Архив тегов | Vaqif Bayatlının şeirləri

PUŞKİN AQŞİN YENİSEYİN ÇIXIŞINI EŞİTSƏYDİ, DEYƏRDİ: «AY DA YENİSEY, AY DA …İN SIN»…

20230721_135628

Mənə Azərbaycan TV kanallarından birində meyxanaya həsr olunmuş müzakirənin videoyazısını atdılar. Gec olduğundan ötəri baxdın, səhəri gün eyni link  cəmi 13 dəqiqəlik fraqmenti açdı. Bir gündən az vaxt ərzində videonun niyə qısaldığını başa düşmədim. Açılan fraqmentdə yalnız Aqşin Yenisey adlı bir cənabın çıxışı var. Mənə FB-da xəbər lenti hərdənbir hansı saytdasa həmin bu cənabın məqaləsini göstərir və təkid edir ki, bu saytı başda-ayağa oxumasam da, Yenisey gərək oxuyam. Mən də bu Yeniseyin bir ya iki məqaləsini açıb baxmışam.

Əli Kərim haqqında müəllifini xatırlamadığım bir xatirə oxumuşdum. Bir gün “Azərbaycan” jurnalında Əli Kərimlə iş yoldaşı olan biri deyir ki, dünən Nazim Hikmət haqqındda oxuyub, dəhşətə gəlib, yəni o günə qədər boyük türkün türmə hyatından xəbəri yox imiş. O adam otaqdan çıxandan sonra (bizdə sözü üzə demirlər, biz utancaq xalqıq) Əli Kərim deyir: “Sabah gəlib deyəcək ki, Nazim Hikmət şair olub…”

Aqşın cənabın da məqaləsi ya məqalələri elə bir təəssür yaradır, başlayır ki, Amerikada Folkner soyadlı bir yazıçı olub, çoxlu at saxlayırmış… Və yaxud: bir fars şairi  olub, adı  Ömər Xəyyam, içki düşgünüymüş…

Yenisey təxəllüsü də çox maraqlıdır. Bir vaxt indiki Vaqif Bayatlı hələ Vaqif Cəbrayılzadə olanda türkləşmə mərhələsinə yavaş-yavaş qədəm qoyurdu, bir “şeir”ində iddia edirdi ki, Yenisey əslində Anasu deməkdir… Elə o vaxtlar ya bir az sonra Xəlil Rza tribunadan deyirmiş ki, Çukotka türk sözüdür, “çox ot olan yer” deməkdir…

Bunların və bunlara bəzər çoxlarının tükçülük canfəşanlığının bir səbəbi var: yaradıcılıq uğursuzluğu, perspektivsizliyi. Epataj təxəllüslərlə (Bayatlı Önər), epataj millətçi bəyanatlarla çıxışlarda məqsəd uğursuzluğu, dayazlığı, vecsizliyi pərdələmək, yekə, samballı görünməkdir. Ancaq bu, ayrı məsələdir…

Məqalələrində olduğu kimi Aqşin cənab məlumat verdi ki, məşhur bir ABŞ filosofu var, soyadı Vilsondur (adını yada sala bilmədi).  Tamaşaçının bu xukla nəfəsini kəsəndən sonra cənab Aqşin meyxananı “subkultura” adlandırdı və dərhal “subkultura” sözünü yəqin kamil bildiyi latıncadan bizim dilimizə tərcümə etdi. Mən cənab Aqşinin çıxışını burda təkrarlamaq istəmirəm, veriliş, bunu sonra başa düşdüm, çoxdan olub, həm də yəqin on milyon azərbaycanlının hamısı ona ən azı üç-dörd dəfə baxıb. Mən mütəfəkkir şairin əsas müddəası üzərində dayanmaq istəyirəm. Cənab Aqşin xeyli dərəcədə haqlı olaraq iddia edir ki, meyxana subkultura olmaqla keyfiyyətcə çox vaxt antikulturadır və müasir kommunikasıya vasitələri onun kütlə şüuruna, kütlə zövqünə aqressiv təzyiq və təsirini təmin edir. Yəni meyxana aludəsi ilə əsl poeziya, böyük poeziya arasında aşılmaz, adlanılmaz uçurum yaranır. Cənab Yenisey, şübhəsiz ki, özünü də əsl poeziyanı yaradanlar sırasında və birincilərdən görür.

Mənim müşahidəmə görə, Azərbaycanda ən azı bir  milyon adam özünü şair sayır, bu milyonun yüz mini isə böyük şair adına və mərtəbəsinə layiq olduğunu düşünür.

Belinski xoşbəxliyin nə olduğu barədə mülahizə yürüdəndə dəlixanada başına kağızdan tac qayırb qoymuş və özünü kral sayan dəlini misal gətirir. Bu dəli xoşbəxtdirmi? Xoşbəxtdir…

Mən  Aqşin Yeniseyin İnternetdə özünün “ən yaxşı” adlandlrdığı beş yazısını tapıb oxudum və tam məsuliyyətlə deyə bilərəm ki, onların heç biri şeir deyil. Lap Aqşin Yeniseyə İılham Əliyev  ya Azərbaycan xalqı bütüvlükdə “məliküşşüəra” adı versə də, o beş yazıda poetik, bədii sayılacaq bir misra belə yoxdur. Misra bu yazılarda ümumiyyətlə yoxdyur, ölçü də, qafiyə də yoxdur, çünki “sərbəst” şeirlərdir. Sərbəst şeiri isə mən, gizlətmirm, şarlatıanlıq sayıram. Baxın:

“Həyat, guya, nədir ki, uzaqbaşı, əməyin təkamülü.

Məbədlərin günbəzinə doldurulmuş o müqəddəs göy üzünə inanma!”

Burdakı cümlələrdə şeir sayıla biləcək bir element varmı?  Günbəzə doldurulmuş göyüzü – bu, metaforadır ya sayıqlama?

Aqşin canab özünə əziyyət vermir- formasız sənət yoxdur, estetika ilk növbədə ölçüdür – o, forma yaradıcılığı ilə özünü həlak eləmir, qafiyə axtarışları ilə dağa-daşa düşmür. Cümlələri alt-alta düzməklə sayıqlamalarını şeir kimi qələmə verir. MeydanTV-nin gənc jurnalistləri, xüsusən qızlar, gözəl danışırlar, niyə onların reportajlarını şeir adlandırmayaq?

Buna baxın:

“Qabar mənimdi, məsələn, zəhmət yox.

Heç bir yaramın sahibi özüm olmadım”.

Eynilə Vaqif Bayatlı sayıqlamalarıdır, qan qrupları eyni olan iki aferist demək olar ki, kütlə gözündə necə intellektual, müdrik, novator və hətta avanqard  görünməyin sirlərini gözəl bilir.  Ancaq bu şeirlər hamısı “Darvazamızı fələk vurubdur” səviyyəsindədir. “Kütləyə” bu cür sayıqlamaların şeir kimi sırıdılmağı meyxanaların və meyxanaçıların vura biləcəyi ziyandan çoxdur. Maraqlıdır ki, Vaqif Bayatlı kimi aferistin ya Aqşin Yeniseyin məddahları və onları yamsılayanlar daha çoxdur. Meyxana qoşmaq üçün ritm duyğusu lazımdır, ölçü-biçi lazımdır, improvizasiya qabilyyəti lazımdır. Ancaq Vaqif Bayatlının ya Aqşin Yeniseyin yazdığını hər kəs yaza bilər. “Qafqazinfo” jurnalistlərinin yazılarını belə alt-alta düzün, hamısı olacaq Aqşin Yenisey.

Aqşin Yenisey iddia edir ki, meyxananın hədəfi kütlə, yüksək poeziyanın hədəfi isə elitadır. Və özünü, əlbəttə, elitar şair sayır. Ancaq əslində onun auditoriyası meyxanaçıların auditoriyasından da kütdür, idiot yığnağıdır, yüksək səviyyəli, hazırlıqlı oxucu Katullu oxuyar, Dantei oxuyar, Mandelştamı, Odeni, Frostu, Pasternakı oxuyar. Vaqif Bayatlını ya Aqşin Yeniseyi yox.

Məşhur Maleviç adın, reputasiyanın necə möcüzələr yarada biləcəyini dahiyanə sübut edib. Kvadrat kətanı qara boyayıb cəmiyyətə təqdim edən kimi,bu «əsər» şedevr statusu qazanıb, indiyəcən milyonlara satılır və alınır, ondan dissertasiyalar yazılır, bi qara kvadratla sənətşünaslıqq doktoru olub professor adı daşıyan onlarla «alim» var. Yəni indiyəcən, özü də təkcə kütlə yox, zövq sahibi olan adamlar da, qara kvadratın yalnız qara kvadrat olduğunu etiraf etməkdən çəkinirlər, çünki Maleviçin adı onları qorxudur, iradələrini sarsıdır: əgər bunu dahi Maleviç çəkibsə, deməli nəsə var… Ancaq adı Maleviç «kvadrata» qədər doğrudan da istedadla yaradılmış, həm də  novator əsərləri ilə qazanmışdı. Vaqif Cəbrayılzadənin necə ad qazandığını bilirəm, onun kütlə zövqünü Teymurləng həmlələri ilə necə fəth etdiyinin şahidiyəm. Aqşin Yenisey kütləyə onun sayıqlamalarını böyük poeziya kimi göstərən adı necə qazanıb — bu mənim üçün sirdir. Ancaq bu adamın peşəkar aferistlərə xas bütün fəndlərə yiyələndiyi şübhə doğurmur…

Buna da baxın:

“İnsan özü nədi ki, guya?

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!

Ey mürdəşir!

İzaha ehtiyac var?

