V
Земля неподвижна, неба своды…
Yer hэrэkətsizdir: sənsən, Yaradan,
Saxlayan bu göyün qübbələrini.
Sənsiz yerə, suya yıxılardılar,
Bizi əzərdilər qüvvələriylə.
Günəşi yandırdın kainatda sən,
Həm yeri, həm göyü işıqlandırır.
O, zeytun yağına sanki çəkilən,
Büllur çilçıraqda yanan kətandır.
Tanrıya əyilin, qüdrət ondadır
Bürküdə sərin yel əsdirə bilir
Odur buludlarla göyü dolduran
Yeri ağaclarla kölgələndirən.
Bağışlayandır o, Məhəmmədə həm
Nur dolu Quranı göndərən odur.
İşığa aparan yola qoy qədəm,
Dumanı gözündən uzağa qovdur.
1824
tərc.: 15.02.2014