
1.
Yamyaşıl donunu Təbiət asıb,
Çiçəklənənən hər bir ağacdan indi.
Ağappaq elə bil mələfə atıb,
Otlu düzən boyu qızçiçəyindən.
Büllür bulaqları günəş güldürür,
Lacivərd göylər də sevinc içində
Fəqət zindana ki, kim gömülübdür,
Güldürər nə günəş, çiçəklər nə də.
2.
Səhəri oyadıb süzür torağay
Hələ şeh parıldar qanadlarında,
Gündüz qaratoyuq elə oxuyar,
Ucalar meşədə xoş əks-səda.
Oxuyub dincəlir mürgülü günlər,
Nəğməsi zəngindir birəbitdənin,
Xoşbəxtsən – azdadlıq, sevgi var əgər,
Köləlik deyilsə əgər qismətin.
3.
Zanbaq çiçəkləyir çay qırağında,
Açır novruzgülü yamacda, odur.
Düzəndə yemişan qönçə çağında,
Göyəmlər hələ ki, ağappaq durur.
Gəzər, tapıb yeyər nə arzularsa,
Şotland diyarında adi maralı,
Mənsə, Şotlandiya kraliçası,
Önümdə görürəm bu divarları.
4.
Mənə tabe idi gözə Fransa,
O vaxtlar necə də bəxtəvər idim.
Yuxudan durardım hər səhər asan,
Yuxuya qayğısız gecə gedərdim.
Və Şotlaniyanın sultanıyam mən,
Burda xəyantkar az deyil fəqət.
Taleyim asılı yadellilərdən,
Mənim əzablarım çəyin ki, bitə.
5.
Ey məkrli qadın, indi qulaq as,
Mənə həm bacısan, həm də ki, düşmən.
Hələ qılıncını itilər qisas,
Deşər ürəyini tiyəsi hökmən!
Yəqin ömür boyu bilməmisən sən,
Qan qadın döşündə necə hönkürər.
Mərhəmətli qadın baxışı bəzən,
Yaraya məlhəm tək damcılar tökər.
6.
Oğul! Oğul! Nəcib ulduzlar yəqin,
Sənin taleyinə işıq saçacaq.
Qızıl tək parlasın hakimiyyətin,
Əfsus, parlamadı mənimki ancaq.
Tanrı hifz eləsin düşmənlərimdən,
Salsın qəlblərinə ya da ki, şəfqət.
Harda förüşsən dostlarımla sən,
Onlara həmişə məni xatırlat!
7.
Ah, oğul! Tezliklə görmərəm yəqin
Necə güməş doğur, açılır səhər.
Necə sığalıyla payız yelinin,
Qızıl qarğıdalı zəmisi titrər.
Ölümün indi dar mənzilindəyəm,
Qoy aşsın hiddəti həddini qışın,
Yaz gələr, çiçəklə bəzənər aləm,
Qəbrimin üstdə də qoy onlar açsın.
ingiliscədən tərcümə
04-05. 06. 2024, Samara
QEYD: Bu tərcüməni iyunun 4-də başladım, 5-də bitirdim. İyunun 6-da bloqa qoyacaqdım. Gecə saat təxminən 2-də evdə yanğın başladı, bircə pasportumu götürüb qaçdım… Kömpüter məhv oldu, ancaq bərk diski soydaşımız Quliyev Anar Elxan oğlu bərpa edə bildi — ona dərin minnətdarlığımı bildirirəm.
ROBERT BURNS
Lament On Mary Queen Of Scots
1.
Now Nature hangs her mantle green
On every blooming tree,
And spreads her sheets o’ daisies white
Out o’er the grassy lea;
Now Phoebus cheers the crystal streams,
And glads the azure skies:
But nought can glad the weary wight
That fast in durance lies. Читать далее




