və nazənin pərilər,

Uçub başının üstdən, pıçıldalılar: “sabah”.

1860

F.İ. TYÜTÇEV. SİZİ GÖRDÜM VƏ ÖTƏNLƏR TƏZƏDƏN…

                                                

 

                    K. B.

 

Sizi gördüm və ötənlər təzədən,

Verdi mənim bu soyuq ruhuma can.

Yenə andım o qızıl çağları mən,

Elə isindi ürəyim də o an…

 

Beləcə son payız çağı bəzən,

Keçən saatlar olur, günlər olur.

Əsir hardansa yaz mehi birdən,

Və həmin anda ruhumuz durulur.

 

İndi yenə ötən illərdəki tək,

Qəlbimə duyğular axıb tökülür.

Yenə canımda həminki istək,

Sevimli çöhrəyə gözüm dikili.

 

Son görüşdən yüz il keçib elə bil,

Baxıram mən sizə — sanki yuxudur.

İndi ruhumdakı səslər də dinir,

Bircə an susmayıb onlar, oxuyub…

 

Burda tək xatirə yox, əlbəttə,

Həyat özü yenə dindi burada.

Yenə həminki məlahət sizdə,

Yenə qəlbimdə həminki sevda.

27 oktyabr 1870

F.İ. TYÜTÇEV. SİLENSİUM

Sükuta qərq olub çəkil xəlvətə,

Hissin də, arzun da dönsün sərvətə-

Gizlə ürəyinin dərinlərndə,

Üzə çıxsalar da – dilə gəlmədən,-

Necə ki ulduzlar gecə oyanar.

Sən də seyrinə çıx – və sükuta dal.

Mümkünmü ürərin sözü deyilə?

Səni özgə necə anlaya bilər?

Duyarmı canını nəlir odlayan?

Deyilən hər  fikir – quru bir yalan,-

Dağıtsan, bulanıb gedər bulaqlar,

Söndür atəşini – və sükuta dal.

Bacar öz içinə çəkilib yaşa,

Sehrli-naməlum duyğular daşan,

Bütöv bir aləm var öz ürəyində-

İtər fənalığın boş hay-küyündə,

Gündüz şəfəqlərlə qovular onlar-

Dinlə nəğməsini və sükuta dal!

1830

tərc.: 15-16 fevral 1983, Moskva

F.İ. TYÜTÇEV. SEVİRİK BİZ NECƏ QƏDDARLIQLA…

                                           

О, как убийственно мы любим,
Как в буйной слепоте страстей
Мы то всего вернее губим,
Что сердцу нашему милей!

 

 

Sevirik biz necə qəddarlıqla,

Kor olub qızğın ehtiraslardan

Nə yaxın qəlbə, nə əzizsə daha,

Ona həmişə vermərik biz aman.

 

Öz qələbənlə, söylə, çoxdanmı,

Öyünürdün “Mənimdir o!” deyə.

Bir il də keçməyib heç. İndi hanı?

Soruş öyrən ki, salamatdı nəyi.

 

Hanı yanaqların zərif çiçəyi,

Hanı dodaqdakı təbəssüm, hanı?

Gözdəki atəş. Onları yəqin,

Yaxdı qaynar nəmi göz yaşlarının.

 

Yadındamı  sizin görüş vaxtı?-

İlk görüş, sonrası bəlalı görüş.

Gözlər əfsun dolu, sözlərsə axır,

Və körpələrdəki tək canlı gülüş.

 

Bəs indi nə? Hanı bunlar de görək?

Və belə çoxmu uzandı bu yuxu?

Əfsus olsun ki, bir şimal yayı tək,

Gedəri bir qonaq imiş — yoxdur.

 

Onun üçün sənin eşqin oldu,

Taleyin sərt və amansız hökmü.

Və həyatında əks olub qaldı,

Bir səbəbsiz ləkə və eyb kimi.

 

Mərhumiyyətli, iztirablı həyat!

Onasa indi qəlb diyarında,

Qalırdı təkcə anımlar, heyhat,

Döndülər onlar da!

 

Və həyatdanda o qorxan, çəkilən,

Yox daha cazibə də…

Könüldə hər nə varsa qönçələnən,

Daş ürək kütlə tapdayıb əzdi.

 

Nəyi bu sonsuz əzablardan axı,

Kül kimi qoruya bilmiş yalnız?

Təkcə hiddət və kin dolu ağrı,

Sevincsiz ağrı və göz yaşlarınız.

 

Sevirik, ah, hecə qəddarlıqla,

Kor olub qızğın ehtiraslardan.

Nə yaxın qəlbə, nə əzizsə daha,

Ona həmisə vermərik biz aman!

1850-1851