Müsəlman ölkələrinin çoxunda, əlbəttə, opera yoxdur, balet yoxdur, sirk yoxdur. Ancaq bundan da yaxşı keflər var. Məsələn, arvadların daşaqalaq edilməyi. Arvadı qurşağacan basdırırlar torpağa, sonra tamaşaya yığılmış kişilərin hər biri ovuclarını çınqıl daşla doldurub başlayırlar arvadı daşlamağa… “Vur-çatlasın” dədə-babamız buna deyib…
Azərbaycan əhaləsi bu kefdən mərhumdur, ancaq millətdə baleti, sirki bu keflə əvəz etmək istəyənlər çoxdur. Hələlik isə daşaqalaqla Azərbaycanın ən böyük müsəlmanı məşğuldur – Allahşükür Paşazadə, deyilənlərə görə, ölkəni daşla basdırıb…