Архив тегов | Mehriban xanım

DAĞIN-DAŞIN ÇATLASIN, ŞUŞA, BAĞRIMIZ ÇATLADI…

УСУБОВ 1.jpg

Şuşalı daxili işlər naziri Ramil Usubov oğlu Emili çağırıb deyir:

  • Oğul, istəyirəm səni bir məsul işə təyin edim.

Emilin rəngi qaçır:

  • Papa, məni Şuşaya ermənilərin üstünə göndərmək istəyirsən? Papa, mən gedə bilmərəm, mən qripəm, mama bilir.
  • A bala, başın xarab olub? Səni erməniləri üstünə niyə göndərirəm? Ermənilər özləri bu gün-sabah bura olacaqlar…Səni istintaq idarəsinin rəisi qoyuram. Mamanı qoymaq istəyirdim, razı olmadı, deyir mən də vitse-prezident olmaq istəyirəm…

Mirzə Əlil

AZƏRBAYCANLININ ŞİKAYƏT ƏRİZƏSİ

ŞİKAYƏT ƏRİZƏSİ

KİMDƏN – Vətəndaşdan

NƏDƏN – Həyatdan

KİMƏ – Mehribam xanıma

SÜRƏTİ: 1. Nərguz xaıma 2. Leyla xanıma 3. Arzu xanıma 4. Kiçik Heydərə

P.S. Bir surəti də çatdırılsın Kəmaləddin Heydərova ki, bu şikayətimə qəmli bir mahnı yazsın.

ƏZİZ MEHRİBAN XANIM, TƏZƏK YOLLA, YANDIRIM…

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun qaz olmayan kəndlərdə təzəkdən istifadə etmək barədə müdrik  təklifi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. İndi vətəndaşlar Mehriban xanıma yazdıqları məktublarda qaz yox, təzək istəyirlər.

ƏLİYEVLƏRİN RƏSULZADƏYƏ TÖHFƏSİ

Prezident İlham Əliyev Məmmədəmin Rəsulzadənin 130 illiyi şərəfinə əvvəlcə bütün ölkədə atəşfəşanlıq keçirmək istəyib. Mehriban xanım deyib ki, camaat atəşfəşanlığı ayda bir dəfə görür. Gəl qar yağdıraq.

İlhaç Əliyev Mehriban xanımın təklifini bəyənib. Ər-arvad başlayıblar qar yağdırmağa. Əliyevlərin Rəsulzadəyə sevgiləri o qədər böyükdür ki, qar indiyəcən yağır. Millət Mehriban xanımdan çox razıdır… Müxaliətçilər qardan Rəsulzadənin yüzlərlə heykəlini düzəldiblər…

 

SAAKYAN BİRİNCİ XANIMI DƏSTƏKLƏYİB

nar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib ki, “Azərbaycanda yaşamaq ən böyük xoşbəxtlikdir”.  Bako Saakyan Qarabağda və ətraf yeddi rayonda yaşayan ermənilər adından dərhal bu sözlərin tamamilə doğru olduğunu bildirib. Saakyan deyib: «Çox xoşbəxtik. Kefimiz kökdür».

HƏFTƏ SƏKKİZ, MƏN DOQQUZ…

Aparıcı:

—         Görək dəyərli Ağaxan müəllim ifaçını necə qiymətləndirir.

Ağaxan Abdullayev:

—         Əvvəla mən Mehriban xanıma çox sağ ol demək istəyirəm, ona görə ki, mən bu papağı başımda Mehriban xanımın sayəsində gəzdirirəm…Allah ölənlərüvüzə rəhmət eləsin, mənim rəhmətlik qaynanam diyərdi ki… Əlibaba müəllimin yadında olar…

Əlibaba Məmmədov:

 — Tamamilə doğrudur, yaxşı yadımdadır, çox göyçək arvadıydı, ves Bakı onu tanıyırdı…

Ağaxan Abdullayev:

 -Hə, mənim rəhmətlik qaynanam mənim rahmətlik qaynatama diyərdi ki, sən niyə həftə səkkiz mən doqquz xingal istiyirsən…Ona görə də mən ifaçıya doqquz verirəm…