Bu sayıqlamaların poeziyaya dəxli olmadığını Aqşin çox gözəl bilir, ancaq onu da gözəl bilir ki, bir rus repçinin on beş il əvvəl dediyi kimi, «пипл хавает», yəni camaat gəvələyib aşıracaq…

Soydaşım! Şeirin nə olduğu yadından çıxıbsa, “Kəsim yastığın yanın, Yalvarım oyanınca” kimi bayatıları, Molla Pənahın qoşmalarını, Cəfər Cabbarlının “Ölkəm”, “Ana” şeirlərini yadına sal, mən hələ Füzulini, Nəsimini demirəm.

“Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə”…

Bu Aqşin Yenisey bəlkə də qırxında öyrənb sosioloq olar, siyasi filosof olar, ancaq mən onun yazılarnda şairlik görmürəm. Üstəlik bu yazılarn müəllifinin soyuqqanlı, rasional aferist olduğu aydın görünür.

Yeri gəlmişkən: cənab Yenisey iddia edr ki, Puşkin 123 min söz işlədib. Ancaq “Puşkin dilinin lüğəti”ndə Puşkinin işlətdiy sözlərin sayı  21 191 (!) dir. Sonrakı öyrənmələrə görə, Pulkunin işlətdiyi leksemlərin sayı 25 mindir.

Yenisey iddia edir ki, Puşkn rus dlilinə 2 min yeni söz gətirib. Rus puşkinçilər qətiyyətlə deyirlər ki, Puşkn rus dilinə yeni söz gətirməyib!

İnd bu adama daha nə deyəsən?

Aqşinin “şeirlərini” oxuyandan sonra meyxnaya qulaq asmaq istədim. Mən özüm də meyxana janrında satirik şeir yazmışam. Mərhum dayım Sabir keçən əsrin 50-ci illərinin görkəmli meyxanaçısı olub, Arbatanlı Sabir, Meyxançı Sabir adları ilə tanınıb…

14. 08. 2-23, Samara

P.S. Mənim ötəri qulaq asdığım fraqmentdə daha bir neçə nəfərin çıxışları vardı. Onlardan ikisinin – Ağayar Şərifin və Babullaoğlunun adları mənə məlumdur. Aqşin Yenisey və bu iki nəfərin meyxanaya və meyxanaçılara qarşı sürdüyü əsas iddia və hətta ittiham bu xalq yaradıcılığı növünün əsl ədəbiyyatın yerini tutmağı, kütlənin zövqünü və hətta əxlaqını korlamağıdır. Yəni meyxananın sıx tütün və hətta anaşa dumanı durub ədəbiyyatla kütlə arasında və onları salıb bir-birindən ayrı.

Bu, ağ yalandır!

Ədəbiyyatı kütlədən uzaq salanlar meyxanaçılar deyillər, əsl ədəbiyyatı kütlədən uzaq salanlar Ağayar Şərif, Babullaoğludur və onlar kimi mətbuatda, “yazarlar birliyində” vəzifələri və resursları olan adamlardır.

Meyxananın hansı resursu var ki, əsl ədəbiyyatın qabağını alsın? Onların nəşriyyatları var? Onların qəzetləri, radioları var? Onlarmı cızmaqaraçılara prezident təqaüdü təyin edirlər?

Bodler böyük şairdir? Bəli! Bodler əsl ədəbiyyatdır? Bəli! Mən Bodlerin bütün 175 şeirini dilimizə tərcümə eləmişəm, cəmi 5 ya 6 şeir Ədəbiyyat qəzetində redaktorun öz təşəbbüsü ilə çap olunub. Yazmışdı ki, hamısını tədricən çap edəcək. Kim onun təşəbbüsünü boğdu? Meyxanaçılar? Yox! Nəşrin qabağını Anar kimi, Babullaoğlu, Ağayar Şərif kimi adamlar ala bilərdilər.

Üç il yarımdır ki, “Biovulf” dastanı Bakıda mənim tərcüməmdə görkəmli alim Həbib Zərbəliyevin redaktorluğu ilə və şəxsi vəsaiti hesabına çap olunub. İndiyəcən bir mətbuat orqanında belə bir sətirlik məlumat da çap olunmayıb. Niyə Ağayar Şərif Kulisdə bu barədə öz istəkli xalqına məlumat vermirdi? Beş il bundan qabaq mənim tərcüməmdə, yenə şəxsi vəsaitlə, Şekspirin sonetləri çıxıb. Babullaoğlu indiyəcən bu barədə qımıldanıb? Əksinə, bu “tərcümə dahisi” özünü fəda edər ki, mənim “sonetlərim”in səsi çıxmasın. Altı aydan çoxdur ki, mənim tərcüməmdə 10 min misraya yaxın həcmi olan “Nibelunqlar dastanı” çap olunub. Heç yerdə bir cümləlik məlumat belə getməyib. Kim qoymur? Meyxanaçılar? Zurnaçılar? Qaraçılar? İki il bundan qabaq rus poeziyasından tərcümələrdən ibarət iri həcmli kitabım çıxıb. Puşkindən canlı klassik Amarsana Ulzıtuyevə qədər ən yaxşı rus şairlərinin şeirləri bu kitabda toplanıb. Bu kitabın nəşri ilə mşğul olan adam yalnız rus dilində bir neçə yerdə informasiya çap etirməyə nail olub. Kim qoymur? Meyxanaçı yaxud yazıçılar ittifaqında vəzifə tutan, haqqında danışdıöğım videoda gənclərdən öz ünvanına heç Şengeli, Lozinski kimi tərcümə əjdahalarının eşitmədiyi mədhlərui eşidən Babullaoğlu və onun kimilər?

Yox, əəbi zövqlərin deqradasiyanda, böyük ədəbiyyatla kütlə arasında uçurumun yaranmasında nə meyxanaçılar, nə də xoruz döyüşdürənlər günahkardır. Meyxana deyən, xoruz döyüşdürən, aşıq atan, hamamda yatan adamlar həmişə olublar və olacaqlar. Böyük ədəbiyyata onlardan ziyan gələ bilməz. Günahkar —  ədəbiyyatda özünə Aqşin Ynisey kimi ad düzəltmiş, vəzifə və resurs qazanmış adamlardır. Onlar ədəbiyyatı, ədəbiyyat həyatını da Bakı bazarına çeviriblər və öz “mallarından” başqa malı bu bazara buraxmırlar. Bu adamaların çıxışlarına diqqətlə qulaq asın: akademik təhsilli adam bunların içində yoxdur, “Kafka, Kafka” deməklə özlərini oxumuş göstərirlər. Deyək ki, Ağayar Şərif Kafkanı oxuyub. Nə olsun? Borxesin Pyer Manarı “Don Kixotu” təzədən (olduğğu kimi!) yazdığı kimi, Ağayar Şərif də “Cərimə batalyonunu” təzədən yazacaq? Bəlkə Ağayar Şərif yəhudi dininə keçsin və alman dilində yazsın?..

Müzakirə iştirakçılarından biri deyirdi ki, rus məktəbində oxuyub və uşaqlıqda Puşkinin 38 səhifəlik “Çar Saltan” nağılını əzbər bilirmiş…

Bu cənab qanmır ki, şeirlə yazılmış əsər səhifə ilə yox, misraların sayı ilə ölçülür…

X.X.

15. 08. 2023, Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: «S ÇEQO NAÇİNAYETSYA RODİNA…»

Без названия (12)“Qalxan və qılınc adlı sovet filmində” “Nədən başlanır vətən” mahnısı səslənir. Mahnını iki sovet yəhudisi – Veniamin Basner və Mixail Matusivski —  yazıb. Vaqif Bayatlı da gözləməyəcək ki, gəlib yahidilər bizim üçün Vətən şeiri yazsınlar. Özü yazıb.

Şeir, yəvudilərdə olduğu kimi, suallarla başlayır.

“Tanrı sözü? Tanrı özü?”

Onu deyim ki, mən Vaqiflə taniş olanda o, vətəni Cəbrayıla on il idi getmirdi. Sonra da ermənilər alıb adını qoydular Crakan… Bununla işim yoxdur.

Vaqifin ritorik sualları çoxdur, yəhidi-zad işi deyil.

“Bütün kainat, bütün göyüzü, yerüzü?

Bütöv Azərbaycan? Türk dünyası, İslam dünyası?”

Belə başa düşürəm ki, Vaqin işləri düzələndən, yən yazıçılar ittifaqından ev alandan, BP-yə evlənəndən sonra Azərbaycanı birləşdirmək eşqinə düşüb, onun özünə qalsa, birləşdirib də. Bu, Nozdryovun dovşanı qovub dal ayaqlarından tutmağı kimi bir şeydir.

Dalı nə gələcək? Əlbəttə, Türk dünyası!

“Türk dünyası? İslam dünyası”?

Oturuub sayan ola, bizim həlləm-qəlləm, başıpozuq şairlərimizin tutuquşu kimi  “türk dünyası, türk milləti” ifadələrini təkrarlamağıyla Azərbaycanda nə qədər ləzgi, nə qədər talış seperatçıya çevrilib. Belə şairlər gecələr arvadlarıyla ya oynaşlarıyla mazaqlaşanda, ləzgi, talış balaları səngərlərdə vuruşublar, ölüblər…

Suallar bitmir.

“Tanrıyla öyünən körpə su?”

Bayaq Tanrı özü vətən idi, indi “körpə su” vətən oldu.

“Körpə su” nədir?

Heç nə!

Ancaq arxayıınam ki, Vaqifin nəinki bu şeirinə, hətta bu “körpə su” ifadəsinə dissertasiya yazıla bilər və həmin dissertasiya müəllifi “ədəbiyyat üzrə fəlsəfə doktoru” adını daşıya-daşıya qürürla gəzər. Azərbaycanda daşı atsan “ədəbiyyat üzrə fəlsəfə” doktoruna dəyər.

Heç fikir vermisiniz, milli alademiyada bir nəfər də rus yoxdur! Akademiyamızı ruslar, yəhudilər yaradıblar..

