Архив тегов | fransızcadan tərcümələr

ALFRED DE MÜSSE. KƏDƏR

 Alfred de Müsse

              (1810-1857)

          KƏDƏR  

                          J’ai perdu ma force et ma vie,
                          Et mes amis, et ma gaite;

Daha yaşamağa tabım qalmayıb,

Gedib kefli çağım, dostlarım gedib.

Getdi, görəndə ki, salmıram saya,

O insan ki, mənə dahi deyirdi.

Əvvəl Həqiqəti tanıyan zaman,

Düşündüm o mənə əbədi dostdur.

Amma yaxşı duyub anlayan andan,

Həqiqət nədənsə pisimi vurdu.

Bilin, əbədidir, Həqiqət ancaq

Nadan yaşayacaq, nadan qalacaq,

Kim onun yanından saymayıb ötə.

Tanrının kəlamı cavab gözləyir,

İndi mənə qalan həyatda nədir? –

Ağlayıb ötənin yasını tutam.

Fransızcadan tərcümə

22.09.2016

Samara

Emil VERHARN. ÖLÜM

verhaern1.jpg

 

Emil VERHARN

(1855-1916)

ÖLÜM

Triste dame, mon ame…

 

  • Söylə könlüm, sən ey hüznlü xanım,

Hara düşmüşdü yolun, hardaydın.

Bəlkə matəmli bir saraydaydın,

Söylə könlüm, sən ey hüznlü xanım.

 

  • Bir qəsrdəydim – alovdan qüllə,

Qapılar sındı mənim zərbəmdən.

Sabah ətir saçacaq qəbrində,

Yığıb gətirdiyim qızıl güllər.

 

  • Dinlə, könlüm, sən ey hüznlü xanım,

Gələcək qorxu salır varlığıma,

Məni ölüm qabaqda gözlər axı,

Dinlə könlüm, sən ey hüznlü xanım.

 

  • İtər nizam deyə qorxursan sən,

Ölüm yer altda, zirvələrdə həyat,

Əbədi şəninə çələng toxuyar,

Sənin onlar səmavi güllərdən.

 

  • Dinlə könlüm, sən ey istəkli xanım,

Zaman gedir, gəlir kəsir qapını,

Əli dəryazlı, hənirdən tanınır,

Dinlə könlüm, sən ey istyəkli xanım.

 

  • Zaman – uydurma, xəyal tək dağılar,

Qalacaq təkcə sənətkar yaradan.

Sənin dühan oyanıb yazdığın an,

Yaşar incində, əbədiyyət olar.

 

        Fransızcadan tərcümə

     31.10 – 01.11. 2014 Samara

 

Şarl BODLER. GÜNÜN SONU

 

Sous une lumière blafarde…

 

 

Qışqırır, bilmir utanmaq və həya,

Günün gedər çağı toranlıqda

Hərlənir, rəqs edir səbəbsiz Həyat,

Yox olur sonra da qaranlıqda.

 

Gecə qalxır üfüqdə föhş dolu,

Susdurur hər şeyi, lap aclığı da.

Yox olur hər nə var, abır yox olur,

Şair: “Axır ki!” — səslənir ucadan.

 

“Üzülüb ruhum, həm sinəm, kürəyim,

İstəyim, arzum istirahətdir.

Qəmli nəğməylə inləyir ürəyim.

 

Yataram burdaca torpaq üstdə.

 Bu rütubətli, soyuq zülmət də

Məni ehmalca kəfən tək bürüyər”.

 

fransızcadan tərcümə: 23 oktyabr 2014, Samara

TEOFİL QOTYE. GÖYƏRÇİNLƏR

TEOFİL QOTYE

(1811-1872)

              GÖYƏRÇİNLƏR

 

Sahildə, yanında bir məzarlığın

Yaşıl lələk kimi palma ucalar.

Yuva bağlamağa ya sığınmağa

Axşam göyərçinlər başına qonar.

 

Onlar budaqları tərk edib səhər
Boyinbağı kimi qatarlanarlar.

Gümüş qanadlarla səma bəzənər,

Dam üstə qonarlar uzaqda onlar.

 

Könlüm bir ağacdır, hər axşam ona
Göylərdən enərək, qanad çalaraq,

Divanə xülyalar gəlib qonarlar

Dan qızaran kimi gedərlər ancaq.

 

                 fransızcadan tərcümə: 18.09. 2014 Samara