Архив тегов | İlham Əliyev

GÖZZƏL BİRLİK…

İlham Əliyev deyib ki, “hökumətlə xalq birdir”. Bu, doğrudan da belədir. Başqa ölkələrdə hökumət qazancı xalqla bölür, hərə öz pyına düşəni götürür, yəni ortada etibar yoxdur. Ancaq Azərbaycan hökuməti satdığı neftin pulunu xalqa təklif edəndə xalq deyir:

-Yox, yox, biz pulu neynirik, alıb itirərik, oğurladarıq, ya da səfeh-səfeh şeylərə xərclərik, bizim puk saxlamağa ağlımız çatmaz, elə özünüz saxlayın, xərcləyin, biz birik, aramızda siz-biz söhbəti ola bilməz…

Hökumətdə də pul o qədər çoxalır ki, axırda üşaqlarının əlinə verirlər: “xalq götürmür, aparın oynadın” deyirlər…

Hökumət uşaqları da pulu götürüb qaça-qaça gedirlər başqa ölkələrə, başlayırlar oynamağa, oynatmağa…

İngilislər, fransızlar, almanlar bizim xalqın hökumətlə birliyini görüb məəttəl qalırlar. “Gözzəl hökumət, gözzəl xalq!” deyib ah çəkirlər…

ƏS, EY KÜLƏK!…

İlham Əliyev deyib ki, tezliklə Stepanakertdə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Prezident deyib ki, hər şey hazırdır, bircə küləyin əsməyini gözləyir. Külək də ki iyirnmi ildən çoxdur Dağlıq Qarabağda əsmir. Küləksiz də bayrağın nə ləyaqəti…

İLQAR MƏMMƏDOV SAĞDIR VƏ HƏBSDƏDİR!

Ilham əliyev Brüsseldə deyib ki, “siyasi rəqiblərimdən heç biri həbsdə deyil”.

Bəlkə tabeliyinndəki adamlar prezidentə yanlış məlumat verirlər? Məsələn, deyirlər ki, İlqar Məmmədov azad edilib. Ya da deyirlər ki, türmə xəstəxanasında ölüb…

 

TORPAQ QOVĞASI

Jurnalist: Rüstəm müəllim, prezident seçilsəniz, fəaliyyyətinizi nədən başlayaaqsız?

R. İbrahimbəyov: Fəalliyətimi başlayacam torpaqları qaytarmaqdan.

Jurnalist: Qarabağı, ya Qarabağ ətrafındakı rayonları?

R. İbrahimbəyov: A bala, nə Qarabağ, nə ətrafı? Mən öz torpaqlarımı deyirəm, Bakıda əlimdən alınan torpaqları deyirəm!…

DƏYƏNƏK ƏHVALATI

Azərbaycan polisləri möhtərəm prezident İlham Əliyevə şikayət yazıblar ki, polis dəyənəklərini onlara 5 manata satırlar. Çox polisin rezin dəyənəyi almağa gücü çatmır, ona görə də ağacdan kəsib düzəldirlər. Bəzi polislər dəyənəyi söyüddən, bəziləri heyvadan, bəziləri palıddan kəsirlər. Talış polislər dəyənəyi dəmirağacından düzəldirlər, çünkü cənub bölgəsinə gəlməyə cəhd edən müxalifətçiləri ancaq dəmirağacıyla vurub qaytarmaq mümkündür. Salyanda ağac-uğac az olduğundan Salyan polisləri dəyənəyi yulğundan düzəldirlər, sınan şey deyil, müsavatçı bu cür dəyənəyi uzaqdan görən kimi oriyentasiyasını dəyişir, “YAP”a keçir. Bəzi Salyan polisləri dəyənək əvəzinə bıçaq gəzdirirlər. Naxçıvanda zoğal ağacından dəyənək yaman dəbdədir, çünki Xudayar bəyin zamanından bilirik ki, zoğal dəyənəyinin misli-bərabəri yoxdur, bir insana bir dəfə vuran ki, bağırtısı ya İrandan, ya Türkiyədən, ya da Rusiyadan gəlir. Ancaq zoğal dəyənəyi hər polisdə olmur, komandirlərdə olur, sadə polislər dəyənəyi ərik ağacından düzəldirlər…

Belə-belə işlər… 

Mirzə ƏLİL

AZƏRBAYCAN 90 İLLİYƏ HAZIRLAŞIR

İsrail prezidenti Şimon Peresin 90 illiyi təntənə ilə geyd olunur. Azərbaycan prezidenti İlham Əliyevin 90 illiyi 2051-ci ildə keçiriləcək.

O BƏYOV OLMASIN, BU BƏYOV OLSUN

Minlərlə azərbaycnlı “Toğrul Nərimanbəyovun harda basdırmağınl istərdiniz: Bakıda ya Parisdə?” sualına “Əlbəttə, Bakıda!” cavabını veriblər.

Prezident İlham Əliyev də “Əlbəttə, Bakıda” cavabını verib, ancaq əlavə edib ki, Nərimanbəyovun yox, İbrahimbəyovun basdırılmağını istərdi.

 

 

ÖZ MALLARI KİMİ

Azərbaycan hökumətinin nümayəndəsi Bakının Erməbistana qaz satacağı barədə xəbəri təkzib edib. Hökumət rəsmisi deyib: “Bizim ermənilərə qaz satmağımız ayıb olar. Onlarla iyimi ildən çoxdur ki, bir evli kimiyik. Nə qədər qaz istəsələr – peşkəşdir!”

BAĞIŞLANMIŞ ŞEYİN NƏYİNİ BAĞIŞLAYACAQLAR?

İlham Əliyev deyib ki, müxalifət Dağlıq Qarabağı ermənilərə bağışlamaq istəyir. Möhtərəm prezidentin sözlərinə, əlbəttə şübhə eləmək olmaz. Ancaq şeytan məni azdırdı, zat-alilərinin dediyini yoxlamaq üçün Ermənistan prezidenti Sarqsyana zəng vurdum. Dedim kirvə, Dağlıq Qarabağı bağışlayırıq sizə. Sarqsayn qəhqəhə çəkib geldü və dedi: “Kirvə, bizdə olan şeyi sən bizə necə bağışlaya bilərsən? Sən bizə Qəbələni bağışla, Zaqatalanı bağışla, Qubanı bağışla…”

Telefonu söndürdüm. Necə deyəydim ki, o yerlər çoxdan bağışlanıb Heydərovlara, Paşayevlərə, Əliyevlərə, Məmmədovlara…

 

İLHAM ƏLİYEV KÜRD DÜNYASININ LİDERİDİR

Türkiyədə Ərdoğana qarşı çıxışlar göstərdi ki, İlham Əliyev bütün türk dünyasının yeganə lideridir. Türkiyədə çoxlu kürdün olduğunu nəzərə alsaq, deyə bilərik ki, İlham Əliyev kürd dünyasının da lideridir.