Архивы

TYÜTÇEV. İNANMA ŞAİRƏ. İNANMA!

F.İ. TYÜTÇEV

 

 

 

İnanma şairə, inanma, gözəl,

Onu özününkü sayma da nahaq.

Şairin eşqindən özünü gözlə,

Odlu gəzəbindən qorxma sən ancaq.

 

Onun ürəyini ovlamaq sənin,

Bu körpə könlünün işi deyil ha.

Yaxıcı odları gizləmək çətin,

Bu zərif məsumluq pərdəsi altda.

 

Şair qüdrətində təbiıət dinir,

Çatmaz ixtiyarı özünə təkcə.

Bəzən istəmədən ipək telləri,

Yaxar şöhrətinin oduna necə!

 

Onu əbəs yerə düşüncəsiz xalq,

Söyüb yamanlayar, gah da ucaldar…

Ürəyi ilan tək demə sancacaq,

Onu aram-aram arı tək sorar.

 

Sənin şərəfinə eyləməz o qəsd,

Bil ki, şairin də təmiz əli var.

Pozar həyatını bilmədən fəqət,

Buludlar dalına ya da aparar.

1830-cu illər

Tyütçev. QƏZƏBƏ GƏLDİM…

                                                     F.İ. TYÜTÇEV

 

Qəzəbə gəldim, Allah aldı tamam,

Yuxumu, əzmimi, can sağlığımı.

Almadı təkcə sənin varlığını,

Ki, ölməsin ona ruhumda inam.

1873

 

TYÜTÇEV. Oyna, oyna, başın üstündə hələ…

Oyna, oyna, başın üstündə hələ,

Səma təmiz nə qədər ki, yox çən.

Oyna adamlarla, talelə,

Bir həyatsan ki, qismətin həmlə,

Fırtına təşnəli ürəksən sən.

 

Üzülüb güssəli xəyallardan,

Necə tez-tez sənə nəzər salıram,

Və baxışlarda göz yaşıyla duman,

Niyə? Bir şeydə bənzərikmi bu an?

Həyatın öndə, mənsə ixtiyaram.

 

O günün ki, təzə qalxıb oyanar,

Duymuşam sübh xumarlıqlarını,

Fəqət bu gec və dəli tufanlar,

Bu ehtiras ki, göz yaşında yanar –

Bunlara dözməyə yoxdur qərarım.

 

Öz bahar dövrünü xatırlarsan,

Yay atəşində yaxılsan bəlkə.

Ah, salıb sən yada o vaxtı da an,

Bir yuxu tək, necə ki, dan yanacan,

Dumanlarında xəyalın çəkilər.

25.07.1861

 

 

Y. BARATINSKİ. İNAMSIZLIQ

         

Не искушай меня без нужды

Возвратом нежности твоей…

Məni oyatma sən hədər yerə, gəl,

Salıb işə o keçmiş işvələri.

Bütün əfsunları qaytarsan əgər,

Bir yol aldanmişa olmaz əsəri.

Yox inam əhdinə, ilqarına da,

Qalmayıb eşqə daha məndə inam.

Qapılmaram daha boş xülyalara,

Aldanıb onları gerçək də sanam.

Bir də dərd qoyma dərdimin üstə,

Nə bircə sözlə ötən dəmləri an.

Qayğıkeş dost! Nə gərəkdir xəstə,

İncisin, qəlbinə dolsun həyəcan.

Unut, unut ötən xəyalları, bil,

Yatıram, ah, nə şirindir uyumaq…

İndi qəlbimdə daha sevgi deyil,

Bir təlatüm oyadarsan ancaq.

1821

Fet. HƏLƏ Kİ DADLI NƏŞƏLƏRLƏ BAHAR…

A.A. FET

 

Hələ ki dadlı nəşələrlə bahar,

Görünməyir, ona həsrət el-oba.

Hələ qarla doludur yarğanlar,

Buzlu yollarda hələ hay qoparar,

Günəş oyanmamış ötən araba.

 

Günorta qızdırır günəş azacıq,

Gızarır bir cökə erkən oyanıb.

Saralır indi-indi tozağacı,

Və hələ nəğməli bülbül dil açıb,

Oxumur bir garağat üstə gonub.

 

Oyanışdan fəgət səhih xəbəri,

Geri dönən bu durnalar gətirir.

Göz tikib onlara çöllər gözəli,

Yanaqlarında şaxtanın əməli,-

Baxışlasrıyla oxşayıb ötürür.

