Архив тегов | Ağdamın işğalı

PREZİDENTİN TAPŞIRIĞI VƏ PETROVİÇİN QAPAZI

Möhtərəm Azərbaycan prezidenti, birinci vitse-prezident Mehriban xanımın əri İlham Əliyev həmişə deyir ki, gərək xaricdəki azərbaycanlılar yaşadıqları ölkənin əhalisinə ermənilərin işğalçılıq siyasətini izah etsinlər, yəni çatdırsınlar ki, bu vələdəzzina ermənilər Azərbaycanın dörddə birini işğal ediblər, qaytarıb vermək fikirləri də yoxdur.

Rusiyanı, əlbəttə, əsil xaric saymaq olmaz, ancaq yalan-doğru xaricdir, buna görə mən də xaricdə yaşayan sayılıram. Mən də möhtərəm birinci vitse-prezidentin ərinin dediyi barədə çox düşündüm. Bir anlığa təsəvvür etdim ki, mən ağdamlıyam (kəlbəcərliyəm, şuşalıyam, zəngilanlıyam, laçınlıyam…). Əlbəttə, mən ağdamlı ola bilmərəm, yaradan özü ağdamlılıq səadətini mənə qıymaybsa, nə deyə bilərəm… Mən bunu ancaq bir anlığa təsəvvür elədim. Və təsəvvür elədim ki, çoxdankı tanışım Petroviçlə oturub söhbət edirik. Birdən özümü cəmləşdirib səsim tutula-tutula deyirəm:

  • Petroviç, Allahdan gizli deyil, səndən nə gizlədim. Mən sənə bir sirr açmaq istəyirəm.

Petrovoviç də birdən-birə canlanır, rəngi açılır.

  • Aç, a kişi, de gəlsin. Hamının sirri var. Mən şəxsən o qədər pozğunluqlar eləmişəm ki…
  • Petroviç, mənim başıma gələn əhvalat bilmirəm pozğunluqdur ya yox. Ancaq deyəcəyəm. Bil və agah ol: Mənim vətənim Ağdamı ermənilər işğal ediblər…

Bunu eşidəndə Petroviçin rəngi boğulur, mənə əyri-əyri baxır və birdən ikiəlli başıma elə bir qapaz salır ki, gözlərimdən od çıxır.

  • A kişi, mən hər cür pozğunluq eləmişəm, ancaq sən deyən lap binamusluqdur. A kişi, sənin vətənin işğal olunubsa, get əlinə silah al, silah tapmasan, daş götür, ağac götür, get işğalçıların üstünə. Vətənin işğaldadırsa, sənin burda nə ölümün var? Üzünə deyirəm, Mirzə, səndən zəhləm getdi…

Və bu səhnəni gözümün qabağına gətirəndən sonra başa düşdüm ki, biz xaricdə yaşayan azərbaycanlılar gərək işğal olunduğumuzu, qırıldığımızı, qovulduğumuzu gərək xarici ölkələrdə gizlədək. Ağzımızdan çıxarsaq, biabir olarıq.

Ay ağdamlıılar, füzulililər, qubadlılılar, zəngilanlılar, şuşalılar, kəlbəcərlilər! Rusiyada heç kimə deməyin ki, vətəniniz işğal olunub. Desəniz, başınıza yağlı qapaz vuracaqlar.

Yoxsa xətrinizə qapaz düşüb?

 

Mirzə Əlil

 

06.04. 2017

Samara

BU LAVROV YAZIİQDAN NƏ İSTƏYİRSİNİZ?

Azərbaycan rəhbərliyi həftədə bir-iki dəfə Sergey Lavrovdan inciyir.

A kişilər, bu Lavrob köpəkoğlu neyləsin?

Cəbhə xəttindən Ağdam şəhərinə qədər nrçə kilometrdir? O beş? İyrmi? Tankla neçə dəqiqəyə gedib çıxmaq olar? Yarım saata? Bir saata? Bəs niyə Azərbaycan tankları getmirlər Ağdama? Getmirlərsə, Lavrov köpəkoğlu buna neyləsin?

Heç tankı olmasın, deyək ki, yanacaqları yoxdur. Niyə bir batalyon əsgər gedib Ağdam şəhərini təmizləmir? Ağdamlılardan bir batalyon yığmaq olar? Yığmırlarsa, buna Lavrov köpəkoğlu neyləsin?

Ağdam iyirmio dörd ildir ki, işğaldadır. Birneçə il də keçsə, ağdamlılıq bir dəfəlik yoxa çıxacaq. Çünki ağdamlılığı yaşadan adamlar ölüb gedirlər, həm də ağdamlılıq Bakıda, Biləsuvarda yarana bilməz, ağdamlılığı Ağdam yaradıb.Bu mənada məsələ iyirmi il bundan qabaq həll olunmalıydı və bir batalyon qeyrətli ağdamlı bu məsələni həll edə bilərdi. Və məsələ həll olunmayıbsa, lavrov köpəkoğlunun heç bir günahı yoxdur.

Mirzə ƏLİL

AĞDAMI DÜŞÜNƏRKƏN

Azərbaycan ərazisinin 20 faizi erməni işğalı, 80 faizi isə milli qapaz altındadır.