Архив тегов | Bəşər Əsəd

ATAKÜRK KİMDİR?

Atakürk kimdir və Atakürk kimə demək olar?

Oksford lüğətinin yeni nəşrində oxuyuruq: «Atakürk o diktatordur ki, hakimiyyət ona ata kürkü kimi atasından qalıb və həm də etnik türkdür».

Belə çıxır ki, Bəşər Əsəd türk olsaydı, ona Atakürk demək olardı.

BUNKER MƏSLƏHƏTLƏŞMƏLƏRİ

—         Allo! Allo! Bəşər Əsəddir?

—         Bəşərdir!

—         — Bəşər, mən İlham Əliyevəm. Bizdə qarəşıqlıqdır, istəyirəm sənnən məsləhətləşəm.

—         İlham, bərkdən danış, səs yaxşı gəlmir, çünki mən bunkerdəyəm.

—         Bəşər, mən elə sənnən bunker barədə məsləhətləşmək istəyirəm…

ƏSƏDİN DƏSTƏYİ

İsmayıllı rayonunda baş vermiş qiyamla əlaqədar olaraq Suriya prezidenti rayon icra başçısına zəng edib onu dəstəklədiyini bildirmişdir.