Архив | Февраль 2013

КОСМОС НА СЛУЖБЕ У АЗЕРБАЙДЖАНСКИХ СУДЕБНЫХ ПРИСТАВОВ

Сегодня в администрации президента Азербайджана Ильхама Алиева получена космическая опись имущества Исы Гамбара, осуществленная первым азербайджанским спутником. Надо сказать, что этому опыту аналогов нет — в мировой практике впервые опись имущества произведена с космоса. Так как снимки обладают беспрецедентной точностью, Исе Гамбару теперь не отвертеться.

БАЛЛАДА ИЗ ПЕХТИНИАНЫ

nar

После сдачи депутатского мандата, Владимир Пехтин, одуревши в доску, обнял первую попавшуюся берёзку, как жену чужую, и сказал: «Люблю тебя, Россия, беспредельно, безмандатно!…»

20 фев, 2013

О МУЖЕСТВЕННОМ ПОСТУПКЕ ВЛАДИМИРА ПЕХТИНА

nar

— Дорогая, слышала, какой мужественный поступок сегодня утром я совершил? — говорит Владимир Пехтин жене.
— Лучше бы  ты мужественный поступок  ночью совершил со мной, а мандат сохранил, — отвечает жена бывшему депутату Пехтину.

20 фев, 2013

ROBERT FROST. DEMİURQUN GÜLÜŞÜ

 

   (THE DEMİURGES LAUGH)  

 

Düşüb Cinin izinə mən sevinclə qaçırdım,

Meşənin ağ qaradan seçilməyən yerində,

Hərçənd inanmasam da bu ruh əsl tanrıdır.

Öləziyib gedirdi son incə şölələr də,

Bir səs gəldi qəfildən – qəlbim, ruhum istəyən,

İllər keçir, unuda bilmirəm o səsi mən.

 

Öndə yox, dalda dinən yarıyuxulu səsin,

Ahəngində açıqca istehza duyulurdu –

Dünya vecinə deyil sanki səs yiyəsinin.

Sarsıldı meşə və Cin qəhqəhə çəkdi durdu,

Gedə-gedə silirdi gözlərinin çirkini,

Yaxşıca anlayırdım  mən də Cinin fikrini.

 

İndiyəcən unuda bilmirəm o gülüşü,

Öz gözümdə gülüncdüm belə tutulmağımla,

Yerişimi də qəsdən yavaşıtdım düşünsün,

Nəsə axtarıram mən içində yarpaqların.

(Nahaq yerə — çətin ki o dayanıb baxaydı.)

Ağac altda oturdum sonra uzun-uzadı.

 

(“BOY’S WILL” kitabından)

ДНИ ОТЧАЯНИЯ У СЫНА ПЕХТИНА

nar

Сын депутата Владимира Пехтина вот уже несколько дней подряд звонит папе и умоляет его забрать его из Америки. «Папа, я хочу домой, в Россию, в США детей убивают!» — говорит сын Владимира Пехтина.

20 фев, 2013

İSA QƏMBƏRİN KİTABLARI

                    

vodevil

—         Yazdınız İsa Qəmbərin əmlakını?

—         Yazdıx, zat-aliləri. Ancax siz deyən elə bir şey çıxmadı. Pul, qızıl tapmadıq. Hara baxırsan, kitafdı. Kitafların videosunu çəhdiy.

—         Bəs kitabkları açıb baxmadız?

—         Açmadıx, zat-alilıəri. Elə videolarını…

—         Ə, nə video-video salmısan? Sən də mənimçin Rüstəm İbrahimbəyov olacaqsan? Hiçkok!

—         Zat-aliləri, atama-anama söyməyə haqqınz var…

—         Ə, Xiçkok söyüş deyil… Zalım balaları, bir bu kitabları vərəqləyəydiniz də. Şübhəsiz hamısının arasında pul, səhm var. Yəqin İsa Qəmbər o kitablardan seyf kimi istifadə eləyir.

