Архив тегов | buzov

Robert FROST. OTLAQ

       (THE PASTURE)

 

Örüş çeşməsini gedirəm açam,

Süpürüb ataram xəzəli tezcə.

Bir azca gözlərəm su dirçəlincə,

Çox da yubanmaram, gedək mənimlə.

 

Balaca buzovu gedirəm tutam,

Odur, anasıyla durub. Körpədir.

Ana yaladıqca əsir, büdrəyir,

Çox da yubanmaram, gedək mənimlə…