
Musiqi çalındı bağda, ifadə
Edilə bilməyən dərd ilə sanki.
Dəniz atri vardı təzə və kəskin,
Nimçədəki buzlu istridyələrdə.
+
“Sənə sadiq dostam”, — sylədi mənə
Və mənim donuma bu an toxundu.
Təmasında fəqət əllərin indi,
Yox idi ağuşa bənzəyən heç nə.
+
Belə sığallanar quş, pişik ya da,
Atçapan qızlara belə baxarlar
Təbəssüm narahat gözlərində var,
Kirpiklərin zərif qızılı altda,
+
Sərilən tüstünün dalında isə,
Dinir skripkalar hüznlü səslə:
“Göylərə alqışlar deyib şükr elə,
Acı sevgilinlə ilk dəfə təksən”.
1913
ruscadan tərcümə
11. 02. 2024Ş Samara
+++++++++++++
Анна АХМАТОВА
Звенела музыка в саду
Таким невыразимым горем.
Свежо и остро пахли морем
На блюде устрицы во льду. Читать далее
