Архив тегов | təklik haqqında

ƏVVƏLLƏR ELƏ BİL BELƏ DEYİLDİ…

20230721_135628

Şübhəli yerlərə əlini basıb,

Həkimin soruşur: “Burda ağrı var?”

Orta barmağını basır eləsi,

Deyirsən indicə dərin cırılar…

+

Biri var gücüylə sinəni vurur,
Biri ciyərini, biri qarnını,

Soruşur, ağrıyan odur ya budur,

İndi təsvir elə, deyir, ağrını…

 +

Vardır cürbəcürü həkimlərin də,
Biri təcrübəli, təzədir biri,

Alimi də olur, naşısı həm də,

Vurub əzəni var ağrıyan yeri.

 +

Ya qəlbən ya da ki, məsafə ilə,
Mənə yaxın olan xeyli adam var.

Süvər yerlərimə vururlar elə,
Naşı həkimləri yada salırlar.

 +

Elə bil əvvəllər belə deyildi,

Var idi həssaslar, qəlbi incələr,

Qalan naşılardır, yaxşılar gedib,
Biri çəkic vurar, biri iynələr.

+

Vurur, ürəyini alır hədəfə,

Zərbə alınmasa, vurur yenidən

Gözünün içinə deyir hər dəfə:

“Ağrını təsvir et mənə indi sən”…

 

19. 11. 2023, Samara

RAYNER MARİA RİLKE. PAYIZ GÜNÜ

rilke-rainer-maria (1)

Tanrım, zaman yetişdi. Bu yay yaman uzandı.

Daha kölgələrini günəş saatına sər,

Başını küləkərin burax,  gəzsin düzəndə.

Sonuncu meyvələri saxla hələ budaqda,

Bir cüt güney günüylə onlara möhlət artır,

Yetişdir, yetkinliyə payız barını çatdir,
Şirəsi qatılaşsın, versin tünd şərab dadı.

Kimin ki, evi yoxdur, daha çətin tikilə,

Kimə təklik üz vetib, ömrü keçər beləcə,

Uzun məktublar yazar, oxuyar, yatmaz gecə.

Xiyabanda gəzinər, gedər belədən-belə,

Qayğılanar ürəyi yarpaqlar töklüncə.

21 sentyabr 1921, Paris

almancanda rərcümə

02.02. 21, Samara

Herbsttag

Herr, es ist Zeit. Der Sommer war sehr groß.
Leg deinen Schatten auf die Sonnenuhren,
und auf den Fluren lass die Winde los. Читать далее