Архив тегов | İRONİK ŞEİRLƏR

HENRİX HEYNE. “GÜLÜB ƏLƏ SALMA, İBLİSİ, İNSAN…”

Gülüb ələ salma İblisi, insan,

Bu həyat yolları çox qısadır, bil.

Qiyamət söhbəti, məhkəmə, divan,

Heç də boşboğazlıq, dəlilik deyil.

—

Kimə nə borcun var, tez ödə insan,
Uzundur bu həyat yolları bil ki.

Yenə hərdən-hərdən borc alacaqsan,
Əvvəl dönə-dönə aldığın kimi.

almancadan tərcümə

26.01. 2022, Samara

============

Heinrich Heyne

Mensch, verspotte nicht den Teufel,
Kurz ist ja die Lebensbahn,
Und die ewige Verdammniß
Ist kein bloßer Pöbelwahn.

—

Mensch, bezahle deine Schulden,

Lang ist ja die Lebensbahn,
Und du mußt noch manchmal borgen,
Wie du es so oft gethan.