Архив тегов | Mirzə Əlil
AZƏRBAYCAN MANISI VƏ ŞTİRLİTSİN MAHNISI
Azərbaycanda “sünnət” toyları o qədər çoxalıb ki, fikirləşirsən bəlkə hər oğlan uşağı üzərində bu ritualı bir neçə dəfə icra edirlər…
Belə toyların biri mən avqust ayında kənddəykən yaxın qonşuluqda oldu, səhərəcən çaldılar və səhərəcən gözümü yummadım. Oxuyan da vardı, çalanlar da bir neçə nəfərdi, ancaq toyu aparan gitaraçı manıs idi. Etiraf etmək lazımdır ki, manısın yaxşı barmaqları vardı, fasiləsiz bir neçə saat ərzində çaldığına baxmayaraq xaric vurmurdu. Ancaq mən yatmaq istəyirdim, tərdən döşəyə bitişmiş halda bu həngamənin haçan bitəcəyini gözləməkdən səbrim kəsilmişdi, buna görə bu çalğı mənə heç bir kef ver vermirdi və bu toylarda çalınan havaların həvəskarı da deyiləm. Ən qəribəsi o idi ki, hər on-on beş dəqiqədən bir manıs Ştirlitsin mahnısını çalırdı. Mən filriləşirdim ki, bu yəqin rəqslər arasında musuqi pauzası kimi bir şeydir, çünki Ştirlitsin mahnisını oynamaq olmaz. Ancaq sabahkı gün qonşumuz and içdi ki, Ştirlitsin mahnısını elə oynamaq üçün çaldırırlar və çox da qəşəmg oynayırlar.
Mən çox çalışdım təsəvvür edəm ki, bu mahnını azərbaycanlı kişilər necə oynayırlar və bunu oynamaq üçün nə qədər araq içmək lazımdır. Təsəvvür edə bilmədim. Yəqin təsəvvürün özü üçün də xeyli vurmaq lazımdır, mən də ki vurmuram…
Xatırladıram ki, Ştirlitsin mahnisını erməni bəstəkar Mikael Tarıverdiyev yazıb…
Mirzə ƏLİL
Газета ОЧАГ 2014-07
Газета ОЧАГ 2014-06
AKADEMİYA YOX, PAŞADEMİYA
Əliyevin baldızı Nərgiz Paşayeva akademik olub. Bundan sonra Azərbaycan akademiyasına akademiya demək olmaz. Bu, Paşademiyadlr.
İNDİ KEÇƏL HƏMZƏLƏR TOP OYNADIRLAR…
YAZARLAR…QAPARLAR…
İndi Azərbaycan dilində mətn oxumaq xaric musiqi eşitmək kimidir – hər müəllif öz leksikasını, öz sintaksisini icad etməyə, eyni zamanda türkləri yamsılamağa çalışır.
İndi “yazıçı” “yazar” olub. Nəyə görə? “Ar” haçandan isim düzəldən şəkilçidir? Əgər “yazıçı” “yazar” olursa, “oxucu” “oxuyar” olmalıdır. Bəs “qapıçı” necə? “Qapar”?
Əslində indiki Azərbaycan “yazarlarının” çoxu elə “qapardır”. Tula kimi hökumət əlinə baxıb hərdən-birdən üstlərinə atılan tikəni “qaparlar”…
AZƏRBAYCANDA XORUZLARA KƏBİN KƏSİLƏCƏK
Azərbaycan dövlət standartlaşdırma komitəsinin sədri Ramiz Həsənov deyib ki, indən belə quşçuluq fabriklərində toyuqlar kəsilərkən mollalar dua oxuyacaq ki, millət halal ət yesin. Cənab Həsənov həmçinin bildirib ki, bundan sonra hədd-buluğa çatmış beçələrlə fərələr arasında mollalar kəbin kəsəcək və kəbin kağızı olmayan xoruzlar toyuq üzü görməyəcək.
Газета ОЧАГ 2014-05
HEYDƏR ƏLİYEV: «MƏKTƏBDƏ DONURDUQ…»
Prezident İlham Əliyevin oğlu Heydər ilk dəfə jurnalistlərə müsahibə verib.
— Məktəb yaxşı idi ya akademiya yaxşıdır?
— Məktəbdə yaxşı deyildi. Çünki qışda qızdırmırdılar. Donurduq.
— Soyuq olanda qalırdınız evdə?
— Yox, atam qoymurdu qalam. Boynumun ardına bir şapalaq vururb göndərirdi məktəbə, deyirdi xalqın uşaqlatrı necə, sən də elə.
— Dərsdən sonra nə edirsiniz?
— Dərsdən sonra qalıram akademiyada, çünki burda yemək verirlər.
— Bəs evdə niyə yemirsiniz?
— Evdə yavanlıq olmur. Atam maaşını xərcləyir qaçqınlara, köçgünlərə, yetimlərə, dustaqlara, dul arvadlara…
— Müəllimlər sizə atanıza görə hörmt edirlər?
— Yox, deyirlər biz prezident-zad saymırıq, dərsini oxu. Azərbaycanda demokratiyadır axı. Onlar ancaq anamı sayırlar…




