Архив тегов | dostluq haqqında şeirlər

CORC BAYRON. ƏQİQ

1.

Yox gözəlliyi bu daşın xüsusi,
Onu edə bilə yaddaşıma həkk

Bir dəfə parladı, indisə məsum

Qızarır – bu daşı verən şəxs tək.

2.

Mənim dostluğuma dodaq büzən də
Məndə zəifliyi qınayan var həm.

Bu sadə hədiyyə əzizdir hərçənd,
Verən məni sevir, buna əminəm.

3.

Dik mənə baxmırdı bunu verərkən,

Rədd eləməyimdən sanki qorxaraq.

Alıb hədiyyəni ona dedim mən,

Bunu itirməkdən qorxuram ancaq.

4.

Diqqətlə bu sevgi rəhninə baxdım,

Parladı, gözümə düşdü işığı düşdü.

Daşdan elə bil ki, bir gilə axdı,
O vaxtdan sevirəm göz yaşını da.

5.

Bəli, onun həqir cavanlığını,

Nə əsil bəzədi, sərvət nə də ki.

Gərək çölü gəzə, tərk edib bağı,
Həqiqət çiçəyi axtarırsa kim.

6.

Gözəllik göstərən, ətir də yayan,

Qayğılı bəslənən bitkilər deyil.

Ətri, gözəlliyi qəlbi oxşayan

Çiçəklər çəməndə, çöldə açır, bil.

7.

Gözü açılsaydı taleyin əgər
Köməyə gələrdi o, təbiətə,

Dostumun ağlına münasib qədər,
Çatdırardı hər cür onu nemətə.

8.

Və görsəydi onu İlahə aydın,
Surəti olardı sinəsində həkk.

Saysız xəzinələr ondan alardı,

Bu halda ayrı şey deyildi gərək.

 

ingiliscədən tərcümə

15.02. 2025, Samara

QEYD:

Bu hədiyyəni Bayron dostu Edlestondan almışdır. Edleston 1811-ci ilin mayından vərəmdən ölüb. Aralarında tanışlıq Bayron Edlestonu boğularkən xilas edəndən sonra başlanıb.

 

++++++++++++

GEORGE BYRON

The Cornelian

 

1.
No specious splendour of this stone
Endears it to my memory ever;
With lustre only once it shone,
And blushes modest as the giver.
Читать далее

Redyard KIPLING. MININCI INSAN

Rudyard_Kipling

Süleyman deyir: sənə içində min insanın
Biri doğma qardaşdan yaxın olar daha da.

Beləsini sən axtar, ömrünün yarısıını,

Əsirgəmə, tapdığın — dəyər gedən bu vaxta.

 

 

Doqquz yüz doxsan doqquz insan istəyir bilə,
Sənə başqalarının nədir münasibəti.

Mininci insan ancaq həmişə səninlədir,
Aləm düşmənin ola, pozulmaz sədaqəti.

 

 

Necə vədlər verəsən, yalvarasan nə qədər,
Tapa bilməyəcəksən həyatda beləsini.

Doqquz yüz doxsan doqquz insan verəcək dəyər,
Görkəminə, adına, öyrənəcək nəslini.

 

O səni tapsa ancaq və ya sən onu tapsan,

Dünyda yox önəmi ayrı heç nəyin daha.

Üzər, boğular ya da çünki Mininci İnsan,

Səninlə birgə hansı sulara atılsa da.

 

 

Girə bilərsən onun pul kisəsinə sözsüz,
Necə istəsə xərclər sənin pulunu o da.
Yolda qarşılaşanda danışıb-gülərsiniz,
Haqq-hesab məsələsi sanki yox aranızda.

 

 

Doqquz yüz doqxsan doqquz insan gümüş istəyər,

Qızıl istəyər,  haçan hansı sövdə bağlasa.

Ancaq Mininci İnsan onlara tamam dəyər,
Görür ki, qiymətlidir ürəyində nə varsa.

 

 

Onun səhvi səninki, sənin düzündür düzü,

Yerində olubsa da, olmayıbsa da əgər.

Çiyin ver və arxa dur, bütün dünya da görsün,

Sədaqətini göstər!

 

 

Doqquz yüz doxsan doqquz insan çətin ki dözə,
Lağa ya istehzaya, gülüşə, eyhamlara.

Ancaq Mininci İnsan səninlə sona qədər,
Qalar – dar ağacı da olsa və hətta sonra!

 

İngiliscədən tərcümə

06.04. 2020, Samara

 

The Thousandth Man

 

0NE man in a thousand, Solomon says.
Will stick more close than a brother.
And it’s worth while seeking him half your days
If you find him before the other. Читать далее