Bu ayrı söhbətdir…

“Hamını hamıya sevdirdiyini düşünən körpə dualar?”

Başa düşdünüz?

Duanın körpəsi, qocası olur? Dua — düşünür?

Belə hallarda ruslar deyirlər ki, bir stəkan araq gillətməmiş belə şeyləri başa düşmək olmaz. Ancaq tərslikdən mən içən deyiləm. Ayıq başla çox çətin oldu.

Yəni burda Vaqif Bayatlı (Crakanlı) “körpə duaları” vətənə bənzədir. “Körpə dualar” nə olan şeydir və onlar adi dualardan nə ilə fərqlənir, başa düşə bilmədim.

Bu hələ hamısı deyil. Körpə dualar nə olan şeydirsə, onlar düşünürlər! Dualar düşünürlər!

İndi Əkrəm Əylisli özünü öyür ki, belə redaktor olub, elə redaktor olub. Bax, belə cəfəngiyatı, şizofrenik sayıqlamaları həmin Əkrəm Əylisli şələ-şələ çap edirdi. Redaktorluq müəllifə vurllmaq deyil, redaktorluq odur ki, müəllifi çağırasan kabinetinə, deyəsən ki, qurumsaq, “məni başa sal ki, “körpə duaıar” nədir və onlar necə düşünürlər!

Mən hələ Vaqif Bayatlının səngərə, əsgərə müraciətlə yazdıqlarından uzun danışmaq istəmirəm. Onlar heç gülməli də deyil, onlar iyrəncdir

“Əsir torpaqları alıb durmasaq,

Heç bir Türkün gözü bağlana bilməz”.

“Türk” – böyük hərflə…

“Əsir torpaqları almasaq…”
A kişi, vətənin Cəbrayıl tutulandan gedib erməniyə uzaqdan bir daş ataydın… Ya qardaşların ataydı… Sən əsir arvadları qaytara bilmirsən, torpaqdan dəm vurursan. Nə “türk-türk” salmısan, sən bilirsən Qarabağda, ondan sonra nə qədər talış ölüb, nə qədər ləzgi ölüb. İki il qabaq ləzgi balasının meyidini beynəlxalq təşkilatlar vasitəsiylə aldılar…

Vallah, heç gülməli olmadı. Adam oxuduqca tüpürmək istəyir…

Millətin poeziyası budursa, kül millətin başına…

15.01. 2019

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ. «YUPYUMURU EŞQ» — YƏNİ DIĞIRLANMA SEKSİ?

Qürbətdə beş il yaşayırsan, on beş il…otuz il yaşayırsan, bir də görürsən doğma vətənindən elə yadırğamısan ki, hətta öz ana dilini düz-əməlli başa düşmürsən. İndi bizim şairlərin şeirlərini oxuyanda çox vaxt girinc olub qalıram. Götürək Vaqif Bayatlının “Yupyumuru eşq ilə” şeirini. Şeirin adına baxanda mənə elə gəldi ki, mənim öz başım “yupyumuru” deyil, kvadratdır, çünki bir şey başa düşmədim: eşqin də yumrusu olar? Eşqin alovlusu, qızğını, əbədisi olur, bunu bilirik. Ancaq yumru eşq – bu necə olar?

Mənim burda çox savadlı bir rus tanışım var, ondan soruşdum ki, yumru eşq nə olan şeydir, yəni “kruqlı lyubov”. Rus alim dedi ki, söhbət seksdən gedirsə, seks üfqi ola bilər, şaquli ola bilər, missioner var, süvari var… Dedim professor, saxla, söhbət seksdən getmir, Azərbaycan abırlı bir ölkədir, Azərbaycanda seks yoxdur, Azərbaycanda eşq var. Alim dedi ki, Azərbaycanda seks yoxdursa, mənim də sözüm yoxdur…

Deməliyəm ki, başa düşmədiyim təkcə şeirin adı deyil. Düzünü desəm, şeirin əvvəlindən axırınacan bir misrasını da başa düşmədim.

“Sevir kimsə kimsəni, 
Bir kimsənin üstünə…”

Kimsə kimsəni, əlbəttə, sevər, belə şeylər olur, ancaq necə yeni “bir kimsənin üstünə”? Yəni acığına? Kimin? Qayınatanın? Qonşunun? Ermənilərin?
“Gör, ikiqat eşqdən,

Eşq eşqdən baş alan kimi…”

Yox, başa düşmək qalsın, buna heç mənim dilim də gəlmir tələffüz eləməyə…

Bunlar cəhənnəm. Məni “yupyumuru eşq” maraqlandırır. Bəlkə indi Azərbaycanda da seks var? Regional liderdir, hər şeyi var, seks niyə olmasın… “Yupyumuru eşq” bəlkə dünya xalqlarının heç birində görünməmiş bir pozadır və bunu Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri icad ediblər?

Ah, kaş bunu biləydim… Kimdən soruşasan?

“Qəmi dəmin üstünə,
dəmi qəmin üstünə…”

Mən başa düşəni, burda söhbət eşqdən yox, narkomanlardan gedir, yəni dağsu eləyib tiryək qaynadırlar…

Ah, cavan olaydım…

Ah, yenə eşqə düşəydim..

Yupyumuru eşqə…

26.12. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: RƏHİM QAZIYEVİN ÖLÜMÜ VƏ TARLARIN ŞUŞADA ŞÜCAƏTİ

Vaqif_Bayatlı

Məlumdur ki, şair Vaqif  Bayatlı əvvəllər “Cəbrayılzadə” təxəllüsü ilə tanınıb. Cəbrayəl Vaqifin atasının ya babasının adı deyil, doğulduğu yerin adıdır.Və bu da məlumdur ki, ermənilər Cəbrayılı işğal ediblər. İğal edən kimi də kirvələr guya  Vaqif Cəbrayılzadəyə  xəbər göndəriblər ki, kirvə, gərək sən təxəllüsünü dəyişəsən. Çünki Cəbrayıl daha Cəbrayıl deyil, Crakandır. İndi sən ya gərək Crakanzadə olasan, ya da ayrı təxəllüs götürəsən, “Cəbrayılzadə” bizim suverenliyimizə toxunur, tez elə, yoxsa tutub mələdərik…

Hörmətli şairimiz də xeyli fikrə gedir. Güzgü qabağında durur, bulvara çıxıb var-gəl edir, öz-özünə “Crakanzadə, Crakanzadə” deib təkrar-edə edə iki üç gün yatmır. Görür ki, nəsə Crakanzadə ürəyinə yatmır. Qədim türk kitablarını xeyli vərəqləyib özünə “Bayatlı” təxəllüsü seçir…

Mənə elə gəlir ki, bu, yalandır, hansı bədxahın, paxılın, başı xarabınsa uydurmasıdır. Vaqif ermənidən qorxan oğullardan deyil. Qarabağa həsr etdiyi bir şeiri oxusanız, özünüz görərsiniz ki, Vaqifdə nə qədər cəsarət var.

Şeir Qarabağa övzusunda yazılsa da, tara, Şuşa tarına həsr olunub. Şeir fmüsibət kimi başlanır. Çünki Vaqif bayatlı elə bilirmiş ki, Şuşa alınanda Şuşa tarı da həlak olub. (Elə belə də yazır, Yzıçılar birliyinin İdarə heyətinə and olsun!) Sonra bilir ki, tar sağdır.

«Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,

mən elə bilirdim, Sən də o zaman

Şuşada həlak olmusan?!»

Dalı çox maraqlıdır, indiyəcən bu şeirin dalından maraqlı şey oxumamışdım. Erotika-zad işi deyil.

Vaqif Bayatlı (Crakanlı) yazır ki, onlarla tar Şuşanı qorumağa qalxıblar (bu yəqin Rəhim Qazıyev başına güllə çaxandan sonra olub).

“Hamısı orada döyüşüb həlak olublar!”

Tarlar!

Darvazamızı fələk vurubdur!

Necə qan ağlamasın daş bu gün…

Vaqif Bayatlı sonra görün nə yazır:

“düşmən hələ də qorxuyla yollara baxır,

həm də onlar bizim qayıtmağımızdan çox,

Tarın qayıtmağından qorxur…”

Burda Vaqif Bayatlıdan dönə-dönə üzr istəyib onunla, türkün məsəli, polemikaya girmək arzusu yaranır (“polemika”, bilməyənlər üçün yazıram, “intim yaxınıq deyil”)

Ay Vaqif Bayatlı müəllim… yox, mühəndis! (Vaqif Bayatlı diplomlu mühəndisdir). Erməni bizim qayıtmağımızdan hardan qorxar? Biz qayıdırdıq ki, qorxa? Qayıdandıqsa, niyə qaçırdıq? O ki qaldı tarın qayıtmağına, ermənilər tarı-kamançanı çoxdan çalırlar, bunu məndən yaxşı bilirsən…

Ancaq müsibət bir deyilmiş, iki imiş. Vaqif Bayatlı elə bilirmiş ki, saz da Şuşada həlak olub…Ancaq saz həlak olmayıb.

“səni döyüşlərdə neçə yerdə şəhid olan,

bütün  şəhid ruhlarımıztək elə vurulan an

yenidən qalxıb döyüşə atılan görüblər…”

Görəsən, Şuşada vuruşan sazların içində bizim salyanlı aşıq Pənahın sazı olmayıb ki? Aşıq Pənah çox igid adam idi. Lenindən bir kitab şeir yazmışdı…

Burda Vaqif Bayatlı sazdan üzr istəyir. Deyir ki, pardon, minutoçku!

“ancaq qardaşım saz, incimə,

ağılsız sinələrdə çox ağılsız görünürsən zaman-zaman,

düş o sinələrdən, yenidən qılınctək sıyrıl, eşqtək şahlan”.

