İosif BRODSKİ. Qəfəsə girmişəm mən vəhşi heyvan yerinə…

  İosif BRODSKİ

Я входил вместо дикого зверя в клетку…

 

Qəfəsə girmişəm mən vəhşi heyvan yerinə.
Adı, müddəti mıxla baraklara yazmışam.

Qonağı da olmuşam mən frak geyənlərim,
Ruletka oynamışam, sahildə yaşamışam.

Yarıdünyanı gördüm buzlağın təpəsindən,
Üç dəfə boğulurdum, iki dəfə deşiblər.

Döşündə bəsləndiyim ölkəni tərk elədim,

Məni unudanlardan salmaq olardı şəhər.

Qulaq verdim çöllərdə harayına hunların,

Təzədən dəbə düşən nə var geydim əynimə.

Çovdar əkdim, bürüdüm qara tolla xırmanı,

Bircə quru su olub bəlkə də mən içməyim.

Girib yuxularıma zağlı bəbəkli konvoy.

Sürgün çörəyi yeyib, bir gilə salmamışam.

Səs çıxıb boğazımdan hər cür, haraydan savay,

Pıçıltıya keçmişəm, indi qırx olur yaşım.

Nə deyim həyatımdan? Bilmirdim uzanacaq,

Qəlbimin həmrəyliyi təkcə dərdlədir indi.

Nə qədər ki torpaqla  dolmayıb ağzım ancaq,

Minnətdarlıq həmişə töküləcək dlimdən.

 

24 may 1980

Ruscadan tərcümə

11.11. 2014 Samara

 

 

Реклама

ВЕДЕТСЯ АКТИВНЫЙ ПОИСК НЕДОБРОСОВЕСТНЫХ СПЕКУЛЯНТОВ

Дмитрий Медведев сообщил, что в обвале рубля виноваты недобросовестные спекулянты. В настоящее время ведется активный поиск недобросовестных спекулянтов. В Москве введен план «Перехват» и поднята вся полиция. На подмогу вызваны некоторые боевые части, ранее введенные в Донбасс.