Архив тегов | sevgi şeirləri

ANNA AXMATOVA. BACARMIRIQ AXI VİDALAŞMAĞI

AKHMATOVA

Bacarmırıq axı vidsalaşmağı,

Dolaşırıq elə çiyin-çiyinə.

Artıq axşam düşür, qaranlıqlaşır,
Susuram, sən fikrə getmisən yenə.

 +

Kilsəyə girərik, ölü duası,
Görərik oxunur. Nikah və vəftiz.

Çıxarıq, baxmadan bir-birimizə,

Niyə hami kimi yaşamırıq biz?

 +

Əzik qarı üstdə qəbiristanım,

Oturub bir nəfəs dərərik ya da.

Ağacla zəngin ev şəkli cızarsan,
İkimiz yaşarıq səninlə orda.

1917

ruscadan tərcümə

24. 02. 2024, Samara

 +++++++++++++

Анна АХМАТОВА

Или сядем на снег примятый
На кладбище, легко вздохнем,
И ты палкой чертишь палаты,
Где мы будем всегда вдвоем.
Читать далее

ANNA AXMATOVA. QONAQ

      

AKHMATOVA

 Yemək otağının pəncərəsinə
Çırpılır əvvəlki kimi xırda qar.

Və mənim özümdə yox təzə heç nə,
Ancaq yanımasa gələn qonaq var.

 +

Soruşdum mən ondan: “Nə istəyirsən?”

Dedi: “Cəhənnəmdə səninlə olmaq”.

Güldüm: “Qarğıyırsan gümanımca sən,

Özünə, həm mənə fəlakət ancaq”.

 +

Sonra qaldıraraq quru əlini,

Çəkdi çiçəklərə sığal astaca:

“Söylə mənə, necə öpürlər səni,
Söylə, öpüşürsən sən özün necə”.

+

İşığı sönükmüş gözləri elə,
Mənim üzüyümdə qaldı bu zaman.

Tərpənmədi bircə əzələ belə,
Nurlu, həm də kinli üzündə bir an.
+
 

Ah, bilirəm: ona sevindirəcək,

Öyrənsə ağrıyla, ehtirasla həm

Heç nə məndən ona deyildir gərək,

Nə bir şeyim var ki, ona verməyəm.

 1914

ruscadan tərcümə

19-20.02. 2024, Samara

+++++++++++++++++

Анна АХМАТОВА

ГОСТЬ

Все как раньше: в окна столовой
Бьется мелкий метельный снег,
И сама я не стала новой,
А ко мне приходил человек.
Читать далее

ANNA AXMATOVA. «GECƏ. BİRİNCİ GÜN. İYİRMİ BİRİ…»

AKHMATOVA

Gecə. Birinci gün. İyirmi biri,

Şəhər qaranlıqda görünmür hətta.

Yəqin ki, avara insanın biri,
Uydurub sevgi var guya həyatda.

 +

Tənbəllikdən ya da darıxmamaqçın,

Buna inanaraq yaşayıb hər kəs.

Ayrılıqda qorxu, görüşdə sevinc –

Sevgi mahniları oxudur həvəs..

 +

Kimlərəsə sirlər açılır bəzən,
Sükut yataq salır, seçib onları….

Mənə aşkar oldu bu, təsadüfən,
Gəzirəm o vaxtdan sanki azarlı.

  1917

ruscadan tərcümə

14. 02. 2024, Samara

++++++++++++++++++++++++

Анна АХМАТОВА

Двадцать первое. Ночь. Понедельник.
Очертанья столицы во мгле.
Сочинил же какой-то бездельник,
Что бывает любовь на земле.
Читать далее

ANNA AXMATOVA. “NƏ KƏDƏR QALIRDI, NƏ SİRR QALIRDI…”

AKHMATOVA

 Nə kədər qalırdı, nə sirr qalırdı,

Müdrik iradəsi taleyin nə də —

Yalnız mübarizə təəssüratı

Qalırdı bizə hər görüşümüzdən.

 +

Gələcəyin anı mənim yanıma
Düşünüb səhərdən qayğılanarkən,

Zəif bir titrəyiş, sancılı amma,

Duyurdum bükülü qollarımda mən.

 +

Və əzirdim quru barmaqlarımla,

Al-əlvan örrtüyü masanın üstdə.

Yaxşı anlayırdım o zaman hələ,

Kiçikdir bizim bu dünya necə də.

 

1915

ruscadan tərcümə

12. 02. 2024, Samara

 +++++++++++

Анна АХМАТОВА

 

Не тайны и не печали,
Не мудрой воли судьбы —
Эти встречи всегда оставляли
Впечатление борьбы.

 

Я, с утра угадав минуту,
Когда ты ко мне войдешь,
Ощущала в руках согнутых
Слабо колющую дрожь.

 

И сухими пальцами мяла
Пеструю скатерть стола…
Я тогда уже понимала,
Как эта земля мала.

 

1915 г.

