Sənətdə adlar necə yaranır?
Homer, Dante, Firdovsi, Şekspir, Füzuli, Sabir kimi adları, əlbəttə, onların fövqəladə talantı yaradıb. Ancaq sənətdə, ilk növbədə mən ədəbiyyatı nəzərdə tuturam, talantlı olduqları ciddi şübhə doğuran şəxslərin də adları əbədiləşir, yazdıqları mədəniyyət, mənəviyyat faktına və faktoruna çevrilir.
Əhməd Cavad bir ad kimi necə yaranıb, bu adam kitab oxumayan, şeir kimi yalnız tamadaların oxuduqları mətnləri tanıyan kütlənin nəzərində necə avtoritet qazanıb? Yazdıqlarının bədii keyfiyyətləri bir yana, Əhməd Cavadın heç yazı savadı da olmayıb!
Bunun kompleks səbəbləri var. Bunlardan biri Əhməd Cavadın sovet hökuməti tərəfindən edamıdır. Yəni şəxsi taleyinin faciəviliyi onun adı ətrafında aura yaradıb. Şairi siyasi rejim niyə öldürür? Əlbəttə, şeirlərinə görə — bu mülahizə ilə irtica qurbanının yazdıqları əslində onlarda olmayan keyfiyyət kəsb edir. Digər tərəfdən bütün irtica qurbanlarına kütlə nəzərində rejim əleyhdarına çevrilirlər – axı rejim onu dəstəkləyənləri niyə öldürsün. Öldürürsə, deməli, düşmənini, onun derilməyini istəyəni öldürür.
Məsələ burasındadır ki, Stalin və onun Bağırov kimi vassallarının öldürdüyü on minlərin, yüz minlərin içində antisovetçilər çox az olublar. Kütləvi repressiyyalarda məqsəd əhalidə qorxu psixozu yaratmaq, sovet diktaturasına tam, danışıqsız loyallığı təmin etmək olub. İqtisadiyyatı planlı olan, mismardan tutmuş coraba qədər hər şeyi planlaşdırılmış sayda istehsal edən SSRİdə repressiyalar da planlı olub – məsələn, Grcüstandən əlli min xalq düşməni çıxmalıdır, Azərbaycandan, deyək ki, səksən ya yüz min, Ukraynadan iki-üç milyon, Rusiyadan daha çox. Kimə “xalq düşməni” damğasının vurulmğı artıq hüquqi məsələ olmayıb. Vətəndaşlar özləri həvəslə “donos” yazıb bir-birlərini tutdurublar.
Beriya (guya) deyirmiş: “Bıl bı çelovek, delo naydyotsya…” Yəni adamı bizə nişan verin, ona cinayət işini özümüz taparıq…
Əhməd Cavad, şübhəsis ki, şura hökumətinə loyal adam idi. O, hər rejimə uyğunlaşan, yüksək adaptasiya qabiliyyətli karyerist olub. Həm də buqələmun kimi cildini dəyişə bilib. İyirminci əsrin onuncu illərində türkçülük küləyi əsəndə burnunu o səmtə tutub, təsadüfən Azərbaycan dövləti yarananda qollarını çırmalayıb başlayıb tərifə. Bolşeviklər gələn kimi olub sovet şairi. Təsəvvür edin ki, bu kəmsavad insan professor rütbəsi ilə ali məktəbdə dərs eyib.
Ancaq bu adamı tutdurublar, güllələyiblər!
İndi Səməd Vurğunda, Rəsul Rzada, Süleyman Rüstəmdə və Yazıçıların İt Tifaqındakı başqa ünsürlərdə olan siyasi intriqa ustalığını, ölüm-dirim “kim-kimi” mübarizəsindəki fövqəladə çevikliyi, məharəti təsəvvün edin. Onlar Əhməd Cavad kimi rejim loyalını və hətta sadiq nökərini xalq düşməni kimi qələmə verib güllələtdirə biliblər!
