Архив тегов | oeziya sənəti haqqında

AFANASİ FET. «İNTİZARLI QAYIĞI…»

Афанасий Фет

İntizarlı qayığı bircə təkanla qovmaq

Dalğaların yalayıb hamarladığı qumdan,

Başqa həyata qalxmaq bircə ləpəylə ancaq,

Çiçəkli sahillərin ətrini duymaq hər an,

—

Kəsmək darıxdırıcı yuxunu bircə səslə,

Birdən doğma, maməlum olanla nəşələnmək.

Gizli ehtirasları şirinlətmək eşq ilə,

Duymaq özgə olanı özünkü tək, doğma tək.

—

Dilə topuq vurduran sözləri pıçıldamaq,
Titrəməz ürəklərin – çoxaltmaq döyümünü,
Bütün bunları seçmə şair bacarır ancaq,

Budur onun çələngi, budur tanıdan onu!

28 oktyabr 1887

ruscadan tərcümə

14-15. 02. 2022, Samara

++++++++++

Афанасий ФЕТ

Одним толчком согнать ладью живую

С наглаженных отливами песков,

Одной волной подняться в жизнь иную,

Учуять ветр с цветущих берегов, Читать далее →