 

ANNA AXMATOVA. «MUSİQİ ÇALINDI BAĞDA…»

AKHMATOVA

Musiqi çalındı bağda, ifadə
Edilə bilməyən dərd ilə sanki.

Dəniz atri vardı təzə və kəskin,
Nimçədəki buzlu istridyələrdə.

 +

“Sənə sadiq dostam”, — sylədi mənə

Və mənim donuma bu an toxundu.

Təmasında fəqət əllərin indi,

Yox idi ağuşa bənzəyən heç nə.

 +

Belə sığallanar quş, pişik ya da,

Atçapan qızlara belə baxarlar

Təbəssüm narahat gözlərində var,

Kirpiklərin zərif qızılı altda,
+

Sərilən tüstünün dalında isə,

Dinir skripkalar hüznlü səslə:

“Göylərə alqışlar deyib şükr elə,

Acı sevgilinlə ilk dəfə təksən”.

1913

ruscadan tərcümə

11. 02. 2024Ş Samara

+++++++++++++

Анна АХМАТОВА

Звенела музыка в саду
Таким невыразимым горем.
Свежо и остро пахли морем
На блюде устрицы во льду.
Читать далее

ANNA AXMATOVA. “SƏNƏ İTAƏT ETMƏK? DƏLİ OLMUSAN MƏGƏR?”

AKHMATOVA

Sənin itaət etmək? Dəli olmusan məgər?

Tanrı iradəsinə yalnız itaətliyəm,

Ürəyim nə titrəyiş, nə də ki, ağrı istər,
Bir cəlladdır ər mənə, onun evisə türmə.

 +

Yaxşı baxanda ancaq.. .Özüm gəldim mən axı,

Çöldə külək qıy çəkib, dekabr doğulanda

Sənin əsirliyində işıq selləri axır,

Zülmətsə keşik çəkir pəncərənin dalında,

 +

Çırpılır üzülüncə bəd havasında qışın,

Quş da şəffaf şüşəyə beləcə bədəniylə.

Və ağ qanadlarına qan ləkələri düşür.

 +

Daha rahatam indi, bəxtəvərəm də elə,

Əlvida, mehribanım, həmişə əzizimsən.

Açmısan mən qəribə çünki öz qapını sən.

1921

Ruscadan tərcümə

  1. 02. 2024, Samara

++++++++++++++

 Анна АХМАТОВА

 Тебе покорной? Ты сошел с ума!
Покорна я одной Господней воле.
Я не хочу ни трепета, ни боли,
Мне муж — палач, а дом его — тюрьма.
Читать далее

MARİNA TSVETAYEVA. İOSİF

Saraya yollandı firon vəziri,

Boyat, kifli çörək qul qabağında.

Çırpdı gənc xanımı əyanın yerə,

Mücrünü sındırdı darıxdığından

+
Boynunu dişılədi göyərçinlərim,

Kəniz çimdikləndi – bu da qüssədən!

Alaraq ovcuna əsmər əlini,
Çəkdi xanım cavan köləni brdən.

+
— Niyə kədərliir gözlərin belə?

Şah şərabı çoxdur zirzəmilərdə.

Zavallı cavansa: yuxu yozuram,

Xidmət eləyirəm ağama həm də.

 +

— Öz xanımını da əyləndir indi!

Bürküdür, ağamız hələ uzaqda.

— O ağanın mən ki, xidmətindəyəm,

İri gözü görür harda olsa da.

 +

Keşik köpəkləri durmadan hürür,

Badam bağlarının sərindir yeli.

Çəkişən, bəhs edən səslərin küyü,

Yataq otaqğından əyanın gəlir.

 +

— Qorudum ağamın xəzinəsini,

— Xəzinə və arvad bir deyil, kölə

— Onun almazısan. Öz ağasının,
Almazına tamah kim sala bilər?

 +

İosifin bəhsi! Yaqub elə bil,
Tanrının özüylə əlbəyaxadır.

Udur – təbəssümlə — qıyı, gizlədir,

Firon arvadının cavan arvadı

 

27 avqust 1917

ruscadan tərcümə

21.12. 2023, Samara

++++++++++++

Марина Цветаева

ИОСИФ

 

Царедворец ушёл во дворец.
Раб согнулся над коркою чёрствой.
Изломала — от скуки — ларец
Молодая жена царедворца.
Читать далее

MARİNA TSVETAYEVA. «HƏLƏ YUXULURARI POZULMAZ OLAN…»

Hələ yuxuları pozulmaz olan,

Hərəkətləri də asta hələ ki,
Get Tryoxprudnı aralığına,
Əgər sevirsənsə şeirlərimi.

 +

Necə ukduzluydu, necə günəşli,

Başlandı həyatın birinci cildi.

Sənə yalvarıram – hələ gec deyil,

Gəlib evimizə baxasan indi.

 +

Tezliklə o dünya məhv olacaqdır,

Xəlvəti, gizlicə ona sal nəzər,
Durur, kəsilməyib hələ ki, palıd,
Qalır, satılmayıb evimiz hələ.