“Ağılsız sinələr! Hansı başqa bir dünya şairinin ağlına gələrdi bu? Məlumdur ki, ağıl adətən başda olur. Adətən! Bəzi insanlarda dalda da olur. Ancaq sinədə! Bu, təzə sözdür!

Ancaq mən ha çalışdım ki, sazın qılınc kimi sıyrılıb döyüşə getməyini təsəvvür edəm, alınmadı. Otağımda çox fırlandım, atıldım-düşdüm, bir şey çıxmadı, Molla Nəsrəddin kimi az qaldım başımı da yaram…

Ay Rəhim Qazıyev, niyə sən özünü öldürdün, şair Vaqif döyüşə Aşıq Pənahın sazını göndərir!

Sonra Vaqif Bayatlı üzünü tutur Azərbaycan bayrağına, deyir ki, ay bayraq, sən bizə bir əsgər doğ!

Mən bilmirəm bayraq əsgəri necə doğur. Bəlkə də doğur. Yəqin ona görə bayrağı vaxtaşırı təmirə dayandırırlar…

Vaqif Bayatlının bayrağa ikinci sifarişi budur ki, binəva bayraq bütöz Azərbaycan doğsun və bu bütöz Azərbaycan Xəzərbaycan adlansın!

Bunu oxuyanda o qədər güldüm ki, axırda sancılandım…

Sevincimdən güldüm, sevincimdən…

Bu şeirlər şeiri əslində Qarabağa yox, Qarabağdan da əziz bir şəxsiyyətə — Aqil Abbasa həsr olunub. O Aqil Abbasa ki, Azərbaycana xilas yolunu göstərib – soğan əkmək! Çox adam nahaqdan belə fikirləşir ki, Aqil Abbas 25 ildir parlamentdə götünü qızdırır və xalqın hesabına müftə çörək yeyir. Yalan və böhtandır!

Ömrünüz uzun olsun ay Azərbaycan şairləri, yazıçıları! Belə şeydən, belə zaddan çox yazın. Belə şeydən, zaddan çox yazsanız, ermənilər oxuyub  o qədər güləcəklər ki, partlayacaqlar.

Sağ olun, ay bizim bomba şairlər!

24.12. 2018

Samara

SƏMƏD VURĞUNUN “ANANIN ÖYÜDÜ” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

1941-ci il iyunun 22-də Hitler Sovet İttifaqına hücum edir. Sovet hökumə ümumi səfərbərlik elan edir. Yəni bronu olmayanlardan başqa18-45 yaşlı bütün kişilər cəbhəyə aparılırlar. Səməd Vurğunun,  şübhəsiz ki, bronu var, xalqın yazan əlidir. O qalır və elə səhəri gün, iyunun 23-də “Ananın öyüdü” şeirini çap etdirir. Güman etmək olar ki, Səməd Burğun bu şeiri çoxdan yazıb saxlayırmış, bilirmiş ki, Hitler dəyyusdur, gec-tez Stalinlə müharibəyə başlayacaq. Yəni Səməd Vurğun qışın odunu yayda yığanlardan olub. Müharibə başlayan kimi şeiri qolktuq cibindən çıxarıb verib “Kommunist” qəzetinə.

Bir gənc əsgər gedir. Anasıyla vidalaşır.

“Geyib əsgər paltarını, silahlandı qəhrəman”.

Əsgər paltarını, məlumdur ki, çağırışçılar evdə geymirdilər. Paltarı hissəyə çatanda verirdilər. Silahı isə lap sonra alırdı. Gərək təlim keçəydi. Yəni bu, yalandır. Həm də kənd uşağı hələ indi yola düşür, hardan qəhrəman oldu?

“Dayan! — deyib, yaxın gəldi, öpdü onun alnından

Yay gününün xoş səhəri, bir də dağlar küləyi”.

Başa düşdünüz? Bacı-qardaş, ata, qohum-əqraba yoxdur, çağırışçını “yay gününün xoş səhəri” və “dağlar küləyi öpür…

Bircə ana var.

“Ana igid balasına açdı öz qollarnı.

Üz-gözündon öpə-öpə bağnna basdı onu”.

Deməliyəm ki, Səməd Vurğuna xas olan yazı pintiliyi həddi aşır, o harda heca çatmırsa,  “öz” əvəzliyini para kərpic kimi dürtür ora. Necə yəni “öz qollarını”?

Sonrası maraqlıdır. Çox.

“Dedi: “oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!

Tarixlərin şahididir mənim bu ağ birçəyim”.

Əsgər gedənin arvad-uşağı yoxdursa, deməli, subay oğlandır. Yəni on səkkiz yaşında. Anasının da olsun qırx yaşı. Bunun birçəyi hardan ağardı? Bu hardan “tarixlərin şahidi” oldu? Bu, anadır ya nənə?

“Görürəm ki, qəhrəmansan…»
Nədən, hardan görür?

“Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!”

Qılıncını? Bu uşaq Çənlibelə Koroğlu dəstəsinə, türk paşalarıi ilə vuruşmağa gedir ya Hitlerlə müharibəyə?

 “Tüfəngini təmiz saxla, atını da tumarla!”

Yox, məlum olur ki, tüfəngi də var, atı da. Yəqin Budyonnı kavaleriyasına gedir. Hitler tanklarının qabağına kolxoz yabısı ilə çıxacaq…

“Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;

Günəş yaydı şələsini Vətənin göylərindən…”

On səkkiz yaşlı oğlan cəbhəyə gedir, bilinmir başına nə gələcək, bu da deyir “dağ tərpəndi yerindən”…

O ki qaldı şələyə, şələdə odun olur. Odundan nə yayılar?

Ancaq ən maraqlısı axırdadır. Məlum olur ki, əsgər gedənin yanında atası, bacı-qardaşı olmasa da, Şair ordadır. Və bu ayrlma səhnəsinə baxdıqca ilhamlanır (lənət şeytana, az qalmışdım yazam “kayflanır”…).

“Şair qəlbi bu səhnədən ilhamını alınca:

— Yaşa, — dedi, — ey qəhrəman! Yaşa, — dedi, — ey Vətən!”

Səməd Vurğun, əgər kim fikir verməyibsə, nəzərinə çatdırıram, ilk şeirləri çap olunandan özü haqqında üçüncü şəxs kimi danışır: krallar, padşahlar, çarlar kimi… “O”, “şair”, “Vurğun”…

Hə, bu on səkkiz yaşlı sütül oğlan düşdü yola. Şair qaldı.

 “Sonra şair dodaqları öpdü ana əlindən”.

Allah bizi şeytanın şərindən saxlasın! Oğul qapıdan çıxmayıb, Şair ananın əlini öpür…

Yaxşı ki, əlini…

Bütün bu cəfəngiyatın, əlbəttə, ümumlikdə bəşər faciəsinə və fərdi faciələrə dəxli yoxdur. Bu yazıda dərd, bəla, faciə yaşantısı yoxdur. Müəllif soyuq ürəklə çox aşağı keyfiyyətli, ya təxmini ya tamam dolaşıq klişelərdən quraşdırılmış təbliğat-təşviqat məhsulu yaradır, ən həyati detalların belə həqiqətə uyğunluğunun qayğısına qalmır. Yəni dünya vecinə deyil…

Siz balasını labüd ölümə yola salan ananı gözünüzün qabağına gətirin və onda bu şeirin bütün yersizliyi, vulqarlığı, sinizmi sizə aydın olar.

Təəssüf ki, bu cür “qəhrəmanlıq poeziyası” ənənələrini indi də davam etdirənlər çoxdur…

10.10. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: «S ÇEQO NAÇİNAYETSYA RODİNA…»

Vaqif_Bayatlı 3.jpg

“Qalxan və qılınc adlı sovet filmində” “Nədən başlanır vətən” mahnısı səslənir. Mahnı iki sovet yəhudisi – Veniamin Basner və Mixail Matusovski yazıblar. Vaqif Bayatlı da gözləməyəcək ki, gəlib yahidilər bizim üçün Vətən şeiri yazsınlar. Özü yazıb.

Şeir, yəvudilərdə olduğu kimi, suallarla başlayır.

“Tanrı sözü? Tanrı özü?”

Onu deyim ki, mən Vaqiflə taniş olanda o, vətəni Cəbrayıla on il idi getmirdi. Sonra da ermənilər alıb adını qoydular Crakan… Bununla işim yoxdur.

Vaqifin ritorik sualları çoxdur, yəhidi-zad işi deyil.

“Bütün kainat, bütün göyüzü, yerüzü?

Bütöv Azərbaycan? Türk dünyası, İslam dünyası?”

Belə başa düşürəm ki, Vaqin işləri düzələndən, yən yazıçılar ittifaqından ev alandan, BP-yə evlənəndən sonra Azərbaycanı birləşdirmək eşqinə düşüb, onun özünə qalsa, birləşdirib də. Bu, Nozdryovun dovşanı qovub dal ayaqlarından tutmağı kimi bir şeydir.

Dalı nə gələcək? Əlbəttə, Türk dünyası!

“Türk dünyası? İslam dünyası”?

Oturuub sayan ola, bizim həlləm-qəlləm, başıpozuq şairlərimizintutuquşu kimi  “türk dünyası, türk milləti” ifadələrini təkrarlamağıyla Azərbaycanda nə qədər ləzgi, nə qədər talış seperatçıya çevrilib. Belə şairlər gecələr arvadlarıyla ya oynaşlarıyla mazaqlaşanda, ləzgi, talış balaları səngərlərdə vuruşublar, ölüblər…

Suallar bitmir.

“Tanrıyla öyünən körpə su?”

Bayaq Tanrı özü vətən idi, indi “körpə su” vəətən oldu.

“Körpə su” nədir?

Heç nə!

