I
And içirəm cütə, həm də təkə mən
Səhər ulduzuna and içirəm mən.
Qılınca, cihada and içirəm mən,
Axşam namazına and içirəm mən.
Heç də yayınmadın sən nəzərimdən,
Kimdi bəs zəkana sevgi bağalayan?
Dinc, ürək oxşayan yurda yetirən
Sayıq güdgüklərdən səni saxlayan?
Təşnədən alışıb yananda kimdi,
Səhra sularını sənə içirdən?
Beyinlər üstdə də hakimiyyəti,
Mən oldum dilinə sənin bəxş edən.
Topla cürətini, tapda yalanı,
Həqiqət yolunu tut, yürüş elə
Yetimə mehriban ol və Quranı,
Bu qorxaq, ağürək məxluqa söylə.
1824
tərcümə: 23-25.02.2014 Samara