—         Zat-aliləri, biz polis tayfasının kitab vərəqləməklə arası yoxdur. Biz elə kitabın üzünə baxarıq, içinə girişmirik…

—         Ə, bəs deməyiblər ki, kitab xəzinədir? Kim deyib bunu?

—         Öndərimiz. Öndərdən başqa kimin ağzı nəədir söz deyə…

—         Yaxşı, gedin Qəmbərin kitablarını vərəqləyin.

—         Zat-aliləri, İsa Qəmbərin o qədər kitabı var ki, hamısını vərəqləməyə adamımız çatmaz…

—         Götürün polisləri, pristavları Şəkidən, Beyləqandan, Naxçıvandan, Salyandan… Tökülüşüb vərərqləyin.

—         Videosunu da çəkək?

—         Yenə video? Tarantino!

—         Zat-aliləri, nə qədər söysəniz, haqqınız var…

ОЛИМПИЙСКАЯ ДЕРЕВНЯ ЗАЖИВЕТ ПО-НОВОМУ!

nar

«Все разговоры о том, что олимпийская деревня в Сочи после соревнований будет пустовать, никаких оснований под собою не имеют», — сказал пресс-секретарь президента РФ Дмитрий Песков. «Руководство страны решило, что олимпийская деревня станет большой тюрьмой, отвечающей международным требованиям. А сидеть в ней будут те, кто олимпийские объекты строил», — добавил г-н Песков.

19 фев, 2013

QURUMSAQLARIN AĞZI YUMULDU

Azərbaycanın xarici işlər naziri deyib ki, indi bizim hökuməti heç kim qınaya bilməz ki, milli azlıqların hüquqlarını pozuruq. Nazir deyib: “Hilal Məmmədov tutulduğuna görə bizdən narazıydılar. Ona görə biz İlqar Məmmədovu da tutduq. Bundan sonra, məsələn, bir talış Əliyev tutulsa, onunla bərabər bir türk Əliyevi də tutacağıq. Cəfərov tutulsa, Cəfərovu, Əhmədov tutulsa Əhmədovu. Bir qurumsaq da durub deyə bilməz ki, buz ayrı-seçkilik edirik”.

СТАТУСНОЕ РАНДЕВУ

nar

Встретились как-то настоящий Дворкович с фальшивым Дворковичем.
— Ну и рожа! – говорит настоящий Дворкович фальшивому.
— Ну и образина! – отвечает фальшивый Дворкович настоящему.
Но никто из них распускать руки не стал. Им обоим важно было сохранить лицо. То есть статус…

19 фев, 2013

SABAH TOYUNDUR

 

 

Könlümə qar yağar, qırov tökülər,

Sabah öz taxtına çıxar qış yenə.

Sabah bir boyverməz hasar çəkilər,

Görüş yerinə.

 

Bilmirəm neyləyim ürəyimlə də,

Tar-kaman səsindən diksinib qorxur.

Yəqin inciyəcək sabah bu vədə —

Axı toyundur!

 

Hicran bir ürəkdə od qalayacaq,

Axacaq bir qəlbə sevinc sel kimi.

Bir ağ rəngli maşın tapdalayacaq,

Son ümidimi.

 

Qızlar “aparmağa gəlmişik” desə,

Cavanlar qol açıb girsə meydana,

Məhəl qoymayacaq kimsə bu səsə:

“Deyin, hayana?”

 

Maşın karvanını saxlayıb bir-bir,

Nəmər istəyənlər olacaq sabah.

Bəs mənim könlümün istəyi nədir?-

Bilmirəm, vallah.

 

Sənin aprdığın bir aləm cehiz,

Qüssədir, ağrıdır mənə qalanlar.

Sevgimdən qəlbində qalıbsa bir iz –

Onu da qaytar!

                                                                    12 avqust 1974, Ərəbqardaşbəyli