Ancaq arxayıınam ki, nəinki, Vqifin nəinki bu şeirinə, hətta bu “körpə su” ifadəsinə dissertasiya yazıla bilər və həmin dissertasiya müəllifi “ədəbiyyat üzrə fəlsəfə doktoru” adını daşıya-daşıya qürürla gəzər. Azərbaycanda daşı atsan “ədəbiyyat üzrə fəlsəfə” doktoruna dəyər.

Heç fikir vermisiniz, milli alademiyada bir nəfər də rus yoxdur! Akademiyanı ruslar, yəhudilər yaradıblar..

Bu ayrı söhbətdir…

“Hamını hamıya sevdirdiyini düşünən körpə dualar?”

Başa düşdünüz?

Belə hallarda ruslar deyirlər ki, bir stəkan araq gillətməmiş belə şeyləri başa düşmək olmaz. Ancaq tərslikdən mən içən deyiləm. Ayıq başla çox çətin oldu.

Yəni burda Vaqif Bayatlı (Crakanlı) “körpə duaları” vətənə bənzədir. “Körpə dualar” nə olan şeyir və onlar adi dualardan nə ilə fərqlənir. Başa düşə bilmədim.

Bez stakana ne razberyoşsya!

Bu hələ hamısı deyil. Körpə dualar nə olan şeydirsə, onlar düşünürlər! Dualar düşünürlər!

İndi Əkrəm Əylisli özünü öyür ki, belə redaktor olub, elə redaktor olub. Bax, belə cəfəngiyatı, şizofrenik sayıqlamaları həmin Əkrəm Əylisli şələ-şələ çap edirdi. Redaktorluq müəllifə vurulmaq deyil, redaktorluq odur ki, müəllifi çağırasan kabinetinə, deyəsən ki, qurumsaq, məni başa sal ki, “körpə dualar” nədir və onlar necə düşünürlər!

Mən hələ Vaqif Bayatlının səngərə, əsgərə müraciətlə yazdıqlarından uzun danışmaq istəmirəm. Onlar heç gülməli də deyil, onlar iyrəncdir

“Əsir torpaqları alıb durmasaq,

Heç bir Türkün gözü bağlana bilməz”.

“Türk” – böyük hərflə…

“Əsir torpaqları almasaq…”
A kişi, vətənin Cəbrayıl tutulandan gedib erməniyə uzaqdan bir daş ataydın… Ya qardaşların ataydı… Sən əsir arvadları qaytara bilmirsən, torpaqdan dəm vurursan. Nə “türk-türk” salmısan, sən bilirsən Qarabağda, ondan sonra nə qədər talış ölüb, nə qədər ləzgi ölüb. İki il qabaq ləzgi balasının meyidini beynəlxalq təşkilatlar vasitəsiylə aldılar…

Vallah, heç gülməli olmadı. Adam oxuduqca tüpürmək istəyir…

Millətin poeziyası budursa, kül millətin başına…

15.01. 2019

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: GÜL KİMİ TORPAĞI VERİB ERMƏNİYƏ, ŞƏHƏRİN NATƏMİZ KÜÇƏLƏRİNİ ÖPÜR…

VAQİF bAYATLI 4.bmp.jpg

Vaqif Bayatlı hələ Cəbrayılzadə olan vaxtdan əyilib “yerüzünü” öpməyə adət edib. Bakıda, məluldur ki, öpməli yer tapmaq asan deyil. Birincisi, gərək az-çox təmiz yer ola. Ancaq Azərbaycanın paytaxtında  indi natəmiz torpaq tapmaq da çətindir, bütün torpağı basıblar asfalta, mərmərə, qranitə bənd ediblər…

Qəribədir ki, Vaqif Bayatlı Cəbrayılda yaşayan vaxtlar niyə oranın gözəl torpağını öpmürmüş. İndi ürəyin istəsə də, öpə bilməzsən – ermənilər səni hara qoyar…

Vaqif Bayatlı belə hesab edir ki, yerüzünü öpən adam göyüzünü də öpür, Tanrının ətətyni də öpür, çünki Tanrının ətəyi (!) yerüzünə sallanıb.

Pardon, uzanıb…

Bəzi şeirlərində Vaqif Bayatlı torpağı öpməklə qalmır, şair üzünü torpağa sürtür. Bu prosedur ciddi kosmetik  və fizioloji nəticələr verir.

“Sürtdüm ağ üzümü
qara torpağa
Qalxdım təzə adamtək…

Belə çıxır ki, torpağa sürtüləndən sonra şairin ağ (?!- X.X.) üzü qaralıb – təzə adam olduğunu ayrı necə başa düşmək olar?

Şair bəzən üzünü torpağa qoymaqla alın yazısına and içir:

“Qoyub alın yazımı
qara torpağa
and içdim alın yazıma”.

Başa düşmək olmur ki, şair alın yazısına niyə ayaq üstdə and içmir. Bunu güzgü qabağmda durub eləmək daha münasib olmazdımı?

Şairin yaradıcılığıyla geniş tanış olduqca görürsən ki, torpaq öpən bircə Vaqif Bayatlı deyil, torpaq öpən çoxdur, yəni torpaq öpənlərAzərbaycanda bir sektadır və bu sektanın rəhbəri də Vaqif Bayatlı. O, öz ardıcıllarını, torpaq öpənləri,  şeirində alqışlayır:

“Tanrı ətəyini yerüzündən diz çöküb

göyüzündə öpənlərin həmişə, hər an,

hamısının bir-bir, tək-tək

balaca günəşlərtək qalxan,

balaca günəşlərtək öpən alınları, öpən gözləri,

balaca günəş budaqlarıtək qatlanıb öpən,

qatlanıb günəş açan dizləri mübarək”.

Bir az mürəkkəbdir, sektaların dili həmişə mürəkkəb olur, mənası budur ki, Vaqif Bayatlı bütün diz qatlayıb torpağı öpənlərin dizlərinə “mübarək” deyir…

Pek iyi!

Yox, lənət şeytana! Çox yaxşı!

Ancaq sual çıxır: niyə Vaqif Bayatlı Cəbrayılın cənnət torpağını öpmürdü, gəlib Bakının natəmiz küçələrini öpür?

Niyə azərbaycanlılar torpağı öpməlidirlər? Torpaq öpmək elə bizə qalıb? Niyə norveçli, fin, isveçrəli torpağı öpmür? Torpağı əkərlər, becərərlər, torpaqda industrya yaradarlar, məbəd tikərlər, torpağı qoruyarlar! Torpağı verib ermənilərə, gəlib oturub Bakıda, şəhərin işəməkli küçələrini öpür…

Allahı da belə bayağı söhbətlərə qatmaq yaxşı deyil, Allahın ətəyi yerə sallanmır, çünki Allahın ətəyi yerdə yoxdur, Allahın yerdə evi var, bu evinn necə adlandığı, ordan necə və nəyə təzim olunduğu, nəyin öpüldüyü də məlumdur…

Vallah, bu adam ya özünü lağa qoyub, ya bizi…

Adamın gülməyi gəlir, ancaq gülə bilmirsən…

27.12. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ. «YUPYUMURU EŞQ» — YƏİNİ DIĞIRLANMA SEKSİ?

Vaqif Bayatlı 3.jpeg

Qürbətdə beş il yaşayırsan, on beş il…otuz il yaşayırsan, bir də görürsən doğma vətənindən elə yadırğamısan ki, hətta öz ana dilini düz-əməlli başa düşmürsən. İndi bizim şairlərin şeirlərini oxuyanda çox vaxt girinc olub qalıram. Götürək Vaqif Bayatlının “Yupyumuru eşq ilə” şeirini. Şeirin adına baxanda mənə elə gəldi ki, mənim öz başım “yupyumuru” deyil, kvadratdır, çünki bir şey başa düşmədim: eşqin də yumrusu olar? Eşqin alovlusu, qızğını, əbədisi olur, bunu bilirik. Ancaq yumru eşq – bu necə olar?

Mənim burda çox savadlı bir rus tanışım var, ondan soruşdum ki, yumru eşq nə olan şeydir, yəni “kruqlı lyubov”. Rus alim dedi ki, söhbət seksdən gedirsə, seks üfqi ola bilər, şaquli ola bilər, missioner var, süvari var… Dedim professor, saxla, sn gör hara gedib çıxdın, söhbət seksdən getmir, Azərbaycan abırlı-ismətli bir ölkədir, Azərbaycanda seks yoxdur, Azərbaycanda eşq var. Alim dedi ki, Azərbaycanda seks yoxdursa, mənim də sözüm yoxdur…

Deməliyəm ki, başa düşmədiyim təkcə şeirin adı deyil. Düzünü desəm, şeirin əvvəlindən axırınacan bir misrasını da başa düşmədim.

“Sevir kimsə kimsəni, 
Bir kimsənin üstünə…”

Kimsə kimsəni, əlbəttə, sevər, belə şeylər olur, ancaq necə yeni “bir kimsənin üstünə”? Yəni acığına? Kimin? Qayınatanın? Qonşunun? Ermənilərin?
Gör, ikiqat eşqdən,

Eşq eşqdən baş alan kimi…”

Yox, başa düşmək qalsın, buna heç mənim dilim də gəlmir tələffüz eləməyə…

Bunlar cəhənnəm. Məni “yupyumuru eşq” maraqlandırır. Bəlkə indi Azərbaycanda da seks var? Regional liderdir, hər şeyi var, seks niyə olmasın… “Yupyumuru eşq” bəlkə dünya xalqlarının heç birində görünməmiş bir pozadır və bunu Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri icad ediblər?

Ah, kaş bunu biləydim… Kimdən soruşasan?

“Qəmi dəmin üstünə,
dəmi qəmin üstünə…”

Mən başa düşəni, burda söhbət eşqdən yox, narkomanlardan gedir, yəni dağsu eləyib tiryək qaynadırlar…

Ah, cavan olaydım…

Ah, yenə eşqə düşəydim..

