Архив тегов | Ахмадуллина По улице моей

BELLA AXMADULLİNA. NEÇƏNCİ İLDİR Kİ, MƏNİM KÜÇƏMDƏ…

(1937-2010)

Neçənci ildir ki, küçəmdə mənim,
Addımlar səslənir – dostlarım gedir.

Pəncərəm dalında zülmətə yəiqn,

Xoşdur doslarımın ləng gedişləri.

 +

Tökülüb qalıbdır dostların işi,
Evlərdə nə çalan, nə oxuyan var.

Deqa qızlarıdır həminki kimi,

Mavi lələkləri tumarlayanlar.

 +

Müdafiəsizlər, bu gecə sizi,
Ümid edirəm ki, qorxu oyatmaz.

Dumanla qapayır gözlərinizi,
Dostlar, xəyanətə gizli ehtiras.

 +

Təklik, xarakterin nə sərtdir sənin!

Fırladıb parlayan dəmir pərgarı,
Sakit qapayırsan necə çevrəni,

Vecinə almadan vecsiz andları.

 +

İndi çağır məni və təltif elə,
Sənlə əzizlənən ərköyünəm mən.

Sinənə sığınıb tapım təsəlli,
Səmavi buzunla həm yuyunum mən.

 +

Barmaqlarım üstdə meşəndə durum,

Öləziyən jestin bitdiyi yerdə.

Bir yarpaq qaldıırıb üzümə tutum,

Yetimlik hiss edim həzz kimi birdən.

 +

Səssizlik bağışla kitabxanandan,

Və sərt motivlər ver konsertlərindən.

Unudaram – indi müdrikəm daha –

Sağ olanlar və ölənlərin mən.

 +

Və dərk eləyərəm ağıl nə, dərd nə,
Mənimlə bölüşər sirrini şeylər.

Təbiət söykənib çiyinlərimə,

Uşaq sirrlərini hamıya söylər.

 +

Və göz yaşlarından, qaranlıqdan həm,
Və keçmişin yoxsul nadanlığından,

Görünər, əriyib gedər yenidən,

Dostlarımın gözəl surəti onda.

1959

ruscadan tərcümə

15-16. 10. 2024, Samara

+++++++++++++++++++

БЕЛЛА АХМАДУЛЛИНА

ПО УЛИЦЕ МОЕЙ…

 

По улице моей который год
звучат шаги — мои друзья уходят.
Друзей моих медлительный уход
той темноте за окнами угоден.
Читать далее