Архив тегов | İncil mövzusunda şeirlər

ALEKSEY NAVALNININ XATİRƏSİNƏ

İYUL 2023

Milyonlarla möminə ümid, təsəlli, örnək,

Tanrı oğlu sayılan, tanrı həm təcəssümü,

Diz çökür qabağında, zəngin olsun ya miskin,

Metal ya ağacdakı surətini öpərək.

 +

Sən bəşər övladının xilasına gəlmisən,
Şərdən çəkindirmisən cəhənnəm hədəsiylə,

Günahsiz olduğunu vali bilsə də belə,
Canilərlə yanaşı çarmıxa çəkilmisən.

 +

Peyğəmbərsən kiməsə, kiməsə tanrı, Cənab!

Yerdəki həyatında çəkdiyin əzabları,
Bilən gərək şükr edə, nə qədər duya ağrı,

Xeyli sual var ancaq, heç birinə yox cavab.

 +

Bildinmi aclıq  nədir? Bilmədin. Beş çörəklə,
Beş mindən çox insanı yedirtdin, özün yedin.

Yorulsan, dincəlirdin, çəkilirdi keşiyin,
Çoxdu yumağa hazır ayaqlarını belə.

 +

Bildinmi şaxta nədir qırx ya əlli dərəcə,
Yarısoyunuq ya lüt beton döşəmə üstdə,

Keçirəsən həftəni həftə dalınca xəstə,

Bütün günlərin ola sona yetməyən gecə.

 +

Cənab, odu var ancaq sən deyən cəhənnəmin,
Niyə qaçıb şimallar Tanrının nəzərindən?

İndiki müstəbidlər, tanrı iddialılar,

Yaradan cəhənnəmin zülmü daha da zəngin.

 +

Tanrı oğlu! Səfəri salma daha təxirə,
İki min ildən artıq uzandı bu intizar,

Bu dəfə istidən yox, şimaldan yolunu sal,
Onda bəşər çəkəni bəlkə atan da görə…

 

17. 02. 2024, Samara

REDYARD KİPLİNQ. HOMER

Homer rübabını dindirən zaman
Həndəvərdəkilər deyərdi nəğmə.

Eşitdiklərində maraqlı olan,

Nə var, götürərdi – mən də eləyəm.

Həm bazar qızları, balıqçılar həm,
Çoban, dənizçi də – eşidirdilər,

Çoxdankı nnəğmələr dinir təzədən,

Ancaq dinmirdilər – eləcə siz də!

Bilirdi xalq bilir oğurluğunu,
Küy salan yox idi hamı bilsə də,

Ancaq göz vururdu görsə kimi onu,
O da göz vururdu – eləcə biz də.

ingiliscədən tərcümə

05.11. 2021, Samara

=============================

RUDYARD KİPLİNG

OMER

When ‘Omer smote ‘is bloomin’ lyre,

  He’d ‘eard men sing by land an’ sea;

An’ what he thought ‘e might require,

  ‘E went an’ took — the same as me! Читать далее