Архив тегов | İlahi Komediya Azərbaycan dilində

DANTE CƏHƏNNƏMİ: TİBB PROFESSORU VƏ HAZIRIN NAZİRİ

“İlahi Komediya”nın ilk tam tərcüməsi Dmitri Yeqoroviç Minə məxsusdur. D. Y. Min peşəkar ədəbiyyatçı yox, tibb professoru olmuşdur.  Üzərində 40 il işlədiyi tərcümə tam halda ölümündən sonra çap olunmuş, 1907-ci ildə isə tərcümə müəllifiniə (ölümündən sonra) tam Puşkin mükafatı verilmişdir.

Sovet dövründə edilmiş, indi də mötəbər sayılan tərcümə Mixail Lozinskiyə (1886—1955) məxsusdur. Mütəxəssislərin hesablamalarına görə, Lozonskinin tərcüməsində artırılma sözlər cəmi 15 faiz təşkil edir.

Ancaq iki tərcüməni misra-misra tutuşdurduqca, Lozinskinin dönə-dönə Minin tərcüməsindən ayrı-ayrı misraları, ifadələri götürdüyünü görürük. Məsələn, 10-cu nəğmə, 112-114cü misralar.

Orijinal:

e s’i’ fui, dianzi, a la risposta muto,
fate i saper che ’l fei perché pensava
già ne l’error che m’avete soluto».

Minin tərcüməsi:

Я лишь затѣмъ не отвѣчалъ ему,

Что было мнѣ въ то время непонятно

То, что теперь ты разрѣшилъ уму.»

Lozinskinin tərcüməsi:

Я лишь затем не отвечал ему,
    Что размышлял, сомнением объятый,
    Над тем, что ныне явственно уму».


Orijinalda demir ki, “cavab vermirdim”, deyir ki, özümü lal kimi aparırdım (a la risposta muto), yəni bu, tamam cavab verməmək  deyil. İki tərcümənin sözbəsöz eyniliyi təsadüfi ola bilməz.  Qafiyələr də eynidir: уму, ему...Yəni Lozinski hazırın naziri olub…

Demk lazımdır ki, Quranın tərcümələri də belədir. İndi kim Quranı ruscaya çevirirsə, Sablukovun və Kraçkovskinin tərcümələrini qoyur qabağına, başlayır “çevirməyə”… Bu, Quranın azərbaycancaya tərcümələri üçün də xarakterikdir…

Ədəbiyyata və bütövlükdə sənətdə özgə malını yemək var və yeyənlərin heç birinin boğazında qalmır…

 

25. 04. 2023, Samara

TƏRCÜMƏÇİNİN DANTE CƏHƏNNƏMİ

Без названия (8)

«İroniya sudbı” filmində İppolitin yağdırdığı suallardan birinə cavab olaraq Lukaşin  deyir: “В самолете летел… спя!»

«Спя» sözü tamaşaçıda gülüş doğurur, çünki qrammatik cəhətdən düz olsa da, “spya” sözü, demək olar ki, işlənmir və yöndəmsiz səslənir.

 “Spya” sözünün olduğunu mötəbər mənbələr təsdiq eytsələr də, “daya” («дая» — «verərək” mənasında), sözü barədə bunu demək olmaz. “Davaya” – var, hərçənd bu forma da, demək olar ki, danışıqda işlənmir. “Daya” heç yerdə yoxdur. “Heç yerdə”, əlbəttə, korrekt deyil. Çünki ən azı bir yerdə var: bu sözü M. Lozinski “İlahi komediya”nın tərcüməsinə işlədib.

82 Народу над народом власть дая,
      Она свершает промысел свой строгий,
      И он невидим, как в траве змея.

Lozinski rus tərcümə sənətinin ən böyük ustalarındandır, Şekspirin pyesləri indiyəcən onun tərcüməsində tamaşaya qoyulur. Ancaq “İlahi komediya”nın tərcüməçi üçün çətinliyindən Lozinski də şikayətlənib. Dante bu əsəri üçlüklərlə yazıb. Üçlük öz-özlüyündə çətinlik yaratmır, çətinlik yaradan qafiyə sistemidir.

aba; bcb; cdc və s.