1854

TYÜTÇEV. GÜNƏŞ HƏVƏSSİZ, ÜRKƏK…

                              F.İ. TYÜTÇEV

 

Günəş həvəssiz, ürkək,

Çöllərə göz gəzdirir.

Göy dindi qıy çəkərək,

Və qaşqabaqlandı yer.

 

Yel əsir ilıqtəhər,

İldırımlar, yağışlar…

Tufan altda zəmlilər,

Daha da yaşıllanır.

 

Budur, çıxır buluddan,

Şimşəyin göy şırnağı.

Bəyaz qanadlı oddan,

Naxışlanıb çırağı.

 

Axır, axır damlalar,

Çapır toz başılovlu.

Aramsız gurlamalar,

Gəzəb və hiddət dolu.

 

Günəş bir də boylandı,

Xəlvət-xəlvət çöllərə.

Və şəfəqlər calandı,

Tutulub durmuş yerə.

13.06. 1849

 

 

 

 

TYÜTÇEV. Gözəlsən nə gədər, ah, dəniz, gecə…

F.İ  TYÜTÇEV

Gözəlsən nə gədər, ah, dəniz, gecə —

Burda al şəfəqli, səmavi orda.

Bu ay işığında canlı tək necə,

Gedir, nəfəs alır, parıldayır da.

Bu azad genişlik hüdudsuz, hədsiz,

Parıltı, tərpəniş, titrəyiş, atəş.

Tutqun şəfəqlərə bələnmiş dəniz,

Kimsəsiz gecədə nə yaxşısanmış!

Sən ey təlatümlü, ey nəhəng fəza,

De, hansı bayrama cilvələnmisən?

Hay çəkib, od töküb, çapır dalğalar,

Sayıq ulduzlarsa baxır zirvədən.

Həyəcan, parıltı – durmuşam yenə,

Halsız, hərəkətsiz. Bu bir yuxumu?

Həvəslə onların cazibəsinə,

Verərdim gedərdi mə öz ruhumu…

1865

Tyütçev. ELƏ GÜN YOX Kİ KÖNÜL İNLƏYƏRƏK…

F. İ. TYÜTÇEV

Elə gün yox ki, könül inləyərək,

O keçənlərdən ötrü sızlamasın.

Söz həsrətində hədər səy edərək,

Günü-gündən quruyub, gözləməsin.

Elə bil kimsə qüssədən yanaraq,

Doğma yurddan sarı üzər canını.

Və qəflətən o anlayar: dalğa,

Dəniz dibində dəfn edibdir onu.

23.12.1865

Delviq. Tənha ay duman içrə üzür, yırğalanırdı…

DELVİQ

Tənha ay duman içrə üzür, yırğalanırdı,

Tənha igid təpədə ah çəkib odlanırdı.

Toxunmurdu məyus at nədənsə tər otlara.

“Yarıma çatdır məni, sadiq atım, çaparaq.

Əbəs deyil sinəmi üzən əzablı ahlar,

Əbəs deyil ürəyim mənə nəsə pıçıldar.

Əbəs deyil yemirsən məyus-məyus duraraq,

Yarıma çatdır məni, sadiq aıım, çaparaq.”

Birdən götürüldü at, igid gaynadı, coşdu,

Əziz, qorxulu yurda o bir ox kimi uçdu.

Gecə keçdi,ağardı palıdlıqdakı kilsə,

Kişnədi, şahə qalxdı at təzə qəbir üsdtə

1820

Delviq. ROMANS

                                                  A.A. DELVİQ

            

Nə gözəl gün, nə səadət dolu dəm!

Həm günəş, həm sevda!

Çəkilib kölgə gedir çöllərdən,

Yenə könlüm işıqla dolmaqda.

Oyanın çöllər, oyanın meşələr,

Həyat eşqi hamını yandırsın.

Mənə məxsusdur o, əlbəttə, mənə,

Məni könlüm buna inandırdı.

Ah, qaranquş, qısılıb pəncərəyə,

Nə ötürsən şən-şən?

Yoxsa yaz eşqi səni yaxdı deyə,

Oxuyursan bu cür məhəbbətdən?

Ah, uzaq məndən, elə sənsiz də,

Aşiqi eşqin odu yandırdı.

Mənə məxsusdur o, əlbəttə mənə,

Məni könlüm buna inandırdı!

1820-ci illər