Архив тегов | türkçülük

ÖZÜNÜ OSMANLIYA OXŞATMAQ İSTƏYƏN AZƏRBAYCANLI OLUR ƏRDOĞANIN DAL AYAĞI…

Rauf_Arifoğlu.jpeg

Jurnalist Rauf Arifoğlu yazır: “Dəyərli dostlar, çoxsaylı sorular səbəbindən buradan duyurmaq məcburiyyətində qaldım”.

Cümlənin dalı var, ancaq burda kəsirəm, çünki başa düşə bilmirəm: “duyurmaq məcburiyyəti” nədir? Mən heç bundan əvvəlki ifadəni də — “sorular səbəbindən” – yaxşı başa düşmürəm. “Sorğu”, “soraq” – bunları başa düşürəm. “Soru”-ni yox. Yazırlar ki, Rauf Arifoölu kimlərisə, haranısa sorur, yəni şirə mənasında, yəni pul mənasında. Hansı nazirlərisə, hansı harınlarısa. Yəni bu “soru” o “soru”dandır?

Ən çətini “duyurmaq” məcburiyyəti”dir. Cəbhəçi olsaydı “duyurmaq zorunda” yazardı. Müsavatçı olduğuna belə yazır. Ancaq mən başa düşmürəm “duyurmaq” nədir. Mən hətta “Məşədi İbbad”da Rza bəyin nitqini başa düşürəm, bunu yox.

Sonra Arifoğlu yazır ki, “mərasim  “Tovuzdakı köyümüzdə keliriləcək”.

“Köy” – yəni kənd? Yəni doğrudan da tovuzlular kəndə “köy” deyirlər? Haçandan? Rauf Arifoğlu özünü osmanlılığa qoyandan? Atası rəhmətə gedəndən?

Mən hələ bu uzaqlıqdan tərkibində “kənd” sözü olan onlarla toponim saya bilərəm: Yenikənd, Qırmızıkənd, Qaçaqkənd, Kürkənd (camaat Keçikənd də deyir) – bunlar Salyandadır. Tərkibində “köy” olan toponim yadıma gəlmir.

Və əgər Rauf Arifoğlu “kənd” sözündə yadlıq görüb “köy” işlədirsə, onda rayonun adını niyə dəyişdirmir ?– axı “Tovuz” açıq-aşkar erməni toponiminə oxşayır, buna şübhə ola bilməz…

Və daha bir sual: Rauf Arifoğlunun atası – Allah rəhmət eləsin! – bu dildə danışırdı?

Və bu cür yazmaqla Rauf Arifoğlu özünü osmanlıya oxşatmaq istəyirsə, səhv edir. Rauf Arifoğlu bu dillə osmanlıya yox, Ərdoğanın dal qıçına oxşayır.

Osmanlıya oxşamaq istəyənin babaları gərək Konstantinopol fəth olunanda osmanlıyla çiyin-çiyinə vuruşaydı. Rauf Arifoğlunun babaları osmanlılarla çiyin-çiyinə vuruşmayıblar. Rauf Arifoğlu özü isə erməninin qabağından qaçıb oturub Bakıda, xəzinəni ya xəzinədən oğurlayanları bala-bala sorur və qondarma “Qarabağ”komandasına çəpik çalır…

Bu müsavatçılar müsavat adına nə vardısa, tapdaladılar, satdılar, yedilər. Partiya rəhbərlərinin götü “divandan” qalxmır. Qəzetlərinin rəhbəri sorur…

Dilimizə də, azyaşlılardan üzr istəyirəm, işəyir…

Yəni cəbhəçilər demişkən, bunu yazmaq zorunda qaldım…

13.09.17

KEÇƏL, KEÇƏL BANİYƏ, MİNDİ BİR MAKİNEYƏ, GETDİ HƏKİMXANİYƏ…

“Stalin gəlir maşında,

Qızıl papaq başında.

Hitler gəlir maşında,

Poxlu vedrə başında”.