 +

Bu palıd! Altında uşaqlıq çağı,
Bütün axşamları biz keşirərdik.

Təkdi arasında akasiyaların,

Kül və gümüş rəngdə çiçəkləyərdi.

 +

Dönməz-sehrlidir bizim bu dünya,
Özün də görərsən, amma tələs sən!

Gəl Tryoxprudnı aralığına

Qəlbimin ruhunu orda görərsən

1913

ruscadan tərcümə

10.12. 2023, Samara

+++++++

Марина Цветаева

 Ты, чьи сны еще непробудны…

Ты, чьи сны ещё непробудны,
Чьи движенья ещё тихи,
В переулок сходи Трёхпрудный,
Если любишь мои стихи.
Читать далее

UİSTAN  ODEN. YUXU

auden

Gecə ötüşsə də, əzizim, hərçənd,

Yuxusu hələ də çəkilmir ancaq,
Bizi bir otağa çəkib gətirdi

Mağara tərzlidir, tavanı uca

Elə bil dəmiryol vağzalındasan

Yarıqaranlqdı, otaq doluydu,

Yan-yana düzülən çarpayılarla.

Uzaq küncdəkində biz də uzandıq.

Səssiz öpüşərək pııçıldaşırdıq,

Sənin elədiyin hər şeyə şaddım

Fərqində deyildik çarpayılarda,

Uzanan cütlərin ədavət dolu,
Gözləri bəlkə də bizə zillənib.

Qol-boyun olmuşdu cütün hər biri,

Nədənsə qüssəli, süstdülər həm də.

Ah, görəsən hansı günah qurdunun
Ya bəlkə yırtıcı, quduz şübhənin,

Keçdim caynağına beləcə mən ki,
Sən heç çəkinmədən, ayıb bilmədən,
Səndən gözlənməyən şeiyi elədin,

Açdın başqasını sevirsən daha;

Mən də, həqiranə, duydum o anda,

Arzuolunmazam və getdim ordan.

1936

ingiliscədən tərcümə

05-06.06. 2022, Samara

++++++++++++++++

W H Auden

The Dream

Dear, though the night is gone,
Its dream still haunts to-day,
That brought us to a room
Cavernous, lofty as
A railway terminus,
And crowded in that gloom
Were beds, and we in one
In a far corner lay.
Our whisper woke no clocks,
We kissed and I was glad
At everything you did,
Indifferent to those
Who sat with hostile eyes
In pairs on every bed,
Arms round each other’s necks,
Inert and vaguely sad.
What hidden worm of guilt
Or what malignant doubt
Am I the victim of,
That you, then, unabashed,
Did what I never wished,
Confessed another love;
And I, submissive, felt
Unwanted and went out.

İOSİF BRODSKİ. “İLHAM PƏRİSİ DEYİL, YOX, AĞZINA SU ALAN…”

Иосиф Бродский

İlham pərisi deyil, yox, ağzına su alan,

Şirin yuxu aparıb bahadırı çox güman.

Və mavi yaylığını arxasınca yelləyən

buxar çarxı tək çıxır sinəsi üstə birdən.

 —

Sözlər çətin ki. yenə ikiqat olub durar,

meşədəki sıraya necə dönməz odunlar.

Və balışın üzündə gözləri üz dağıdar

dağılar yumurtalar necə axıb tavada.

 —

Sənə daha istimi altı ədyalın altda

yatarkən? –Tanrı keçsin günahdan – o yataqda

balıq hava udan tək yaş dodaqlarımla mən
tapıb qamarlayırdım nə idisə sən olan.

 —

Sifətimə tikərdim dovşan qulaqları da,

səndən ötrü meşədə qurğuşun da udardım,

Çürük kötüklə dolu göldə önündə  ancaq,

elə çıxardm, mənə həsəd çəkərdi “Varyaq”.

 —

Tale beləymiş demək, yaş da ötübdür daha,

Ayıb olar ki, desəm tüküm ağarıb harda.

Damarlar uzanıbdır, dolmağa qansa çatmır,

Fikirlər əyri-üyrü qurumuş koldan artıq.

 —

Ayrılırıq səninlə, əzizim, həmişəlik.

Kağızın üzərində sadəcə bir çevrə çək.

Elə mənəm bu çevrə: heç nə yox içindəsə

Bir az baxarsan ona, sonra isə silərsən.

1980

Ruscadan tərcümə

21-22. 05. 2022, Samara

 

Qryd: Bu şeirlə İ. Brodski Leninqradda ilk böyük məhəbbəti olmuş Marianna Basmanova ilə xəyalən vidalaşır. Şeiri müəllif özü həmin il ingilis dilinə tərcümə etmiş (“It’s not that the Muse feels like clamming up”) və orijinalda adsız olan əsəri “Folk Tune” – “”xalq nəğməsi” adlandırmışdır.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ИОСИФ БРОДСКИЙ

М.Б.

     То не Муза воды набирает в рот.

     То, должно, крепкий сон молодца берет.

     И махнувшая вслед голубым платком

     наезжает на грудь паровым катком. Читать далее