Архив тегов | cücələrim mahnısı

BAKI YOX — BAŞ GƏDƏBƏY! GƏNCƏ YOX — GƏDƏBƏY-20! SALYAN YOX — GƏDƏBƏY -52!

Lətifələri başqa dilə çevirəndə duzunu itirir, gülməli səslənmir. Ancaq bir rus-sovet lətifəsini izahlı tərcümə etmək istəyirəm, çünki  sözümün canını çatdırmaq üçün vacibdir.

Rus sovet bəstəkarı Tixon Xrennikov düz 53 il, 1948-ci ildən 1991-ci ilə qədər, yəni SSRİ ləğv olunanacan SSRİ bəstəkarkar ittifaqının sədri olub. Guya bir dəfə Stalindən soruşurlar ki, birdən Xrennikov ölsə, onun adını hansı küçəyə verək. Stalin deyir, Xrennikovun adına küçə var: Neqlinka.

Əslində Moskvadakı küçənin adı Neqlinnayadır. Lətifədə “qlinnaya” “Qlinka” ilə, yəni “Ruslan və Lyudmila”, “İvan Susanin” operalarının müəllifi olan böyük rus bəstəkarının soyadı ilə əvəz olunub. Yəni Stalin demək istəyir ki, Xrennikov Qlinka deyil…

Bir vaxt Moskvada eşitdiyim bu lətifəni niyə xatırladım? Bu yaxınlarda öz-özümə fikirləşirdim ki, Azərbaycan rəhbərinin xatirəsini əbədiləşdirmək üçün təzə şəhər salınsa yaxşıdır ya adı elə mövcud şəhərlərin birinə verilsə? Çox fikirləşəndən sonra başa düşdüm ki, nə təzə şəhər salmaq lazımdır, nə də olanların adını dəyişmək. Azərbaycan rəhbərinin, ümumiyyətlə, Azərbaycan məmurunun adına yer var: Gədəbəy!

Vallah, inanılmazdır! Xalqın yaşama və düşüncə tərzi onun dilində belə möcüzələr yaradır! Yəni necə yaşayırıqsa, elə də danışırıq: Gədəbəy! Dünyadakı altı mindən çox dilin heç birində belə kombinasiya yarana bilməz! Bu iki kəlməlik birləşmə gədələrin bəyliyi haqqında psixoloji tədqiqatın rezümesidir!

Azərbaycanın hansı məmurunu götürsən, o, danabaşlı Xudayar kimi bəydir və əslində gədədir. Xudayr necə katda  olub özünə dəyənəklə bəy dedizdirmişdi? Çünki onun anasını qlava siğə eləmişdi. İndi bəy iddialı gədə məmurların da anasını…

Azırbaycan Vikipediyasında (Azərbaycan Vikipediyasında!) Gədəbəy haqqında  oxuyuram: “İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır.”

Gədəbəy yox, Getabak! Yaxşı, sonra bizim hünərli soydaşlarımız gəlib ermənilərin gö… türkün məsəli, dalına təpik vurub qovdular. Hər kəs bu sualı verə bilər: yaxşı bir ad tapa bilmirdilər? Gədəbəy nədir?

Məsələ adın yaxşılığında, pisliyində deyil. “Gədəbəy” sözündə xalqın acı təcrübəsi əks olunub. Qarabağa baxın – guya azad edilib. Guya. Ancaq ərazinin hər nöqtəsində bir gədəbəy oturmayıbmı?

Azərbaycanda gədəbəy rəhbərlik eləməyən yer varmı?  Yoxdur?

Bir vaxt Şamaxı Gəncədən fərqlənib, Şəki Qubadan. İndi ərazilər zavod sexləri və ya tərəvəz şitillikləri kimi bir-birinə oxşayır. Gəncənin İmişlidən fərqi varmı? Həmin Heydər parkı, həmin, Heydər mərkəzi, Heydər prospekti. Dur dörd yol ayrıcında, başına torpaq sovur…

İndiki Gəncədə Nizami kimi əjdaha lçıxa bilərdimi? Yox! Azrbaycanın indiki adamını gədəbəylər laboratoriya heyvanına döndəriblər. Laboratoriya heyvanı “İsgəndərnamə” yaza bilər?

