Архив тегов | FƏLSƏFİ ŞEİRLƏR

HENRİX HEYNE. “GÜLÜB ƏLƏ SALMA, İBLİSİ, İNSAN…”

Gülüb ələ salma İblisi, insan,

Bu həyat yolları çox qısadır, bil.

Qiyamət söhbəti, məhkəmə, divan,

Heç də boşboğazlıq, dəlilik deyil.

Kimə nə borcun var, tez ödə insan,
Uzundur bu həyat yolları bil ki.

Yenə hərdən-hərdən borc alacaqsan,
Əvvəl dönə-dönə aldığın kimi.

almancadan tərcümə

26.01. 2022, Samara

============

Heinrich Heyne

Mensch, verspotte nicht den Teufel,
Kurz ist ja die Lebensbahn,
Und die ewige Verdammniß
Ist kein bloßer Pöbelwahn.

Mensch, bezahle deine Schulden,

Lang ist ja die Lebensbahn,
Und du mußt noch manchmal borgen,
Wie du es so oft gethan.

MARAFON

Sonu görünməyən yolda yolçuyam

Marafon qaçıram, marafonçuyam.

Start götürməyim yadıma gəlmir,
O vaxtdan ən azı dəyişib əsr.

Yorğunam qaçmaqdan, nəfəsim qara,
Özüm də bənzərəm efioplara.

Keniyalı kimi cıvıldızam mən,

Dözürəm aclığa, susuzluğa mən.

Peysmeykerim yox qaça qabaqda,
Vurur, səndələdir gələnsə dalda.

Badalaq qurmağa var çalışan da,
Qaçıram yenə də dikələn anda.

Görüb fitə basır yolda duranlar,
Gülən də, söyən də, tüpürən də var.

Bıçaqla duran var, tapançalı var,
Mənsə dayanmıram, mənsə qaçıram.

Susuzam, ağzımda quruyur dilim,

Sirkə turşusunu verirlər içim…

Marafon qaçıram, marafonçuyam,

Qaçıram bir qurtum suyun dalınca.

Daldan itələyən qalıb dalda da,

Badalaq quranlar yox siyahıda.

Çıxarıb bir qarış mənsə dilimi,

Keniyalı kimi, efiop kimi,
Qaçıram, ağrılar olsa da min bir.
Bir qıçım o biri qıçımı çəkir.

Qaçıram, qatılır gündüzə gecə,
Qaçıram bir qurtum suyun dalınca.

Məni qara basır bəlkə təşnədən,
Hərdən peysmeyker görürəm öndə.

Elə bil halədir, ya da kölgədir,
Məni pıçıltıyla ürəkləndirir,
Deyir yorulmusan, dayanma ancaq,
Çatar həyatının sonu dayancaq.

Deyib gözdən itir, mən gərək qaçam,
Durmadan — mən axı marafonçuyam,

Sonu görünməyəm yolda yolçuyam…

25. 07. 2021, Samara