Ağız ədəbiyyatının gözəl nümunəsi olan bu bənd müharibə illərində yaranıb və məlum sözə görə yazıya alınmasa da, dildən-dilə, nəsildən nəslə keçib. Aclığa və müharibədən törənmiş başqa mərhumiyyətlərə baxmayaraq azərbaycanlılar – yəqin çoxlu başqa millətlər kimi – nəinki duzlu danışmaq, hətta bunu bədii formada ifadə etmək xassələrini itirməyiblər. Читать далее

BƏSTƏKAR CAVANŞİR QULİYEVƏ: SƏN KİPRDƏ DÜDÜYÜNÜ ÇAL…

Səhv etmirəmsə, son 25 il ərzində Azərbaycanın ya 700 ya bundan da çox kəndi işğal olunub. Və 25 il ərzində presedentsiz say çoxluğuna, hərbi büdcə üstünlüyünə baxmayaraq, Azərbaycan ordusu bir kəndi də ermənilərdən geri ala bilməyib, üstəlik bu müddət ərzində yüzlərlə əsgər və zabitimiz həlak olub. Millətin belə bir faxiə və rüsvayçılıq yaşadığı vaxtda onun ziyalı və siyasətçilərinin “türkəm, yox, türk düyiləm” davasıyla məzələnmələrini görəndə xəcalətdən yerə girmək istəyirsən…

İndi də bəstəkar, 30-40 il qabaq Bethoveni və Hacıbəyovu eşitməyən qulaqlara xoş gələn bir neçə düdük mahnı yazmış Cavanşir Quliyev bu zırraxanaya qoşulub və Moderator.az saytına verdiyi müsahibədə o qədər irəli gedib ki, Azərbaycan dilini “türk dilinin şivəsi”adlandırıb.

Belə vələdəzzinalara, bastardlara nə deyəsən?

Bu adam dilimizin varlığını inkar edir. Öz başını, ailəsini soxub türklərin qoltuğunun altına, millətinin dilini, yəni millətin özünün varlığını inkar edir!

Ləzgi balasının meyidi ay yarım ermənilərdə qaldı, valideynlərinin, yaxınlarının ürəyinə dağ çəkildi, bu “türk” Cavanşir Quliyev arvad-uşağına vurub qoltuğuna, gedib oturub Kiprdə, türkçülük davası eləyir.

Bu cənab iddia edir ki, onun türklülüyünü “Nizami bağıra-bağıra ona deyir”.

Bu bastardı yıxasan yerə, deyəsən Nizaminin bir beytini orijilnalda de, yəni Nizami necə yazıbsa, elə de. Deyə bilməyəcək. Onda zoğal ağacından dəyənəyi götürəsən, harası ağrıyır, vurasan orasına.

Həmin moderator.az saytı “professor” və “şair” Vahid Əhmədin videosunu da yayıb. Vahid Əhməd eniylə uzunu uyğun gəlməyən şeirdə iddia edir ki, “öləndə türk kimi öləcək”.

Baxırsan bu bastardın şəklinə, ətli-yağlı sifətinə, görürsən ki, bu adam ölsə, ancaq yeməkdən, qarınqululuqdan  öləcək…

Və bu vələdəzzinalar, “türçülüyü” saqqız edib çeynəyənlər ölkəni dağıdırlar, onun ordusunu sarsıdırlar. Çünki ermənilərlər üzbəüz səngərlərdə tərtərlilərlə, sayanlılarla, tovuzlularla, sabirabadlılarla, beyləqanlılarla çiyin-çiyinə oturanlar ankaralılar, istambullular, izmirlilər, kiprlilər yox, lerikli, astaralı talışlar, qusarlı ləzgilər, qubalı tatlardır.

Və Cavanşir özü, ailəsi vətəninin ləyəqəti uğrunda vuruşmursa, heç olmasa, vuruşanları ruhdan salmasın, Kiprdə düdüyün çalsın, ya da düdfüyünü soxsun…