Архив | 09.02.2013

ƏLİ KƏRİMLİ ZİYARƏTƏ GEDƏ BİLMİR

Əli Kərimli Avropa məhkəməsinə yazdığı şikayətdə deyir ki, o, on səkkiz ildir xarici pasport ala bilmir ki, Serbiyaya gedib milli öndərin abidəsini ziyarət etsin.

СУДЕБНАЯ СКАЗКА

nar

Суд отказал Удальцову в просьбе объединить его дело с делом Евгении  Васильевой и два месяца пожить с подругой Сердюкова.

9 фев, 2013

ERMƏNİ İNTİZARINDA…

Sosial şəbəkələrdə bakılıların ermənilərə qarşı tükənməz məhəbbət bildirən və eyni zamanda öz soydaşlarının vəhşiliyinu təsvir edən yazıları get-gedə artır: Aşot dayılar, Karapet dayılardan ötrü axıdılan göz yaşları sel kimi axır…

Maraqlıdır, bəlkə bilirlər ki, bu gün-sabah ermənilər Bakıya girəcəklər? Və etiraflarını onların gəlişinə hazırlayılar?

BU GÖRÜŞ TƏSADÜFİ…

Bu görüş təsadüfi,

Adam çox, yer narahat.

Min baxışa hədəfik,

Bilmirik hara baxaq.

 

Bu görüş göz qırpımı,

Hər dəqiqə qənimət.

Kəsib durur qapını,

Ayrılıq-əbədiyyət.

 

Bir nəfəslik məsafə,

Səni məndən ayıran.

İstilənir nəfəsim –

Nəfəsini duyuram.

 

Bu görüşün ömrü an,-

Macal yox ki yalvarıb

Sən məni saxlayasan,

Ya mən səni aparam.

 

Bu görüşə ümid yox,

Kəpənək ömürlüdür.

Ayrılıqdan yorğunuq –

Bəlkə şirin mürgüdür?

 

Bu görüş, bu ayrılıq –

Zaman yükü çəkər an.

Əbədiyyət asılıb,

Kəpənək qanadından…

 

 

                                              12-17 mart1993, Samara