Архив тегов | manatın devalvasiyası
AZƏRBAYCANDA NARAZI KİŞİLƏRDİR, ARVADLAR YOX
İnternetdə Azərbaycandakı etiraz aksiyalarında çəkilmiş şəkillərə baxıram. Bilmirəm qərbədir ya qəribə deyil, ancaq bu aksiyalarda qadın görünmür. Belə çıxır ki, ölkədə narazı olanlar ancaq kişilərdir. Yadımdadır ki, bir arvad möhtərəm prezidentə demişdi: “Allah səni üstümüzdən götürməsin”. İndi arvadlar güzəranlarından razı, oturublar evdə, kişilər aranı qarışdırırlar, düşmənlərin dəyirmanına su tökürlər. Ortaya sual çıxır: bu kişiləri yığıb dama salmağın vaxtı deyilmi?
«KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR…»
В ГОД ОБЕЗЬЯНЫ ЛУЧШЕ ПОЕТСЯ ПЕСНЯ ПРО ЗАЙЦЕВ…
OPERETTA: «NEFT VƏ DİLƏNÇİLƏR SƏLTƏNƏTİNDƏ»
ŞEFİ QARDAŞ…
MƏŞƏDİ, BEŞ MİNİ DOLLARLA GƏRƏK VERƏSƏN…
—- Məşədi, mən səninlə qohumluğu özümə şərəf bilirəm… Ancaq pulu səndən dollarla alacam.
- A kişi, a Rüstəm bəy, biz axı beş min manata danışmışdıq.
- Məşədi, mən nə biləydim manatın başına kül olacaq? Beş min dollar! Bir sent də aşağı düşmərəm. Özün bilirsən ki, qıza namizəd çoxdur.
- A Rüstəm bəy, axı bu qədər dolları bang mənə satmayacaq.
- Məşədi, Elman bizim adamdır, əmiuşağıyıq, get denən Gülnaz xanımın adaxılsısan, nə qədər istəsən, dəyişəcək
AZƏRBAYCAN XALQI ÇOXDAN GÖZƏL DƏRMANLAR İSTEHSAL EDİR
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, Azərbaycanda dərman istehsal edəm müəssisələr tikiləcək.
Demək lazımdır ki, Azərbaycanda belə müəssisələr olmasa da, xalqımız əsrlərdən bəri ev şəraitində gözəl dərmanlar istehsal edir. Özü də vu dərmanlar həm uşağa, həm böyüyə düşür. Bu dərmanlar olmasaydı, Azərbaycan xalqı qırılıb yer üzndən silinərdi.
Bəzi Azərbaycan dərmanlarının adları:
ZƏHRMAR!
ÇOR!
ÖL!
CANIN DA ÇIXSIN!
BU DA AZDIR!
ELƏ BU AZARLA GEDƏSƏN!
ÜRƏYİNƏ OX!
SƏNİ ELƏ BU QIZDIRMA APARSIN!
Dərmanlar çoxdur. Onların adlarını yığıb kitab buraxmaq, sonra da xarici dillərə tərcümə eləmək lazımdır.






