Архив тегов | İlham Əliyev

DƏDƏ QORQUDLAR ÖLÜB. GƏDƏ VƏ QODUQLARIN DÖVRÜDÜR…

Xaçmazın Xraqoba kəndinin yerli əhalisini dağıdıb orada tikdirilən bahalı evlərə naxçıvanlılar köçürüləndən sonra prezident müşavirə keçirir ki, kəndə təzə nə ad qoyaq. İlham Əliyev deyir:

— Mən təklif edirəm ki, kəndin adını Dsanabaş qoyaq. Naxçıvanlılar bu adla özlərini işğalçı kimi yox, yerli əhali kimi hiss edəcəklər.

Xraqobada öz qohumlarını yerləşdirmiş sərhəd komandanı Elçin Quliyev deyir:

— Zat-aliləri, Danabaş çox gözəl addır, naxçıvanlılara yaraşan addır, ancaq biz Qəbələdə neçə kənddən yerli əhalini çıxarıb adlarını qoymuşuq Danabaş. Bəlkə Xraqobaya başqa ad qoyaq?

Çox məsləhətləşirlər, çox düşünüb-danışırlar, axaırda aşıq Zəlimxan Yaqubu çağırırlar. Zəlimxan sazı basır sinəsinə, çalıb-çağırır, axırda deyir ki, Xraqobanın adını qoydum Palıdlı…

 

Mirzə Əlil

06.01.14

NƏŞƏLİ SÖHBƏT

İLHAM ƏLİYEV: Ramil, amerikalılar anaşanı açıqsatış elədilər. Deyirəm bəlkə biz də eləyək, xaql çəkib kayflansın?

RAMİL USUBOV: Zat-aliləri, yaxşı fikirdir. Ancaq hüquq-mühafizə orqanlarının işində çətinlik yarana bilər.

İLHAM ƏLİYEV: Deyirsən polislər peredoz eləyərlər?

Ramil USUBOV: Yox, bizim işçilər dozalarını bilirlər, öyrəşiklidilər. Mən müxalifətlə mübarizəni deyirəm. İndi ciblərindən anaşa çıxardırıq, anaşa açıq satış olsa, gərək boyunlarına ayrı şey qoyaq…

ŞAMLAR YANIR… ADAMLAR YANIRLR…

nar

Sumqayıyda İlham Əliyevin şərəfinə 52 metrlik tort kəsilib. Tortu 52 şam bəzəyib ki, bu da son illərdə Azərbaycanda özünü yandıranların sayı qədərdir…

XALQ QIZIŞIB…

nar

İLHAM ƏLİYEV: Ramil, bu nı səs-küydür, deyirlər Qarabağ əlili özünü öldürb.
RAMİL USUBOV: Zat-aliləri, öldürməyib, üstünə benzin töküb yandırıb.
İLHAM ƏLİYEV: Ramil, benzin o qədər ucuzdur ki, bu köpək uşağı üstünə-başına tökür. Xalqı qudurtmuşuq…

VİLLA SÖHBƏTİ

İlham Əliyev: Ramil, deyirlər özbəklər İsveçrədə İslam Kərimovun qızının villasını tutublar. Birdən azərbaycanlılar da gedib bizim uşaqların villalarını tutarlar…
Ramil Usubov: Zat-aliləri, o villa tutanlar lüt özbəklərdir, İsveçrədə lüt azərbayycanlı yoxdur, İsveçrədəki azərbaycanlılar özümüzkülərdir, hamısının da villası var… Bizim lütlər Rusiyadan uzağa gedə bilmirlər…

HUMANİZM MƏSƏLƏLƏRİ

ƏLİYEV: Ramil, Putin Xodorkovskini buraxdı. Bəlkə biz də bir-iki dustağı buraxaq?
USUBOV: Zat-aliləri, Xodorkovskinin banklarda xəlvət pulu çoxdur, yəqin yağlayıb Putinin ağzını. Bizimkillər lütdülər, türmə bitlərindən başqa onlardan nə almaq olar?

AZƏRBAYCANDA BEYNƏLXALQ MİQRANT BAYRAMI

“Azərbaycan” qəzeti birinci səhifəsini Beynəlxalq miqrant gününə həsr edib. Dünən Miqrant günü Azərnaycanda təntənə ilə qeyd edilib. Məktəblərdə ilk dərs miqrantlara həsr olunub. Müəllimlər şərəfli miqrant həyatından uşaqlara məlumat veriblər. Uşaqların çoxu miqrant olmaq arzusunda olduğunu bildurub.
İlham Əliyev üç və daha çox övladı miqrant olan arvadlara “Qəhrəman miqrant anası” fəxri adı veriib. Ərləri illərlə Rusiyada yaşayan arvadlar “Qəhrəman miqrant arvadı” adına və gümüş ordenə layiq görülüblər.
Axşam Bakıda miqrantların şərəfinə atəşfəşanlıq olub. Sahildə miqrant xiyabanı salınıb və otuz baobab ağacı əkilib.

ANAR MƏMMƏDLİNİN AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ VURDUĞU ZİYAN

“Prezident seçkiləri barəsində ictimaiyyətə yanlış məlumat verdiyinə görə” Anar Məmədli həbs olunub.Rəsmi məlumatda deyilir ki, Anar Məmədlinin yanlış məlumatı nəticəsində Aərbaycan ictimaiyətinin atası yanıb, anası ağlar qalıb. Anar Məmmədlinin yanlış məlumatı bölgələrdə də ciddi ziyanlara və tələfatlara səbəb olub. Prezident seçkiləri barədə yanlış məlumat alıb məyus olan bir neçə salyanlı dozasını artırıb və həyatını itirib, beş toyda doqquz bıçaqlaşma olub. Şimal bölgələrində otuz-qırx cavan şalvarlarının balağını qayçılayıb olublar vahhabi. Cənub bölgələrində xeyli gənc yanlış məlumatdan sağlam düşüncəsini itirib, “Ya Xomeyni!” deyib başlarını yarıb.
Yanlış məlumatdan havalanan xalq artisti İlhamə Quliyeva lüt-madarzat bulvara çıxıb özünü dənizə atmaq istəyib, polislər vaxtında tutub saxlayıblar.
Hazırda Anar Məmmədlinin yanlış malumatının Azərbaycan ictimaiyyətinə vurduğu ziyanşn miqyası MTN tərəfindən dəqiqləşdirilir.

A ZALIMLAR, YANACAQ BAHADIR?

Əliyev: Ramil, nə mitindi bu yenə?
Usubov: Zat-aliləri, elə mitinq də deyil. Əlli-altımış adam olub. Yanacağın bahalığından narazıdırlar.
Əliyev: Ramil, bu adamların ya başı xarabdır, ya da antimilli qüvvələrə işləyirlər. Yanacağın nəyi bahadır ki? Gör kürü neçəyədir, ancaq heç kürüdən ötrü indiyəcən bir adam mitinqə çıxmayıb…

QALMIŞIQ YANA-YANA, GƏLİN BİZİM MEYDANA…

İsa Qəmbər Kiyevə gedir. Söz verib ki, Ukraynadan yarım milyon kozak gətirib Bakıda müxalifət mitinqi keçirsin.