Yupyumuru eşqə…

26.12. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: ALAÇIQDA NƏ QAPI, NƏ PƏNCƏRƏ…

Vaqif.Bayatlı 2.jpeg

Vaqif Bayatlının “Hamıdan çox” şeirini oxudum, mərhum Vidadi Məmmədov yadıma düşdü. Tanışlığımız vaxtı Vidadi Məmmədov “Ulduz” jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinni müdiriydi, Vaqif Cəbrayılzadə isə təzəcə poeziya şöbəsinə müdir təyin olunmuşdu. Vidadin Məmmədovun tənqid və ədəbiyyatşünaslıqla şəxsi əlaqəsi dumanlı idi, mətbuatda mən onun birc məqaləsini də oxumamışdım, deyirdilər ki, haçansa bir neçə hekayə yazıb. Vaqif Cəbrayılzadə isə inşaat institutunu, səhv etmirəmsə, qiyabi qurtarmışdı. “Ulduz” jurnalının baş redaktoru Yusif Səmədoğlu, deyilənlərə görə, vaxtınnı çoxunu Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evinin (ЦДЛ) restoranında keçirirdi. Jurnal necə hazırlanırdı, kim onu hazırlayırdı, bilmirəm. Mən ora gəlib-getdiyim vaxtlar Vidadi Məmmədovla Vaqif Cəbrayılzadınin hansı müəllifləsə işlədiyini görmədim. Vaqif Cəbrayılzadə gələni acılayıb qovurdu…

Bu iki nəfərin öz aralarındakı münasibətdəsə kənardan baxan hər kəsi pərt edə biləcək eybəcərlik vardı. Vaqif Cəbrayılzadə özü adam içinə təzə çıxdığına baxmayaraq dişinə fənd hər kəsi alçaltmağa çalışırdı. Açıq şizofrenik əlamətləri olan bu adamda uzun illər sayılmamış, mərhumiyyətlərə məhkum edilmiş insanın kompleksləri vardı. O, yığdığı kini özündən zəif gördüyü hər adama qarşı yönəltməyə fürsət axtarırdı…

Vidadi Məmmədov, mənim təəccübümə rəğmən, onun açıq təhqirlərinə cavab vermirdi. Səbəbi mənə aydın deyil…

Vidadi Məmmədov mənə danışırdı ki, o vaxt Yazıçılar İttifaqının sədri olan Mirzə İbrahimovu Vaqif Cəbrayılzadə təngə gətirib. Vaqif Cəbrayılzadə İttifaqdan ev istəyirdi. Almadığına görə hər yerdə Mirzə İbrahimovu söyürmüş. (Vaqif Cəbrayılzadənin necə söyüş söydüyünün şahidiyəm: “s….m Azərbaycanımın…  ağ….nı” və s.)

“Məni söyür!” – deyə Mirzə İbrahimov şikayətlənirmiş…

Nahayət, Yazıçılar İttifaqı Vaqif Cəbrayılzadəyə (Bayatlı) ev verir…

“Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı, pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!”

A kişi, alaçıq bəsindisə, niyə o kişini, ağsaqqal yazıçını, Azərbaycan ədəbiyyatı qarşısında olmasa da, Azərbaycan dili qarşısında şücaəti olan adamı söyürdün?

Alaçıq…

Alaçıqda nə qapı, nə pəncərə… Alaçıq elə Afrikada da alaçıqdır…

Özü də inşaatçı mühəndis…
İosif Brodski bir söhbətində özü haqqında deyir: “Я подлец и подонок…»

Bizm yazıçı, bizim şair deyir ki, məndən qeyrətlisi yoxdur, mənim atamdan nəcibi yoxdur, mənim anamdan gözəli və şərəflisi yoxdur…

Vaşu mat…

25.12. 2018

Samara

SƏMƏD VURĞUNUN «AZƏRBAYCAN»I: CƏFƏNGİYYATLA YALANIN QARIŞIĞI

samed-stalin

Müəllimliyimin çoxu aşağı siniflərdə keçib. Bu siniflərdə isə “Azərbaycan” şeiri ixtisarla salınırdı. Bu şeiri mən sevmirdim. Ancaq o, geri, zəif şagirdlərin də dadına çatırdı – şeir onlar da pis-yaxşı əzbərləyirdilər. Və deyəndə sevindiklərindən elə həyəcanlanıb coşurdular ki, ən azı bir yerdə çaşırdılar:

“Sən bir uşaq, mən bir ana…”

Ədəbiyyatda qulağa xoş gələn çox az cəfəngiyyat “Azərbaycan” şeiri ilə rəqabətə girə bilər. Ondan başlayaq ki, bu şeirdə Azərbaycan sözü, Azərbaycana aid toponimlər dönə-dönə xatırlansa da, Azərbaycanı tanımaq mümkün deyil, müqayisə üçün deyim ki, Cəfər Cabbarlının “Ölkəm” şeirində Azərbaycanın adı çəkilməsə də, şeirin ruhundan, dilindən Azərbaycan tanınır.

 Səməd Vurğunun şeiri böyük mistifikasiya, gözübağlıcadır ki, çox adam indiyəcən onun əsarətindən çıxa bilmir. Şeir isə əvvəldən axıra qədər cəfəngiyyat və xeyli yalanın qarışığıdır.

“Çox keçmişəm bu dağlardan…”.

Buna elə iradım yoxdur. Ancaq əslində dağlardan keçmirlər, dağları aşırlar, dağlara qalxırlar…

“Durna gözlü bulaqlardan…”

Bulaqlardan keçmək – bu nədir?

“Eşitmişəm uzaqlardan 
Sakit axan arazları; 
Sınamışam dostu, yarı…»

Son iki misraya baxaq – çayların sakit axmağıyla dost sınamağın nə əlaqəsi var? Və sakit axan çayları müəllif hansı uzaqlıqdan eşidib və bununla nə demək istəyir? Əslində Azərbaycandan axan çaylar sakit axarlı deyil, məsələn, Volqadan fərqli olaraq. Mənim doğuduğum evi Kür aparıb – güclü axarına görə məcrasını dəyişir…

“Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır…

Hansı dağın başı qar deyil? Və Azərbaycanın üstündəki buludlar həmişə ağ olur? Və niyə ağ örpək? Ermənilərə təslim olmağa?

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin…”

Burda Azərbaycan tarixçiləri üçün əsil meydan açılır: Azərbaycana elə keçmiş düzəldərlər ki, elə yaş qayırarlar ki… Səməd Vurğun özü “Vaqif”də tarixi mələdib…

“Nəsillərdən-nəsillərə 
Keçən bir şöhrətin vardır; 
Oğlun, qızın bəxtiyardır…»

1933-cü ildə! Azərbaycanın oğulları, qızları bəxtiyardır! Şəhərlərdə casus, təxribatçı axtarışları, tuthatut, kənddə ziyanverici, qolçomaq axtarışları, tuthatut, güllələnənlər, Sibirə, Qazaxıstana sürgün olunanlar…
“Sıra dağlar, gen dərələr…”

Gen dərələr… Bu, ancaq Azərbaycanda olur…Başqa ölkələrdə dar dərələr olur…

“Bu yerlərdə limon sarı, 
Əyir, salır budaqları; 
Dağlarının dümağ qarı 
Yaranmışdır qarlı qışdan..”

Bəs başqa yerlərdə limon nə rəngdə olur? Qırmızı? Qara?

Dağların qarı qarlıa qışdan yaranıb – burda tavtalogiya var, qar qardan yaranıb… Bəs nədən yaranmalıydı?

Qafiyə xatirinə Səməd Vurğun hər cür basməmmədiyə hazırdır.

Aşıq deyər sərin-sərin, 
Sən günəşin qucağısan…”

“İsti-isti deməyin” nə olduğunu bilirik, “sərin-sərin demək” necə olur?
“Bir dön bizim Bakıya bax, 
Sahilləri çıraq-çıraq, 
Buruqları hayqıraraq 
Nərə salır boz çöllərə, 
İşıqlanır hər dağ, dərə!”

Buruqlar hayqırmır. Və nərə sala bilməz. Deyək ki, hayqırır və nərə salır çöllərə. Əgər nərəni çöllərə salırsa, dağ, dərə hardan işıqlandı?

«Azərbaycan” şeirinin son bəndləri Ostap Benderin kombinasiyalarını xarırladır.

“Gözəl vətən! O gün ki sən 
Al bayraqlı bir səhərdən 
İlham aldın… yarandım mən. 
Gülür torpaq, gülür insan, 
Qoca Şərqin qapısısan!”

Maraqlıdır, bu bəndi şeirin çap edildiyi vaxtdan keçən səksən dörd il ərzində müəllimlər şagirdlərinə necə izah ediblər? Azərbaycan “al bayraqlı bir səhərdən” nə vaxt “ilham alıb”? Bolşeviklər gələndə? Deyək ki, doğrudan da Azərbaycan bolşevik səhərindən ilham alıb. Ancaq bunun Səməd Vurğunun yaranmasına nə dəxli var? Səməd Vurğun 1906-cı ildə yaranıb. Onun yaranmasına 1905-ci ilin çar Manifesti təsir edə bilərdi. Yəni valideynləri Manifestlə tanış olub yeni bir övlad təşkil eləmək qərarına gələ bilərdilər. 1905-ci ildə Manifest, 1906-cı ildə Səməd Vurğun. Düz gəlir… Bolşevik ilhamıyla düz gəlmir…

Ancaq Səməd Vurğuna kim deyə bilərdi ki, düz gəlmir. Dalına qulaq as:

“Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan…”

Desəm ki. 1933-cü ildə insanların üzü elə də gülmürdü, deyəcəklər ki, Səməd Vurğun gələcəyi nəzərdə tutub. Bəlkə də elədir. Ancaq axı insan Azərbaycanda indi də elə gülmür…Yəni çox insanın gülməli halı yoxdur…

Stalinin eşqiylə sən…”

“Rəhbərimin eşqiylə sən…”

“Partiyanın eşqiylə sən…”

Müxtəlif zamanlarda Azərbaycan müxtəlif eşqlərlə gülüb. İndi İnternetdə bu variantı tapdım:

“Azadlığın eşqiylə sən…”

Azərbaycan və azadlıq!