Yuxarıdakı üçlükdə “zmeya” zözü var, bu sözə qafiyə tapmaq lazımdır. Tərcüməçi “zmeya”nı misranın içinə keçirsə, gərək yuxarıdakı üçlüyün ikinci misrasında qafiyə olan “kraya” sözünü də dəyişə. Beləcə bir neçə bənd domino prinsipi ilə dağılar. Buna görə Lozinski baş sındırmaqdan yorulub  düz olmayan “daya” sözünü işlədib: будь что будет…

Qeyd edim ki, Lozinski bu tərcüməyə görə 1-ci dərəcəli Stalin mükafadı alıb.

Dantenin orijinalı:

che permutasse a tempo li ben vani
di gente in gente e d’uno in altro sangue,
oltre la difension d’i senni umani;

 

per ch’una gente impera e l’altra langue,
seguendo lo giudicio di costei,
che è occulto come in erba l’angue.

İkinci üçlüyü bitirən “angue” italyanca “qan” mənası da verir, ancaq Dante burda bu sözü onun latın mənasında (anguis) yəni “ilan mənasında işlədib. Bu, aydıтdır, çünki, yuxarıdakı üçlükdə qan sözц var: sangue”

Bu üçlükləri mən belə çevirmişəm:

79 Fani nemətləri o ötürəndir,
Tayfadan tayfaya və qandan qana.

İnsan iradəsi burda heç nədir.

 

82 Bir xalq hökm sürür, digəri ona
Kölədir; görünmür məramı lakin,

Bənzər ot içinə girmiş ilana.

Aydınlıq üçün deyim ki, Vergili burda Fortunadan danışır…

07.04 2023, Samara

DANTE. CƏHƏNNƏM. 6-CI NƏĞMƏ

(fraqment)

 1 Bəlalı bu cütə acıdığımdan,

Kədərə basılıb məni tərk edən

Şüurum yenicə qayıdan zaman,

 +

4 Hara getsəm, ya da baxsam hara mən,
İztirab görürəm həndəvərimdə,
Qarşıma hər çıxan – iztirab çəkən.

 +

7 Üçüncü çevrədə yağır yenə də,
Lənətlənmiş yağış soyuq və ağır,
Qanunu, xisləti eyni, əbədi.

 +

10 Üçüncü çevrədə yağır yenə də,
Lənətlənmiş yağış, soyuq və ağır,
Qanunu, xisləti eyni, əbədi.

 +

13 Qəddar vəhşi Serber dayanıb baxır,

Hürür üç ağzıyla it tək anbaan,
Belə qarşılayır yığılanları.

 +

16 Yağlı saqqal qara, gözlərində qan,
Əlləri caynaqlı, yekə qarnı var,
Ruhları dağıdar, şaqqalar asan.

 +

19 Yağışdanit kimi hüürürlər onlar,

Üst ilə örtülə çalışırlar alt,

Yazıq, girincdirlər qanunpozanlar…

italyan dilindən tərcümə

mart 2023, Samara

DANTE. CƏHƏNNƏM. 5-Cİ NƏĞMƏ

755px-Inferno_Canto_5_line_4_Minos

(Fraqment)

1 Birinci çevrədən beləcə düşdüm
İkinciyə; bura çox kiçiksə də

Böyükdür nalələr qaldıran zülm.

 +

4 Müdhiş Minos nərə çəkir  hikkədən,

İstintaq aparır, girişi kəsib,

Hökmü quyruğuyla çıxarır hərçənd.

 +

7  Deyim: bədtəbiət ruhu hər kəsin.

Dayanır önündə  tam etirafla;

Və bu yaxşı bilən günahı, pisi,

 +

10 Baxır, Cəhənnəmdə gedəcək hara;

Quyruğu özünə dolanan qədər

Ruh enə pillələr gərək o sayda.

 

13 Kütlələr həmişə önündədirlər;
Ruhlar məhkəməyə gedir durmadan,

Deyib-eşidən tək qərq edilirlər.

 +

16 “Sən ey bu hüznlü məkana varan”, —

Dedi məni görüb önündə Minos,

Öz mühüm işini kəsərək bir an.

 +

19 “Bax, necə girirsən, yanında kim bəs?

Aldanma qapının genliyinə sən”.
Rəhbərimsə dedi: “Qışqırığı kəs…

italyancadan tərcümə

 

mart 2023, Samara