İlham Əliyev Vyanada çəkdirdiyi şəkilləri arvadına göstərir. Mehriban xanım deyir:
— Serj yaman qocalıb, İlham, başı ağappaq olub…
— Mehriban, hərifin ürəyini üzmüşəm, bir şey qalmayıb…
İlham Əliyev Vyanada çəkdirdiyi şəkilləri arvadına göstərir. Mehriban xanım deyir:
— Serj yaman qocalıb, İlham, başı ağappaq olub…
— Mehriban, hərifin ürəyini üzmüşəm, bir şey qalmayıb…
Nizamiyə bənzətmə
Obama soruşdu: hardansan, oğlan?
İlham cavab verdi: Azərbaycandan.
Dedi: O diyarda hansı sənət var?
Dedi: Nefti satır, rüşvət alırlar.
Dedi: Rüşvət almaq heç ədəb deyil!
Dedi: Bu bizlərdə təzə dəb deyil.
Dedi: Hara gedir neftin qazancı?
Dedi: Xalqa çatır son manatacan.
Dedi: Xalqın kasıb görünür amma.
Dedi: Gördüyünə çox da inanma.
Dedi: Boğursunuz jurnalistləri.
Dedi: Başdan böyük var qələtləri.
Dedi: Neçə cavan niyə tutulub?
Dedi: Ciblərində qara, ağ olub…
Dedi: Qızlarının sərvəti hardan?
Dedi: İrs alıblar babalarından.
Dedi: Bəs xanımın varlanıb nədən?
Dedi: Kim deyibsə bunu, onun mən…
19.11 2013
Ermənistan prezidenti Sarqsyanla növbəti görüşə hazırlaşan İlham Əliyev arvadına deyir:
— Mehriban, yaxşı ki, Ermənistanda prezidentlər dəyişirlər. Bizdəki kimi onlarda da həmişə bir nəfər olsaydı, üzüm-gözüm öyrəşərdi. Üz –göz öyrəşmək də pis şeydir, desəydi Beyləqanı, İmişlini də ver, gərək verəydim…
Tbilisi. Gürcüstanın yeni prezidenti and içir. Zalda qonaqlar arasında oturmuş qoca Artur Rəsizadə yanındakı gürcüyə deyir:
— Şevardnadze yaman cavanlaşıb. Tanımaq olmur…
Gürcü deyir:
— Batano Artur, bu, Şevardnadze deyil, Marqvelaşvilidir…
— Yaxşı, bəs prezident Şevardbnadze ola-ola bu adam niyə and içir?
— Qenasvale! Şevardnadze çoxdan prezident deyil!
Rəsizadə təccüblənir:
— Necə Şevardnadze prezident deyil? Nə vaxtdan bəri Qafqazda prezidentlər dəyişir?
Ah, Vətən! Bu gün Azərbaycanda bayramdır… Dirçəliş günü…
Ah, Vətən!
Muğamat, Aşura, şor…
Sünnət toyu, İmam ehsanı, Az TV…
Bu Dirçəliş günündə Vətənin necə dirçəldiyini görüb sevinməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz!
Azərbaycan məşədilərin sayına görə dünyada birinci, kərbalayıların sayına görə ikinci, hacıların sayına görə üçünncü yerə çıxıb!
Azərbaycan dünyaya verdiyi töhfələrlə millətin başını ucaldıb: Azərbaycan Ermənistana Qarabağ və üstündə də yeddi rayion, Gürcünstana neft, qaz və Heydər babanını heykəlini, Rusiyaya iki milyon qastarbayter, Avropa diplomatiyasına tonlarla qara kürü verib!
Ah. Vətən!
Palçıq, yağış, qarğış, anaşa, bıçaqlaşma…
Bəy tərifi, qeybət, rüşvət, molla kəbini…
Əliyevlər Paşayevlər, Heydərovlar, Mehriban xanım, Mehriban xanıma ərizə…
Borc, kredit, faiz, infarkt, insult, türmə…
Qaçqınlar, köçkünlər, kefxanalar, hamamxanalar, yavaxanalar, Bayraq meydanı…
Heç bir ölkədə Allahın adı Azərbaycanda olduğu qədər çəkilmir. Bir gündə azərbaycanlıların neçə dəfə “Allah” dediyini saya bilən kompüteri hələ yahudilər və xaçpərəstlər yarada bilməyiblər, çünki qeyrətləri yoxdur…
İndi bu yazını oxuyan hər millət övladı deyəcək: “Mirzə Əlil, Allah sənin…”
Ah, Vətən!
Muğamat, bulvar, baobab, Aygün Kazımova…
Aşura, şor, dərd, göz yaşları…
Bayramınız mübarək…
Mirzə Əlil
17.11. 2013 Samara
Səhər çağı. İlham Əliyevin evi. Prezident səhər yeməyinə girişmək istəyəndə birdən duruxur və nökərə deyir:
-Mən stolun üstündə “Azadlıq” qəzetini görmürəm! Bəs bilmrsiniz mən “Azadlığı” oxumayanda çörək boğazıma getmir?
Nökər üçqat əyilərək deyir:
— Zat-aliləri, “Azadlq” bu gün çıxmayıb…
— Onda “Yeni müsavat”ı gətirin, birtəhər çörəyimi yeyim.
Nökər yarıuzanılı vəziyyət alır:
— Zat-aliləri, “Müsavat” da çıxmayıb, deyəsən pulları yoxdur…
Zat-aliləri, Elşad Abdullayevin təzə videosu var, bəlkə qoşum?
— Qoş, yoxsa kürü boğzımdan keçmir. Avropalılar düz deyirlər ki, kürünkü demokratiyadır…
Prezident seçkilərinin nəticəsiylə bağlı Azərbaycan xalqına müraciətində Barak Obama ümidsizlyə uğramamağa çağırır. ABŞ prezidenti yazır: “Amerikada hələ dünənəcən qaradərililər qul idilər. Azadlıq gec-tez yetişir, azərbaycanlıların da bir gün azadlığa çıxacağına inanıram”.
Azərbaycan kişilərinin motal papaq, başlıq, çalma, rus kepkası qoyan vaxtları olub. Amma Əliyevlər gələndən kişilərin çoxu başında qapaz gəzdirir və başı qapazlıların sayı get-gedə azalmır, artır…
Müsəlman ölkələrinin çoxunda, əlbəttə, opera yoxdur, balet yoxdur, sirk yoxdur. Ancaq bundan da yaxşı keflər var. Məsələn, arvadların daşaqalaq edilməyi. Arvadı qurşağacan basdırırlar torpağa, sonra tamaşaya yığılmış kişilərin hər biri ovuclarını çınqıl daşla doldurub başlayırlar arvadı daşlamağa… “Vur-çatlasın” dədə-babamız buna deyib…
Azərbaycan əhaləsi bu kefdən mərhumdur, ancaq millətdə baleti, sirki bu keflə əvəz etmək istəyənlər çoxdur. Hələlik isə daşaqalaqla Azərbaycanın ən böyük müsəlmanı məşğuldur – Allahşükür Paşazadə, deyilənlərə görə, ölkəni daşla basdırıb…
Bəzən deyirlər Azərbaycanda kişi yoxdur (bunu deyənlər, əlbəttə, başlarından yekə qələt eləyirlər), ancaq əslində Azərbaycanda arvad yoxdur, inanmayan Azərbaycanın yeni hökumətinin tərkibinə baxsın,elə bil qey klub üzvlərinin siyahısıdır…