Архив тегов | musiqiçilər haqqında şeir

ROBERT BERNS. DAMFRİZƏ SƏFƏR ETMİŞ MAESTRO QAUYA


1.

Xoş gəldin, xoş gəldin, çalğıda ustad!

Tapılmaz Şotlandda elə əsi bard,
Nəğmələr qoşmasın sənin şəninə,

Şanlı skripkanı eşidən saat!

 2.

Bu dünya nədir ki – yorğumluq, hüzn,
Qüssə və yorğunluq, çox zaman üzür —

Bu dünya nədir ki – yorğunluq, hüzn,

Qəmlə, yorğunluqla dolu ömür-gün!

 3.

Bu, yorğunluq, hüzn dolu dünyadır,

Şimal, cənub, şərq, qərb – nə fərqi vardır?

Şikayət, etiraz etmərik ancaq,

Varsansa, skripkan dinirsə harda.

4.

Ruhani söyləsin moizəsini,

Müdrik professor desin dərsini —

Bacarmaz heç biri aça sirrini,

Stradivarinin skripasının.

5.

Ürək darıxdıran, qıcıqlandıran,

Şeylər oxusunlar onlar hər zaman.

Ömrün kabalistik tapmacasıyla,

Başları qarışsın onların hələ.

6.

Qoy özlüklərində oxusun onlar,

Kredoları da bəlkə yaranar;

Zamandır, göstər nə məharətin var,

Köklə bərabərsiz skripkanı sən.

7.

Şübhəm var, sehrkar çubuğu belə,

Qou mocüzəsi yarada bilə,

Haçan ki, şığımla kaman çəkilər,

Gələr skripkası haçan ki, dilə.

8.

Pərilər dəsdəsi gösəl rəqs edir,

Hoppanır yüngülcə, yallı da gedir,

Pərilər dəstəsi gözəl rəqs edir,
Maestro özü ortada indi.

9.

Süzür mahiranə necə də onlar,

Elə bil oynamır, at oynadırlar,

Dönürlər, irəli gah atılırlar,

Ustad skripkaya kaman vuranda.

10.

Yüngül şotland rəqsi ya qəmli hava,

Kimin qüdrəti var sənə çatmağa?

Bir çəngə tükdə gör var necə qüvvə,
Necə skripkanı gətirir dilə!

11.
Götürək lyutnanı, ya da liranı,
Yöndəmsiz, qurudur səsi onların.

Dinləyən lyutnanı ya da liranı,
Deyər ki, mənasız cəfəngiyatdır!

12.

Nə səs var lirada ya llyutyada,
Piano, fleyta ya da zurnada –

Sən həm hər birindən, həm hamısından,
Üstünsən sehrli skripkanla tək.

13.

Gözəl nəğmələri çaldığın zaman,
Tapılmaz biganə qalan bir insan.

Xatirələrindən qopan, oyanan
Səslər skripanda dönür nəğməyə.

14.

Sənə tərifini qıymayan nadan,
Bir daş parçasıdır, nə ruh var nə can.

Sənin yarın qədər əgər bir insan,
Skripka çalarsa, yaşar əbədi.

1787

ingiliscədən tərcümə

08-09. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

To Mr. Gow, Visiting Dumfries

1.

Thrice welcome, king o’ rant and reel!
Whaur is the bard to Scotia leal
Wha wadna sing o’ sic a chiel
And sic a glorious fiddle!
Читать далее