Osip MANDELŞTAM. Qozbel Tiflis mənim yuxuma girir…

 

                   Мне горбатый Тифлис снится…

 

Qozbel Tiflis mənim yuxuma girir,

Sazandar ahıyla titrəyir ürək.
Körpünün üstündə qələbəlikdir,

Sərilib elə bil şəhər xalça tək,
Şirin zümzüməylə Kür axıb gedir.

 

Kürün qırağında neçə dükan var,

Çaxırı içməli, plovu ləziz.

Qırmızı yanaqlı cəld dükançılar

Dolu stəkanla qarşına çıxar,

Dükana baş çəkən hər qonaq əziz.

 

Qatı Kaxetiya çaxıırı məncə,

Sərin zirzəmidə yaxşı içilir.

Oturun arxayın, gecə keçincə,

İçin ikilikdə, için doyunca,
Təklikdə içməksə məsləhət deyil.

 

Orda bir balaca dükanda hökmən,

Yekə bir yalançı səni həriflər.

“Tilani” çaxırı ondan istəsən,

Tiflis dumanlara bürünüb gedər,

Çaxır şüşəsində sən də itərsən.

 

Bəlkə qocalıq da düşür insana,

Qoçunsa ləzzəti quzuluğunda.

Qızarır, közərir, göydə ay yanır,

Qarışıb şırabın al dumanına,

Kababın tüstüsü yetir buluda.

 

1920,  1927,  1935

Ruscadan tərcümə

12-13 noyabr 2014 Samara

 

Реклама

ORDENLƏR QURTARIB?

Yəqin bütün Şöhrət, Şərəf, Qeyrət, Namus ordenləri Əliyevərə, Paşayevlərə, Heydərovlara paylanıb qurtarıb ki, hərbi vertolyot vurmuş əsgərə üçüncü(!) dərəcəli medal(!) verirlər…

ƏYLİSLİNİN YENİ ROMANI: «DƏMİR YUXULAR»

Əkrəm Əylisli səhər tezdən ayılıb oğluna zəng vurur:

— Bala, səhərəcən yuxumda dəmir görmüşəm. Gözüm işlədikcə hər yerə dəmir parçaları dağılıb tökülmüşdü. Şəhərdə bir qəza-zad olmayıb?

— Yox ata. Ancaq azərilər ermənilərin vertolyotunu vurublar.

— Ay bala, elə ürəyimə dammışdı ki, “Daş yuxular”dan sonra “Dəmir yuxular” gələcək…