Архив тегов | qəriblik haqqında şeirlər

ROBERT BERNS. AĞLAR QULUN NƏĞMƏSİ

Robert Burns

Məni qul eləyərək doğma Seneqalımda
Düşmənlər gətirdilər Virciniyaya, aman;

Sevimli sahilimdən biryolluq qoparıldım,
Əfsus! Necə yorğunam! Üzülmüşəm nə yaman!
Doğma elimdən indi mən çox uzaqlardayam,
Sevimli sahilimi görmərəm mən heç zaman!

 +

Sevimli doğma yurdda nə şaxta var, nə də qar,
Virciniya-ciniya üşüdür iliyəcən.

Solmur orda çiçəklər, qurumur orda çaylar,

Əfsus! Necə yorğunam, necə üzülmüşəm mən!

Aman! Aman! İl boyu çiçəklər orda yaşıl,
Seneqalımdan ötrü axır gözümün yaşı!

 +

Çəkəm gərək  bu yükü; məni gözlər, qorxuram,

Virciniya-ciniya elində fəlakət, ah!

Dostları yada salıb acı yaş axıdıram,

Üzülmüşəm, öldürər məni belə şiddət ah!

Xəbər tuta dostlarım, aman, mənim halımdan,
Düşmənlər ayrı saldı doğma Seneqalımdan!

 1792

ingiliscədən tərcümə

14. 05. 2024, Samara

QEYD:

Bu şeir şotland xalq nəğmələri janrında yazılıb, altımisralıq bəndlərin son beytləri refrendir, yəni təkrar edilən nəqəratdır. Azərbaycnlı oxucu üçün belə təkrarların yöndəmsiz görünəcəyini nəzərə alıb onları kontekstlə bağlı orijinal misralarla əvəz elədim. Bernsin orijinalı qafiyəsizdir. Mən nəğməni qafiyəli tərcümə elədim və düşünürəm ki, Azərbaycan dilində mətn yzxşı səslənir – X. X.

+++++++++++++

Robert BURNS

The Slave’s Lament

 

It was in sweet Senegal that my foes did me enthrall

For the lands of Virginia-ginia O;

Torn from that lovely shore, and must never see it more,

And alas! I am weary, weary O!

Torn from that lovely shore, and must never see it more;

And alas! I am weary, weary O! Читать далее

HENRİX HEYNE. ÖLÜM AYAĞINDA

Xoşbəxtlik və günəş dalınca getdi,
Geri qayıdanda əfəl və lütdü.

Alman inamını əyin-başı tək,
Dağıtdı, qürbətdə ömür sürərək.

Ölüm rəngi gəlib üzünə sənin,
Artıq evindəsən, unut qüssəni.

İsti bir ocağın qırağındasan,
Yerin əgər alman torpağıdırsa.

Qürbətdə ayaqdan düşənlər də var,

Dönmür ata yurda bir daha onlar.

Elə uzanıqlı qalır qolları,

Özü bağışlasın onları  Tanrı.

almancadan tərcümə

14.01. 2022, Samara

=============

Heinrich Heyne

Sterbende

Flogest aus nach Sonn’ und Glück,
Nackt und schlecht kommst du zurück.
Deutsche Treue, deutsche Hemde,
Die verschleißt man in der Fremde.

Siehst sehr sterbebläßlich aus,

Doch getrost, du bist zu Haus.
Warm wie an dem Flackerherde
Liegt man in der deutschen Erde.

Mancher leider wurde lahm

Und nicht mehr nach Hause kam –
Streckt verlangend aus die Arme,
Daß der Herr sich sein erbarme

“OTUZ BEŞ İL OLDU BURA GƏLDİYİM…”

Otuz beş il oldu bura gəldiyim,

Şəhərə yağırdı… şıdırğı, soyuq.

Gecə aeroport cəhənnəm idi,
Qarşılayan da yox, gözləyən də yox…

=

Şəhər yöndəmsizdi – özü, həm adı,

Söyürdü elə bil “Kuybışev” deyən,
Bu adı beş il də daşıyacaqdı,
Öz adı dönüncə geri yenidən.

=

Dolandım qıraqda otuz beş ili,
Şəhər də heç mənə gəlmədi yaxın.

Tabordan qovulan qaraçı bilir
Bəlkə də… bilmir ki, nədir günahım…

=

Məni bu şəhərə gətirən uçar,

Şığıyıb dalımca gələn deyildir.
Şəhərə yenə də şıdırğı  yağar,
Açılmır ürəyim  otuz beş ildir…

23.09. 2020, Samara

АЭРОПОРТ С ЮСИФОМ 2