Gəncədə Nizamidən sonrakı doqquz əsrə yaxın bir vaxtda bir (01!) sənət əsəri yaranıb: “Cücələrim”! “Cücələrim” bizim milli sərvətimiz, milli şərəfimizdir. Azərbaycanın himnini “Cücələrim”lə əvəz etmək olar. Səslənəndə bütün dünyada millət ayağa durar. Ancaq sözlərində bir balaca dəyişiklik eləmək pis olmaz. Məsələn, “cücələrim”  əvəzinə “qoyunlarım”…

Gəncənin Beyləqandan fərqi varmı? Yox! Birində imamzadə, o birində zəncir ocağı. Bəlkə zəvvarların sayına görə Beyləqan (Jdanov!) Gəncəni ötər də…

Salyanın Ağsudan ya Kürdəmirdən nə fərqi var? Həmin Heydər parkı, Heydər mərkəzi, Heydər prospekti…

Yazıq salyanlılar… Başlarını aşağı salıb Heydər prospekti ilə fağır-fağır yeriyirlər…

Yox, mən qətiyyətlə deyirəm ki, Salyan adı indiki Salyana yaraşmır, onun da adını Gədəbəy qoymaq lazımdır: Gədəbəy-52.

Azərbaycanın bütün şəhərlərinin adını Gədəbəy qoyub Amerika şəhərlərinin küçələri kimi nömrələmək lazımdır: Gəncə: Gədəbəy-20, Ağdam: Gədəbəy-02, Xankəndi: Gədəbəy-26, Lənkəran: Gədəbəy-42 və s.

Bəs Bakı? Aha, Bakı! Bakı olur Baş Gədəbəy! Çünki gədəbəylərin zoqqaları, zırpıları Bakıya yığışıblar. Bakıda nəinki gədəbəylər, hətta güdəbəylər də at ilxısıdır, köpək sürüsüdür.

Burda xəyalən Azərbaycanın alternativ himni olan “Cücələrimi” çaldırıb sözümü bitirirəm…

Mirz ƏLİL

04. 01. 2-25, Samara

SABİR RÜSTƏMXANLI YENƏ «CÜCƏLƏRİM» OXUYUR…

Sabir_Rüstəmxanlı

Sabir Rüstəmxanlını şair kimi tanimıram. Belə adamların ədəbiyyatda ancaq adları olur. Ancaq onun adını bir yerdə oxuyan kimi “Cücələrim” mahnısı yadıma düşür…

1983-cü ilin payızında Ədəbiyyat institutunun iraqlı tələbəsi, bir neçə nəsr kitabıbınnı müəllifi mərhum Sədi əl Maleh Frunze (indi Bişkekdir) şəhərinə, Asiya və Afrika ölkələri gənc yazıçılarının beynəlxalq konfransına getdi. Qayıdandan sonra dedi ki, bir Azərbaycan şairi ilə tanış olub, bir yerdə yeyib-içiblər, hətta səsini də yazıb. Və Suriyadan alıb gətirdiyi “Şarp” maqnitafonunda kef məclisinin yazısına qulaq asdıq. Müxtəlif sağlıqlar və sair. Növbə Sabir Rüstəmxanlıya çatanda, yəqin ingiliscə və rusca bilmədiyindən, başlayır “Cücələrim” mahnısını oxumağa.

Qarğa səsiylə…

Sədi mənə dedi ki, Sabir Rüstəmxanlı söz verib, onu  Bakıya rəsmi dəvət edəcək, yəqin kitabını da nəşr edəcəklər. Dedim ki, arxayın ol, Sabir Rüstəmxanlı sənə heç bir dəvət-zad göndərməyəcək…

Əlbəttə, göndərmədi…

İndi bu Sabir Rüstəmxanlı deyir ki, Firdovsinin “Şahnamə”si gərək “türk(?) məktəblərində öyrənilməyə, çünki fars şairi Turana qarşı çıxır, türklərə qarşı çıxır…

Üzr istəyirəm, bu heyv… Yox, demirəm…

Bu keçmiş deputat qanmır ki, üç min il qabaq Turanda türk-mürk olmayıb…

Yəni ki, “Cücələrim” oxuyur…

Qarğa səsiylə…

23.09.17