CORC BAYRON. BIZ AYRILANDA

Byron_1813_by_Phillips

When We Two Parted

 

Səninlə ayrılanda,
Ağlayırdıq dinmədən.

Ürəklər yaralıydı,

İllərin qəmi öndə.

Çöhrən solğun, soyuqdu,
Soyuqdu öpüşün də;

İkimiz də duyurduq,

Gələn dərdi dərindən.

 

 

 

Qaşlarımı isladan,
Sərin şehi səhərin.

Sanki yada salırdı,
İçdə nələr çəkirəm.

Pozmusan əhdi, andı,

Əcəb adın yayılıb;

Sözün dodaqlardadır,

Şərikəm ayıbına.

 

 

 

Yanımda danışırlar
Guruldayır qulağım –

Canımda titrəyiş var –

Əzizdin mənə axı!

Bilmirlər ki, sən necə

Mənə yaxşı tanışsan —

Nisgilin uzun çəkər,

Danışmaq deyil asan.

 

 

Gizlicə görüşərdik,
Dərdim də içimdədir,
Unudarsan bəlkə də,
Aldanaram, kim bilir.

İllər ötə və bir vaxt,
Görüşəriksə birdən,

Sükut çökər, yaş axar —

Necə danışaram mən?

 

 

İngilscədən tərcümə

06-07. 07. 2019

Samara

 

George Gordon Byron

(1788-1824)

When we two parted
   In silence and tears,
Half broken-hearted
   To sever for years,
Pale grew thy cheek and cold,
   Colder thy kiss;
Truly that hour foretold
   Sorrow to this. Читать далее

Реклама

BU GÖRÜŞ TƏSADÜFİ…

Bu görüş təsadüfi,

Adam çox, yer narahat.

Min baxışa hədəfik,

Bilmirik hara baxaq.

 

Bu görüş göz qırpımı,

Hər dəqiqə qənimət.

Kəsib durur qapını,

Ayrılıq-əbədiyyət.

 

Bir nəfəslik məsafə,

Səni məndən ayıran.

İstilənir nəfəsim –

Nəfəsini duyuram.

 

Bu görüşün ömrü an,-

Macal yox ki yalvarıb

Sən məni saxlayasan,

Ya mən səni aparam.

 

Bu görüşə ümid yox,

Kəpənək ömürlüdür.

Ayrılıqdan yorğunuq –

Bəlkə şirin mürgüdür?

 

Bu görüş, bu ayrılıq –

Zaman yükü çəkər an.

Əbədiyyət asılıb,

Kəpənək qanadından…

 

 

                                              12-17 mart1993, Samara

 

ON İLDƏN SONRA

Ötər neçə fəsil, ötər neçə il,

Həsrət qəlbimizi incidər, yorar.

Yaxşı bilirəm ki, sağalan deyil,

İndi ayrılığın vurduğu yara

“On ildən sonra.”[1]

 

Tale yelkənimiz bizi, əzizim,

Kim bilir atacaq hansı sulara.

Ayrılıq ağardar saçlarımızı,

Nə xurmayı qalar, nə də ki qara,

“On ildən sonra.”

 

İndi nə biləsən… Bəlkə də həyat,

Bizi dəyişdirər, başqalaşdırar.

Bizə bu günlərdən qalar quru ad,

Biz də can atarıq dövlətə, vara,

“On ildən sonra.”

 

Vəzifə arzusu, şöhrət həvəsi,

Salar qəlbimizi bəlkə də tora.

Xırda qayğıların ağır nəfəsi,

Söz-söhbət, qalmaqal, günümüz qara,

“On ildən sonra.”

 

İndi nə biləsən… Qəfil bir görüş,

Bəlkə bir də bizi qarşılaşdırar.

Dəyişmə, gözəlim, ya da az dəyiş,

Deməyim o hara, indiki hara,

“On ildən sonra…”

23may 1979, Ərəbqardaşbəyli

 


[1] Elçinin hekayəsinin adı

BU QÜSSƏNİN QƏSDİ NƏDİR…

Bu qüssənin qəsdi nədir –

Canımı min yerdən doğrar.

Üzüm qiblə səmtinədir,

Ürəyim vətənə doğru.

 

Ömürdən illər uçulur,

Cavanlığın taxtı sınır.

İsinmir bədən, uçunur,

Rusiyanın şaxtasına.

 

Mərhəmət umuruq yaddan,

Doğmalar bizə yağıdır.

Vətənin ayrılığından,

Vətəndə yaşamaq ağır.

 

Son ümidlər, son istəklər,
Can üstdə, indi keçinər.

Anam, bacım fikir çəkər –

Qocalır evin kiçiyi.

 

Ürəyim payız yarpağı,

Soyuq baxışlardan titrər.

Kipriklər tabut qapağı,

Gözlərin dərdini örtər…

16-17 oktyabr 1984, Moskva