Архив тегов | yer kürəsi

Robert FROST. YOL ÜSTÜNƏ DÜŞMÜŞ AĞAC

robert-frost

(sözümüz çatsın)

ON A TREE ACROSS THE ROAD

Qasırğanın vurub yola yıxdığı,

Bu ağac elə də bir əngəl deyil

Dayanaq, mənzilə gedib çıxmayaq.

Kimsiniz? – soruşur ancaq elə bil.

+

Nədən yoldasınız belə inadla?-

Ona xoş gəlir ki, duraq, ləngiyək.

Kirşəni batırıb qara, qaraldaq

Qanı ki, baltasız indi neyləyək.

+

Anlayır hərçənd ki, əngəl əbəsdir,

Məqsəddən, mənzildən dönmərik geri.

İçdəki nədirsə, qüdrəti bəsdir

Ələ almağa da hələ məhvəri.

+

Yerində fırlanmaq yorsa, sürərik,

Biz özgə mənzilə yer kürəsini.

ingiliscədən tərcümə

2000-ci illərin əvvəli, Samara