Архив тегов | Zümrüd Yağmur

İRAN PREZİDENTİ RUHANİNİN AZƏRBAYCAN YAZIÇILARININ MƏKTUBUNA CAVABI

RUHANİ

Azərbaycan yazıçılarının, filosoflarının, jurnalistlərinin, şairlərinin məktubu İran prezidenti Həsən Ruhanini  əməlli-başlı sarsıdıb. Xüsusən məktub müəlliflərinin qanacağı, onun vaxtını almaq istəməmələri prezidenti əməlli-başlı kövrəldib.

“Bunlar nə mədəni, nə ədəb-ərkanlı insanlardır!” – deyə cənab Ruhani məktubu axıracan oxuyub. Sonra imzalara baxıb və müşavirlərinə təpinib ki, a qurumsaqlar, ayda bir ətək maaş alırsınz, ancaq bilmirəm nə işlə məşğul olursunuz.

“Niyə məm bu 31 əjdahadan heç birini tanımıram? Niyə onların kitablarını mənə verməmisiniz ki, mədəni və ağıl səviyyəmi artıram? Elə təxəllüslərinə baxanda bilinir ki, Sədi Şirazi, Emmanuel Kant, Dostoyevski, Kafka bunların yanında yalandır. Bəh-bəh! Ağalar Qut! Almaniyada yaşayır. Almanların ağlı tükənib, Azərbaycandan filosof çağırıblar, özünə də “Qut” adı veriblər. Hökmən gərək oxuyam. Tapın kitablarını. Bu gecə yatsam, heç kişi deyiləm.

“Aqşin Yenisey”!  “Aqşin Evren”! Yenisey Türkiyədə yaşayır, Evren Azərbaycanda. Evren gərək adını Yeniseyə verə, Yenisey də adını gərək bir rusla dəyişə…Qəşəng adlardır… Ərdoğan bəyənən…

“Züleyxa NaEL”!  Gözəl xanım olar, təxəllüsündən bilinir. “Na EL”!

“Alov İnanna”! Bilmək olmur kişidir, ya arvad. Yox, deyəsən, arvaddır…

“Vahi Qazi”. Sveç…Sveç… Bəs bunlar yazırlar Azərbaycan Respublikasındandırlar…

Hökmən gərək hamısını oxuyam. Bu dahi insanlar ürəkdən də kövrəkdirlər. Soydaşlarıı tutulan kimi birbaşa mənə yazıblar. İndi gör İlham Əliyevə bunıar nə qədər yazırlar!İlham Əliyevin türmələri gnc fəallarla, jurnalistlərlə, siyasətçilərlə doludur. Hərəsi üçün gör onun adına nə qədər məktub yazılır! Hələ Novruzəli Məmmədov türmədə çürüyəndə yəqin bu adamllar İlham Əliyevə məktub kisə-kisə yazıblar. Heykələ iki söz yazan gəncin hərəsinə on ildən ço iş veriləndə yəqin bunlar İlham Əliyevin qapısında gecə-gündüz piket keçiriblər. Yəqin İlham Əliyev elə belə məktublardan yorulub ki, vəzifəsini arvadıyla bölüb….

Bu adamlar azlıqları hüquqlarını ki belə müdafi edirlər, yəqin Azərbaycanda d talışların öz dillərində qəzet çıxarmaqları, teatr, televiziya, radio yaratmaqları hüquqlarını bundan da artıq müdafiə edirlər. Vay İlham Əiyevin halına, belə inadkar, cəsur yazıçıların, filosofları, şairlərin qabağıda durmaq çətindir. Gedin, qurumsaqlar, tapın bu əjdahaların kitablarını, gətirin yığın məni kabunetimə, mən bir həftəlik məzuniyyət götürürəm, bu kitabları oxumasam, mən adam deyiləm!

 Mirzə ƏlİLDƏN: Düzü, mən də Həsən Ruhani kimi bu siyahidəki insanları tanımıram. Tanıdığım Çingiz Hüseynovdur. Ancaq bu Çingiz mən tanıyandırsa, o, çoxdan Moskvalıdır. Rəşad Məcidin adını eşitmişəm, fırıldaqçı, yəni aferist və prinsipsiz bir adam olduğunu deyirlər… Başqa bir neçəısinin bir neçə yazısını İnternetdə tapdım…Bu siyahi il İran Prezidentinə necə təsir etmək və onda nə təsəvvür yaratmaq olar?