Bu, doğrudan da gülməlidir…

Bu şeiri nəsil-nəsil azərbaycanlı uşaqların iliyinə yeridirlər. Və uşaqlar şeirin içini, daha doğrusu, içsizliyini görə bilmirlərsə, bu o deməkdir ki, şeiri yazan da, onu psixoloji təmrinə çevirənlər də məqsədlərinə nail olublar – yəni ictimai-siyasi apatiya, əqidəsizlik, prinsipsizlik oynaq ritmlər altınta qana hopdurulur

Köləliyi damla-damla sıxıb özündən kənar elədiyi barədə Çexovun dediyini təkrar eləmək istəməzdim, ancaq lazımdır. Estetik zövqü və əqidəni  belə şeirlərin əsarətindən qurtarmaq vacibdir…

Dekabr 2017

Samara

MƏMMƏD ARAZIN TİPİK MİLLİ ARZUSU — MAMIR OLMAQ…

ARAZ MƏMMƏD

Nəinki nəşriyyatların və dövrü mətbuatın, hətta ədəbi prosesin də tamamilə dövlət əlində və nəzarətində ollduğu ölkələrdə ədəbiyyat adlarının tanınmağı da dövlətdən asılıdır. Ona görə də “Azərbaycan sovet ədəbiyyarı” deyiləndə yalnız birinci iki söz öz həqiqi mənalarına uyğundur. Ancaq ədəbiyyat həmişə ədəbiyyat deyil.

Müəyyən əlamətdar günlərlə bağlı İnternetdə tanınmış Azərbaycan şairləri haqqında məqalələr görürəm və bəzən şeirlərini də oxuyuram. Və ilk peşəm müəllimlik olduğundan fikirləşirəm ki, bu şeiri şagirdlərə necə oxuyardım, necə izah edərdim, uşaqlar hansı suallar verərdilər və s. Əlbəttə, tez-tez onu da fikirləşirəm ki, niyə bu şeir rəsmi status alır, dərsliklərə düşür, imtahanlara salınır və s. Məsələn, Məmməd Arazın bu şeiri: “Buyruqlara sığışmayan inaddım…”

Bu şeirə ifadə formasına görə lirik monoloq demək olar. Manifest də, özünütərif də. Hərçənd şeir bütövlükdə cəfəngiyatdır.

Birinci bəndə diqqət edin: inadı buyruqlara sığışmayıb; qanadı qanadlar yorub; ulduzlara barmaq eləyib və daş atıb. Ulduzlara niyə daş atdığını başa düşmək çətindir, bəlkə içkili olub; ancaq başa düşürük nə demək istəyir –şəxsyyətin miqyası böyükdür. (Dmitri Karamazov demişkən, çox böyükdür, mən bir az kiçildərdim…) Sual çıxır: kimdir bu şəxsiyyət? Prometey? Yuri Qaqarin? Bill Qeyts ya İlon Mask? Azərbaycanda 1970-ci ildə hansı hünər göstərmək olardı?

“Nizamlara baş əyməzdi nizamım”.

1970-ci ildə? Hansı nizama? Kommunist partiyasının nizamına? Kommunist partiyasının nizamına baş əyməyənlər o vaxt Permdə, Komidə dustaqlıq çəkirdilər, Məmməd Araz kimi Pitsundada, Brejnevlə qonşuluqda dincəlmirdilər…

Sonra:

“Qayaları haçalardı, buludları parçalardı, şimşəkləri qıçalardı…

Qüdrətim…»

Bənddə beş misra olsaydı, hökmən “paçalardım” gələcəkdi. Buna qafiyəbazlıq deyilir. Bu misralarda heç bir məna yoxdur. Son misra isə sayıqlamadır: “Yorulanda nur mizrablı ozanım”.

Nur mizrablı?

Ozan kimdir?

Sonra:

Yalanmış, çalanmış, qalanmış…”

Yadınızdadır şeir necə başlanmışdı? Şimşək qıçalamaqdan, inaddan, nizam pozmaqdan. İndi kövrək xatirələr qalanıb… Prometey və kövrək xatirələr…
Sonra:

“Vətən mənə oğul desə nə dərdim…”

Bu necə olur?  Biz bilirik ki, partiya və hökumət xalq şairi adı verirdi, indi də prezident. Yəqin xalqın kiməsə oğul deməsi üçün həmin kimsə fövqəladə bir  ya iki iş görməlidir. Əlbəttə, şimşəkləri paçalamaqdan başqa. Məmməd Araz işi oğul adı alandan sonra görəcək.

“Mamır olub qayasında bitərdim”.

Vətən buna oğul deyir, bu da cavabında mamır olub qayasında bitir… Nə Prometey, nə Sergey Korolyov, nə Bill Qeyts. Mamır ol, bit, beləcə min il, vətənə xeyrini yığıb-yığışdırmaq olmaz…

Sonra:

“Asan, qazan, yazan…”

“Ürəyimsiz kəlmə yazan deyiləm…”

Yəni “ürəksiz yazn deyiləm”. “Ürəyimsiz” yazmaq başqadır, bu, anatomik məsələdir, başa düşürük ki, misranı doldurmaq üçündür. Ancaq bu bəndə nə olduğunu və yuxarıdakı bəndlərlə necə bağlandığını başa düşmək mümkün deyil…

Mən bu şeiri təkrar-təkrar oxuduqca onu şagirdlərə tədris edən müəllimləri düşünürəm. Bu cəfəngiyatın şeir olduğunu sübut etməyə çalışan adam ya gərək idiot ola, ya da yalançı…

Və təsəvvür edirəm ki, “Azərbaycan deyiləndə…” şeiri keçiləndə bütün şagirdlər ayağa dururlar. Özü də təkqıçlı…

Bu şeir barədə sonra….

03.03.2018

Samara

AZƏRBAYCAN DEYİLƏNDƏ AYAĞA DUR… TƏKQIÇLI…

Mənə elə gəlir ki, Azərbaycanda Azərbaycan haqqında şeir yazmağı qadağan eləmək lazımdır. Əvvəl yazılanlardan  bir-ikisini saxlamaq olar. Məsələn, Cəfər Cabbarlının “Ölkəm” şeirini. Çünki Azərbaycanda yaşayıb Azərbaycana tərifli şeirlər yazan adamın şairliyi də, vətənpərvərliyi də şübhəlidir.

Azərbaycan şairi həmişə zarıyır ki, “ay vətən, ölsəm, torpağın olum”. Özü də öz kəndinin torpağına çevrilmək istəmir, Fəxri Xiyabanı istəyir…

Məmməd Araz qayada mamır olmaq istəyirdi. O da yəqin Fəxri Xiyabandadır. Yəqin kürəkəni Aqil Abbası da onun yanına qoyacaqlar. Üzürlü səbəbi var. Vətənini ermənilər alıblar, özü oturub məclisdə, vətən fikrini çəkməkdən başı soğan bitirib…

Qayıdaq Məmməd Araza. Onun “Azərbaycan” şeirinə.

Bu şeirdə Azərbaycan – həm qayada bitən çiçəkdir (əslində mamır olmalıdır, çünki Məmməd Araz özü qayada mamır olmaq istəyirdi), həm çiçəklər arasında qayadır…

Bu bənzətmələrdə Azərbaycan haqqında nəsə var? Bu, tamada çıxışıdır ya şeir?

Oğulları Kür gəzdirər biləklərində…”

Kürü biləkdə necə gəzdirmək olar? Biləyin Kür gəzdirməyi onun hansı keyfiyyətini açır?

“Oğulların göz atəşi gözəl əridir…”

Bəlkə bişirir? O nə gözəldir ki, oğlanın baxmağıyla “əriyir”? Oğlan nə qədər və hansı bucaq altından baxmalıdır ki, qız ərisin? Birdən qardaşı çıxdı tindən? Özü də Kür biləkli…

«İllər olub – kürələrdə dəmir olmuşuq…»

Haçan? Pambıq, tütün, üzüm olmuşuq – bunu bilirik. Haçan dəmir olmuşuq?

Sərhədlərdə dayanmışıq küləkdən ayıq”.

Haçan? Hansı sərhədlərdə? Bu şeir yazılan vaxtlar azərbaycanlılar Çin sərhəddində sovet sərhədini qoruyurdular. Azərbaycanın sərhədfi yox idi. Əslində Azərbaycan da müstəqil dövlət kimi yox idi…

“Od gölündə, buz çölündə gəmi olmuşuq”…

“Buz çölündə gəmi…”

Biz Bakının ilk səadət caqrçılarıyıq”…

Biz – kim? Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi? Axı bu şeir yazılanda səadət carçısı bu orqan idi. Birinci katib də Heydər Əliyev.

Yadınızdadırsa, bəndin əvvəlində sərhəddən danışılırdı, şair sərhəddə durmuşdu, Çitada ya Xabarovsk vilayətində. İndi Bakının səadət carçısıdır. Bəndin daxilindəki misralar arasında təxmini də əlaqə yoxdur. Ya da varsa, bu, cəfəngin cəfənglə təbii yaxınlığıdır…

“Min illərlə zülmətlərə yollar açıqdı…”

Hansı zülmətlərə? Zülmətə açıq yol –  bu necə olur? Yol açıqsa da, fikir qaranlıqdır…

“Dalğalandı Sabirlərin ümman dünyası….”

Sabirlər…Dahi cəm halda…. Məmməd Arazlar ola bilər və var da. Ancaq Sabirlər… “Sabirin ümman dünyası” – bu nədir? Deyək ki, özümüzü gücə salıb bir şey təsəvvür elədik. Bəs dalğalanmağını?