Əhməd Cavad, əlbəttə, günahsız güllələnib. Ancaq öz günahsız ölümüylə bir tərəfdən öz cızmaqaralarına “əsər” statusu, özünə “böyük şair” statusu qazandırıb, digər tərəfdən bizim üçün problem yaradıb. Əhməd Cavadın mətnlərinin nəinki keyfiyyətsiz, hətta antiestetik olduğunu kütləyə anlatmaq çətindir. Təəssüf ki, bu gün Azərbaycan təhsilinə rəhbətlik, Azərbaycanda humanitar mədəniyyət proyektini həyata keçirənlərin elə özü sözün ən neqativ mənasında kütlədir. Və təəəssüflə deməliyəm ki, biz hələ uzun illər, ölkədə humanitar təhsilin, humanitar mədəniyyətin səviyyəsi son dərəcə aşağı olduqca, yüzlərlə, minlərlə cəfəng mətnin girinci olacağıq. Beə mətnlərlə Azərbaycan ədəbi dilini öyrənimiş yazıçılar, aktyorlar, idman şərhçiləri öz nitqləri ilə az-çox dil zövqü oalan adamları dəhşətə gətirəcəklər…
Bir rus lətifəsi var. Pikant lətiədir, qaçdı-qovdu məsələsi var, ona görə son ifadəsini xatırladıram: Çatmasam da, qızınaram…
Ona görə də Azərbaycan şairlərinin çoxunun şeirlərini yumoristik, satirik mətn kimi oxuyun. Qarnınız ağrıyanacan güləcəksiniz. Sərhədlərin bağlı qalıb adamlarımızda depressiya yaratdığı bir vaxtda gülüş çox vacibdir…
İndi də Əhməd Cavadın bir şeirinə baxaq.
“Səhər zamanıydı əsərkən yellər”
Əməd Cavand tərsavand yazıb, izahı belədir: “Səhər yel əsirdi”.
Bizdə bir köpəkoğlu deyirmi “küləklər əsir”, “yellər əsir”? Yox, hamı deyir ki, “külək əsir”, “yel əsir”.
“Düşərkən jalələr oyatdı səni”
“Jalə” farscadır, şeh, şeh damlaları. “Şeh”i biz cəm hada işlədirik?
Şeh necə düşür? Şehin düşməyi gözlə görünmür, onda qalmış şehin gilələri adam oyada, Şeh dolu-zaddır?
“Çatıldı qaşların, darıldın bana.”
“Darıldın bana” – yəni şehin oyatdığı xanım şairə qaşqabaq eləyib? Şehi şair yaradıb? O xanım harda yatıbmış, ki, şehdən oyanıb?
“Bütün bir səhəri yanılıyordum…”
Mən bilirdim şair keçəcək osmanl dilinə. Ürəyimə danmşdı… “Yanılıyordum”.
Niyə şair “yanılıyordu”? Hansı məsələdə yanılıyormuş? Tənlik həllində? Pul sayanda?
“Boş qalmış qoynuna çiçək doldurdum.”
Burda gərək 18 plyus qoyula. “Qoynuna” kimin? Şehin oyatdığı xanımın? Xanımın qoynu niyə boş qalmışdır. Xanımın qoynunda nə olmalıdır – bunu uşaq da bilir. Ancaq niyə qoyun birdən boş qalır. Və şair xanımın qoynuna çiçəyi necə doldurur?
“Gülzarına Quran deyə əl vurdum…”
Xanımın gülzarı oun nəyidir ya harasıdır? Üzü? Alnı?
“Inanmadın niyə, bilmədin yəni?”
Xanım nəyə inanmalı, nəyi bilməliydi?
“And içdim ki, könlüm sənsiz yaşamaz”.
Aha! And içib ki, könlü yaşamaz. Yəqin xanıçsız yaşamaz.
“Ağlar sənsiz, sınıq, o bir telli saz.”
Mən Azərbaycanın aşıqlar ordusunu şahid çağırıram: saz sınandan sonra ağlaya bilər? Sımıq sazdan hər hansı səs çıxa bilər?
“Qollarına verdin o dəm bir pərvaz…”
Xanım qollarına pərvaz verib. Özü də bir pərvaz! Yəqin uçacaq.
“Oxşadın sinənə cansız düşəni!”
Yox, xanım, deyəsən, uçmadı. Misraya diqqətlə baxaq. Xanım qollarını pərvazlayaraq və ya pərvazlanmış qollarıyla (bu necə olur?) kimi isə oxşayr, yəni kiməsə nəvaziş göstərir. Kimə? “Sinəsinə cansız düşəni”. Yəni şairi. Şairin könlü ölüb, özü cansız düşüb xanımın sinəsi üstünə, xanım da onun ölüsünü oxşayır.
Bəlkə şair ölməyib, özünü ölülüyə vurub?
Aha! Özünü sığallatdırmağa!
“Şimdi sənsiz xəstə könlüm sərsəri…”
Aha! Könül ölməmişmiş. Xəstələnib. Şimdi. Düşüb çöllərə. Yox, çöllərə yox:
“Dolaşıyor, durur qürbət elləri…”
Dolaşıyor… Bunu canımızı dişimizə tutub qəbul edək. Bəs “durur qürbət elləri” nə deməkdir?
“Ey məni bir dəfə güldürən pəri,
Ağlar neçin qoydun illərcə məni?”
Cəmi bir dəfə güldürüb, illərə ağlar qoyub. Məşədi İbad yaxşı demişdi: “Ey bivəfa arvad!…”
Şeir bitdi…
X.X.
22. 05. 2024, Samara