TALE BAĞIRZADƏ VƏ ZÜMRÜD YAĞMURUN ÇILPAQ QOLLARI

“Azadlıq” qəzeti Tale Bağırzadənin doğum gününü qeyd edir. Bu münasibətlə Zümrüd Yağmur adlı müəllifin yazısı gedib: “Yoladamı”.

Vikipediyaya baxdım – Zümrüd Yağmur kəndçi qızıdır, Masallı kəndlərinin birində doğulub böyüyüb. Bəlkə də Rafiq Tağının kəndiylə qonşu kənddə — Rafiq də Masallıdandır.

Tale Bağırzadə Maştağa məscidindəki çıxışında deyirdi: “Niyə cəhənnəmə vasil olmuş Rafiq Tağıya Qafqaz müsəlmanları idarəsi “mürtəd demirdi?”

(https://www.youtube.com/watch?v=6ic31eAUT60)

Yəni Rafiq Tağının bıçaqlanıb öldürülməyi Tale Bağırzadənin ürəyinmi soyutmayıb, sağlığında ona rəsmən “mürtəd” deyilmədiyinə acıqlıdır.

Əgər Tale Bağırzadə Zümrüd Yağmurun, “Azadlıq” qəzetinin əməkdaşlarının ailəsindən olan mərhumlar haqqında “cəhənnəmə vasil olub” desəydi, onda da radikal ilahiyyatçıya belə hörmətli, pərəstişə yaxın münasibət bəsləyərdilər? Əgər Rafiqin yerində Zümrüd Yağmurun qardaşı olsaydı?

Tale Bağırzadənin Türkiyədəki çıxışından: “Amerika, İsrail İslamın düşməni deyillər? Biz düşməni tanımırıq? Bilimirik ki, İsrail düşməndir? Həm Azırbaycan xalqına, həm türk xalqına, ümumilikdə islam hümmətinə böyük ziyanlar vurur!”

İndi sual “Azadlıq” qəzetinədir: redaksiya da İsraili və Amerikanı Azərbaycan xalqınn düşməni sayır?

“Azadlıq” qəzeti də hicab uğrunda mübarizəni Azərbaycan xalqının birinci vəzifəsi sayır?

Mən İnternetdə Zümrüd Yağmurun şəkillərinə də baxdım: hamısında başıaçıq, çoxunda qolları da çılpaq. Tale Bağırzadə belə hesab edirdi ki, belə qadınların qolları cəhənnəm tonqalının odunu olacaq…

O ki qaldı yazının keyfiyyətinə, deyə bilərəm ki, Zümrüd Yağmur yazıçılıq vergisiylə doğulmuş adamlardan deyil, özünü yazıçılığa qoyanlardandır. Bir cümləsini oxuyun. Yaşı əlliyə çatan “yazar” dilinin bəsitliyi, primitivliyi və eyni zamanda dolaşıqlığı ilə heyrətə salır: “Bu ölkədə, yolsuzların əhatəsində YOL adamı olmaq çətindir, çünki sənin YOLunu bilməyənlər sənə əhkam kəsəcək. Çünki o YOLun mənasını anlamayanlar böyük cümlələrin arxasına sığınıb səni öz mənasız deyimləri ilə təhlil etməyə çalışacaqlar…”

Mən ona görə gəncləri bu “Azadlıq”dan, lotu-potu hacılarla, həlləm-qəlləm dindarlarla və şiə ritorikalı İŞİDçi Tale Bağırzadə kimi adamlarla aşnalıq edən Xalq Cəbhəsindən uzaq olmağa çağırıram. Bunlardan yenə Əliyev yaxşıdır. Əliyev insanlardan susmaq tələb edir. Tale Bağırzadə kimilər isə insan üzərində total nəzarətə — nə geydiyinə, nə yediyinə, necə, kiminlə yatdığına, nəyə qulaq asdığına – nəzarətə iddia edirlər. Əlbəttə, bu baxımdan Əliyev yaxşıdır…