Bu yaxınlarda Salyanda bir vur-çatlasın olub ki, gəl görəsən…
İqtidarla müxalifət bir yerə yığılıb Rəsulzadənin yubileyini keçiriblər. İcra başçısı, prokuror, hakim, polis rəisi, notarius, türmə rəisi, VVAQ müdiri, azpetrol, yol müfəttişi, cəbhə, müsavat…Hamı qol-boyun olub, bir marçamarç düşüb ki, şadlıq evinin yanından keçənlər elə biliblər içəridə erotik film göstərirlər…
Süfrədə də dünyanın bütün naz-neməti…Balıq da olub, kürü də olub, ağ da olub, qara da olub…
İcra müxalifətin sağlığına vurub, müxalifət icranın… Bir vurhavur olub ki…
İki dəfə yüngül dava düşüb. Bir dəfə ideoloji zəmində, bir dəfə də oynamaq üstündə. İki nəfərə kəllə, üç nəfərə bıçaq vurulub. Zərərçəkənlərə elə ordaca icra başçısı şəhid statusu verib.
Yeyib-içmək səhərəcən çəkib. Səhər açılanda gülləri götürüblər ki, aparıb qoysunlar Rəsulzadənin abidəsinə. Yadlarına düşüb ki, Rəsulzadənin Salyanda abidəsi yoxdur. İcra başçısı deyib ki, hələlik gülləri qoyaq öndərimiz Heydər Əliyeviin abidəsinə, qalsın, haçan Rəsulzadəyə abidə qoyular, gülləri aparıb qoyarıq ora. Elə də ediblər…
Sonra icra başçısı gedib öz idarəsinə. Müxalifətçlərdən bir neçəsi də düşüb onun dalınca ki, biz daha qardaşıq, bizə də idarədə bir yer ver. İcra başçısı polislərə göz eləyib, polislər üzlü müxalifətçilərə bir neçə yağlı dəyənək çəkib qaytarıblar….
Bu əhvalatı icra başçısı telefonla İlham Əliyevə danışıb. İlham əliyev o qədər gülüb ki, az qalıb qarnı cırıla…
05.02. 2014-02-0 Samara
Mirzə Əlil
Понравилось это:
Нравится Загрузка...