Sonra şair təntənəli şəkildə məlumat verir ki, “qoca şərqin duman dünyası dağılıb” və “Azərbaycan qatarı da yollara çıxıb…”.

Niyə çıxmasın, əgər “zülmətə gedən yollar açıqsa…”

Azərbaycan deyiləndə ayağa dur ki…”

Mənə elə gəlir ki, şair burda sözünü tam deməyib. Yəni deməliydi ki, ayağa dur, özü də təkqıçlı. Bir yarım saat. Bəlkə də çox. Azərbaycan qatarı zülmət yollarından qayıdanacan…

Vay bizim uşaqlarımızın halına…

06.03.2018

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: «S ÇEQO NAÇİNAYETSYA RODİNA…»

Vaqif_Bayatlı 3.jpg

“Qalxan və qılınc adlı sovet filmində” “Nədən başlanır vətən” mahnısı səslənir. Mahnını iki sovet yəhudisi – Veniamin Basner və Mixail Matusivski —  yazıb. Vaqif Bayatlı da gözləməyəcək ki, gəlib yahidilər bizim üçün Vətən şeiri yazsınlar. Özü yazıb.

Şeir, yəvudilərdə olduğu kimi, suallarla başlayır:

“Tanrı sözü? Tanrı özü?”

Onu deyim ki, mən Vaqiflə taniş olanda o, vətəni Cəbrayıla on il idi getmirdi. Sonra da ermənilər alıb adını qoydular Crakan… Bununla işim yoxdur.

Vaqifin ritorik sualları çoxdur, yəhidi-zad işi deyil.

“Bütün kainat, bütün göyüzü, yerüzü?

Bütöv Azərbaycan? Türk dünyası, İslam dünyası?”

Belə başa düşürəm ki, Vaqin işləri düzələndən, yən yazıçılar ittifaqından ev alandan, BP-yə evlənəndən sonra Azərbaycanı birləşdirmək eşqinə düşüb, onun özünə qalsa, birləşdirib də. Bu, Nozdryovun dovşanı qovub dal ayaqlarından tutmağı kimi bir şeydir.

Dalı nə gələcək? Əlbəttə, Türk dünyası!

“Türk dünyası? İslam dünyası”?

Oturuub sayan ola, bizim həlləm-qəlləm, başıpozuq şairlərimizin tutuquşu kimi  “türk dünyası, türk milləti” ifadələrini təkrarlamağıyla Azərbaycanda nə qədər ləzgi, nə qədər talış seperatçıya çevrilib. Belə şairlər gecələr arvadlarıyla ya oynaşlarıyla mazaqlaşanda, ləzgi, talış balaları səngərlərdə vuruşublar, ölüblər…

Suallar bitmir.

“Tanrıyla öyünən körpə su?”

Bayaq Tanrı özü vətən idi, indi “körpə su” vəətən oldu.

“Körpə su” nədir?

Heç nə!

Ancaq arxayıınam ki, Vaqifin nəinki bu şeirinə, hətta bu “körpə su” ifadəsinə dissertasiya yazıla bilər və həmin dissertasiya müəllifi “ədəbiyyat üzrə fəlsəfə doktoru” adını daşıya-daşıya qürürla gəzər. Azərbaycanda daşı atsan “ədəbiyyat üzrə fəlsəfə” doktoruna dəyər.

Heç fikir vermisiniz, milli alademiyada bir nəfər də rus yoxdur! Akademiyamızı ruslar, yəhudilər yaradıblar..

Bu ayrı söhbətdir…

Hamını hamıya sevdirdiyini düşünən körpə dualar?”

Başa düşdünüz?

Duanın körpəsi, qocası olur? Dua — düşünür?

Belə hallarda ruslar deyirlər ki, bir stəkan araq gillətməmiş belə şeyləri başa düşmək olmaz. Ancaq tərslikdən mən içən deyiləm. Ayıq başla çox çətin oldu.

Yəni burda Vaqif Bayatlı (Crakanlı) “körpə duaları” vətənə bənzədir. “Körpə dualar” nə olan şeydir və onlar adi dualardan nə ilə fərqlənir, başa düşə bilmədim.

Bu hələ hamısı deyil. Körpə dualar nə olan şeydirsə, onlar düşünürlər! Dualar düşünürlər!

İndi Əkrəm Əylisli özünü öyür ki, belə redaktor olub, elə redaktor olub. Bax, belə cəfəngiyatı, şizofrenik sayıqlamaları həmin Əkrəm Əylisli şələ-şələ çap edirdi. Redaktorluq müəllifə vurllmaq deyil, redaktorluq odur ki, müəllifi çağırasan kabinetinə, deyəsən ki, qurumsaq, “məni başa sal ki, “körpə duaıar” nədir və onlar necə düşünürlər!

Mən hələ Vaqif Bayatlının səngərə, əsgərə müraciətlə yazdıqlarından uzun danışmaq istəmirəm. Onlar heç gülməli də deyil, onlar iyrəncdir

“Əsir torpaqları alıb durmasaq,

Heç bir Türkün gözü bağlana bilməz”.

“Türk” – böyük hərflə…

“Əsir torpaqları almasaq…”
A kişi, vətənin Cəbrayıl tutulandan gedib erməniyə uzaqdan bir daş ataydın… Ya qardaşların ataydı… Sən əsir arvadları qaytara bilmirsən, torpaqdan dəm vurursan. Nə “türk-türk” salmısan, sən bilirsən Qarabağda, ondan sonra nə qədər talış ölüb, nə qədər ləzgi ölüb. İki il qabaq ləzgi balasının meyidini beynəlxalq təşkilatlar vasitəsiylə aldılar…

Vallah, heç gülməli olmadı. Adam oxuduqca tüpürmək istəyir…

Millətin poeziyası budursa, kül millətin başına…

15.01. 2019

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: GÜL KİMİ TORPAĞI VERİB ERMƏNİYƏ, ŞƏHƏRİN NATƏMİZ KÜÇƏLƏRİNİ ÖPÜR…

VAQİF bAYATLI 4.bmp.jpg

Vaqif Bayatlı hələ Cəbrayılzadə olan vaxtdan əyilib “yerüzünü” öpməyə adət edib. Bakıda, məluldur ki, öpməli yer tapmaq asan deyil. Birincisi, gərək az-çox təmiz yer ola. Ancaq Azərbaycanın paytaxtında  indi natəmiz torpaq tapmaq da çətindir, bütün torpağı basıblar asfalta, mərmərə, qranitə bənd ediblər…

Qəribədir ki, Vaqif Bayatlı Cəbrayılda yaşayan vaxtlar niyə oranın gözəl torpağını öpmürmüş. İndi ürəyin istəsə də, öpə bilməzsən – ermənilər səni hara qoyar…

Vaqif Bayatlı belə hesab edir ki, yerüzünü öpən adam göyüzünü də öpür, Tanrının ətətyni də öpür, çünki Tanrının ətəyi (!) yerüzünə sallanıb.

Pardon, uzanıb…

Bəzi şeirlərində Vaqif Bayatlı torpağı öpməklə qalmır, şair üzünü torpağa sürtür. Bu prosedur ciddi kosmetik  və fizioloji nəticələr verir.

“Sürtdüm ağ üzümü
qara torpağa
Qalxdım təzə adamtək…”

Belə çıxır ki, torpağa sürtüləndən sonra şairin ağ (?!- X.X.) üzü qaralıb – təzə adam olduğunu ayrı necə başa düşmək olar?

Şair bəzən üzünü torpağa qoymaqla alın yazısına and içir:

“Qoyub alın yazımı
qara torpağa
and içdim alın yazıma”.

Başa düşmək olmur ki, şair alın yazısına niyə ayaq üstdə and içmir. Bunu güzgü qabağmda durub eləmək daha münasib olmazdımı?

Şairin yaradıcılığıyla geniş tanış olduqca görürsən ki, torpaq öpən bircə Vaqif Bayatlı deyil, torpaq öpən çoxdur, yəni torpaq öpənlərAzərbaycanda bir sektadır və bu sektanın rəhbəri də Vaqif Bayatlı. O, öz ardıcıllarını, torpaq öpənləri,  şeirində alqışlayır:

“Tanrı ətəyini yerüzündən diz çöküb

göyüzündə öpənlərin həmişə, hər an,

hamısının bir-bir, tək-tək

balaca günəşlərtək qalxan,

balaca günəşlərtək öpən alınları, öpən gözləri,

balaca günəş budaqlarıtək qatlanıb öpən,

qatlanıb günəş açan dizləri mübarək”.

Bir az mürəkkəbdir, sektaların dili həmişə mürəkkəb olur, mənası budur ki, Vaqif Bayatlı bütün diz qatlayıb torpağı öpənlərin dizlərinə “mübarək” deyir…

Pek iyi!

Yox, lənət şeytana! Çox yaxşı!

Ancaq sual çıxır: niyə Vaqif Bayatlı Cəbrayılın cənnət torpağını öpmürdü, gəlib Bakının natəmiz küçələrini öpür?

Niyə azərbaycanlılar torpağı öpməlidirlər? Torpaq öpmək elə bizə qalıb? Niyə norveçli, fin, isveçrəli torpağı öpmür? Torpağı əkərlər, becərərlər, torpaqda industrya yaradarlar, məbəd tikərlər, torpağı qoruyarlar! Torpağı verib ermənilərə, gəlib oturub Bakıda, şəhərin işəməkli küçələrini öpür…

Allahı da belə bayağı söhbətlərə qatmaq yaxşı deyil, Allahın ətəyi yerə sallanmır, çünki Allahın ətəyi yeri yoxdur, Allahın yerdə evi var, bu evinn necə adlandığı, ordan necə və nəyə təzim olunduğu, nəyin öpüldüyü də məlumdur…