Ramiz Mehdiyev deyib ki, “ordumuz vacib strateji yüksəklikləri nəzarət altına alıb” .
Aprelin 17-də Ramiz Mehdiyevin 78 yaşı tamam olacaq. Bu yaşda insanı babasil, adenoma, qəbizlik və bu cür başqa ciddi problemlər incidir. A kişi, sənin strateji yüksəkliklərlə nə işin var? Sənin yüksəkliyin alın təriylə qazandığın pullara tikdirdiyin binalardır. Sən onlara nəzarətdən danış. Yoxsa ki, nə bilim, ordu, strategiya… Bu gün bağırsağını boşalda bilmisənsə, bu sənin strategiyan, strateji qələbən…
Baxıram Ramiz Mehdiyevin bioqrafiyasına, görürəm ki, mən S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət universitetində oxuyanda bu yoldaş orda elmi kommunizmdən dərs deyib. Əslində görüşə bilərmişik. Ancaq mənim müəllimim ayrı adam olub. Adı yadımda deyil. Onların hamısının adı batsın…
Mən diplom işimi Akademiyada işləyən bir makinaçıyaça çap etdirmişəm, əslində o qadın makinaçı deyildi, hansı institutdasa işləyirdi, makinaçılıqla əlavə pul qazanırdı – səhifəsi 1 manata. Diplom müdafiəsindən sonra isə elmi kommunuzmdən dövlət imtahanı olmalıydı. O makinaçı qız işimi çap edib mənə verəndə dedi: “Yazınızdan görürüəm ki, imtahanı özünüz verəcəksiniz. Yoldaşlarınıza deyin, kim qiymət almaq istəyirsə, mənimlə danəşsın”.
Söz verdim ki, deyərəm. Ancaq heç kimə demədim. Hamı adamını çoxdan tapmışdı. Deyirdilər ki, elmi kommunizmin qiyməti 400 manatdır…
İndi Ramiz Mehdiyev kimi belə elmi kommunizm müəllimləri ölkəni nəinki kommunizm kimi parlaq gələcəkdən, ümumiyyətlə hər cür gələcəkdən mərhum edirlər…