Архив тегов | Afanasi Fetin şeirləri

AFANASİ FET. «GÖZƏLLİK GÖRÜRSƏN HƏNDƏVƏRİNDƏ…»

Афанасий Фет

Gözəllik görürsən həndəvərində,
Canlının, cansızın gözəlliyi var.

Tapmazsan fikrinin ən dərinində,,

Onun mənbəyini – ha düşün, axtar.

Gün nədir, il nədir, ya əsr nədir,

Əbədi olanla müqayisədə.

Yaşamır, əlbəttə, bəşər əbədi,

Ancaq bəşəridir nə əbədisə.

 

1874-1886-cı ilər arasında

ruscadan tərcümə

16-17. 02. 2022, Samara

+++++++++

АФАНАСИЙ ФЕТ

 

Целый мир от красоты,

От велика и до мала,

И напрасно ищешь ты

Отыскать ее начало. Читать далее

AFANASİ FET. «İNTİZARLI QAYIĞI…»

Афанасий Фет

İntizarlı qayığı bircə təkanla qovmaq

Dalğaların yalayıb hamarladığı qumdan,

Başqa həyata qalxmaq bircə ləpəylə ancaq,

Çiçəkli sahillərin ətrini duymaq hər an,

Kəsmək darıxdırıcı yuxunu bircə səslə,

Birdən doğma, maməlum olanla nəşələnmək.

Gizli ehtirasları şirinlətmək eşq ilə,

Duymaq özgə olanı özünkü tək, doğma tək.

Dilə topuq vurduran sözləri pıçıldamaq,
Titrəməz ürəklərin – çoxaltmaq döyümünü,
Bütün bunları seçmə şair bacarır ancaq,

Budur onun çələngi, budur tanıdan onu!

28 oktyabr 1887

ruscadan tərcümə

14-15. 02. 2022, Samara

++++++++++

Афанасий ФЕТ

Одним толчком согнать ладью живую

С наглаженных отливами песков,

Одной волной подняться в жизнь иную,

Учуять ветр с цветущих берегов, Читать далее