Osip MANDELŞTAM. Hələ ölməmisən…

 

Пока не умер ты, пока ты не один…

 

Hələ ölməmisən, tək də deyilsən,

Kasıb rəfiqənlə səni nə qədər,

Səni sevindirər toran və leysan,
Bir də əzəmətli geniş düzənlər.

 

Parlaq, əzəmətli kasıblıqda da,

Sən arxayın dolan, kefini pozma.

Eləcə günlərin xeyri Tanrıda,

O, iş nəğməsini günaha yazmaz.

 

Zavallı o kəs ki, kölgəsi sayaq,

Hürüşdən diksinər, küləkdən əsər.

Və kasıb o kəs ki, özü ölüvay,

Kölgəyə əl açıb sədəqə istər.

 

15-16 yanvar 1937

Ruscadan tərcümə

13-20 noyabr 2014 Samara