Emil VERHARN
(1855-1916)
ÖLÜM
Triste dame, mon ame…
- Söylə könlüm, sən ey hüznlü xanım,
Hara düşmüşdü yolun, hardaydın.
Bəlkə matəmli bir saraydaydın,
Söylə könlüm, sən ey hüznlü xanım.
- Bir qəsrdəydim – alovdan qüllə,
Qapılar sındı mənim zərbəmdən.
Sabah ətir saçacaq qəbrində,
Yığıb gətirdiyim qızıl güllər.
- Dinlə, könlüm, sən ey hüznlü xanım,
Gələcək qorxu salır varlığıma,
Məni ölüm qabaqda gözlər axı,
Dinlə könlüm, sən ey hüznlü xanım.
- İtər nizam deyə qorxursan sən,
Ölüm yer altda, zirvələrdə həyat,
Əbədi şəninə çələng toxuyar,
Sənin onlar səmavi güllərdən.
- Dinlə könlüm, sən ey istəkli xanım,
Zaman gedir, gəlir kəsir qapını,
Əli dəryazlı, hənirdən tanınır,
Dinlə könlüm, sən ey istyəkli xanım.
- Zaman – uydurma, xəyal tək dağılar,
Qalacaq təkcə sənətkar yaradan.
Sənin dühan oyanıb yazdığın an,
Yaşar incində, əbədiyyət olar.
Fransızcadan tərcümə
31.10 – 01.11. 2014 Samara