Marina TSVETAYEVA Gecə keçir, mən hələ…

 

У камина, у камина…

Gecə keçir, mən hələ,

Soba qırağındayam

Dayanmadan, durmadan,

Oğlumu yelləyirəm.

 

Nil üzüylə, kaş, bala.

Sən üzəydin səbətdə.

Əziz atan unutdu

Ki, gözəl bir oğlu var.

 

Daha şişdi dizlərim —

Beşikdə şah yellənir.

Gecə keçir, yerinə,

Başqa bir gecə gəlir.

 

Həcər də pıçıldayar

Beləcə İsmayıla:

“Atan unutdu, bala,

Belə gözəl oğlu var”.

 

Könlüm şahı, yetərkən,

Sən ata şöhrətinə.

Şahanə təntənələr

Bilərsən ötəridir.

 

Bir başqası qəm çağı,

Beşik yellər, pıçıldar:

“Gözəl oğlunu artıq,

Atan çıxardı yaddan”.

 

2 fevral 1917

tərcümə: 10. 10. 2014

Оставьте комментарий